İlk Sizə Gəlsin

Sizə özəl Xaricdə Təhsil Təqaüdləri qazanma imkanı əldə edin.

Təşəkkürlər. Emailinizə gedin və abunəliyinizi aktiv edin. Aktiv etdikdən sonra yeni endirim və təqaüdlərimizlə əlaqədar sizə həftə içində email gələcəkdir.

Nəsə səhv oldu. Emailinizin düzgün olduğundan əmin olun.

 

Erkən təhsil niyə lazımdır?

Sosiallaşma kiçik uşaqlar üçün uğurlu təhsilin əsas şərtidir. Əqər siz uşağınızla  sadəcə evdə məsğul olursunuzsa, onun  müəyyən oyun qruplarında iştirakı və ya başqa sosial təcrübə qazanması çox mühümdür. Belə ki, o, nə qədər kiçik olsa da, hər hansı bir qrupun tərkib hissəsi olmağı va paylaşmağı öyrənməlidir.

    Sosial bacariqların olmaması öyrənmə  üçün ciddi maniədir.

 Təhsil uşaq doğulan gündən etibarən başlayır. Doğulduqdan 6 yaşına qədər tətbiq olunan müvafiq öyrənmə metodları körpənin necə bir uşağa çevriləcəyinə əhəmiyyətli dərəcadə təsir edir .

Əsas amillərdən biri uşağın bacarıq və imkanların düzgün qiymətləndirməsidir.Böyüklərin bir çoxu uşaqları öyrənmə bacarığı olan intellectual insan kimi qəbul edə bilmir.Lakin hələ illər öncə Maria Montessori “Uşağı kəşf et” şüarı altında cıxış edərək uşaqlarda erkən təhsilin tərəfdaşı idi.

CELT Kids erkən təhsilin tərəfdaşı olaraq bu fürsəti verir. Uşağın həyati boyu düşünən, intellektual fərd olmasıni istəyiriksə, öyrənməyi  ona kiçik ikən öyrətməliyilk.

  Kiçik uşaqlar çox hərəkətlidir və materiallar onların hərəkət vasitəsilə öyrənmə tələbatına uyğun tərtib olunmalıdır,çünki məhz hərəkət intellekti  işləməyə sövq edir.İstifadə edilən materiallar uşaqlarda öyrənməyə həvəs oyatmalıdır. Məhs  bu səbəbdən CELT  Kids proqramm seciminə hər zaman xüsusi  diqqət yetirir. Əqər  uşaq darıxırsa və materiallara həvəslə reaksiya vermirsə ,bu çox vaxt  onun səhvi deyil,ona materialın yanlış təqdim olunmasının nəticəsidir. Lakin təhsildən uşağı yükləmək üçün istifadə etmək olmaz! 

     Müasir məktəqədər  təhsildə öyrənmə prosesinin ardıcilliğına çox az əhəmiyyət verilir və bir çox şey uşağın əvəzinə edilir. CELT KİDS Elmlər müəllim heyyəti uşağın öyrənmə həvəsini daim canlı saxlayan,onun öz-özünə öyrənmə cəhdlərinə müdaxilə etmədən hər an rəhbərlik etməyə və istiqamətləndirməyə hazır müşahidəçidir.

     Uşağınızı həmişə izləyin. Unutmayın,hər uşaq unikal bir fərddir  və onun öz inkişaf tempi var.Siz,sadəcə olaraq, onu  cəsarətləndirib və istiqamətləndirməlisiniz.

Bizim məqsədimiz uşağınıza səthi öyrənməkdən fərqli olaraq  kəşf etmə  və anlama duyğusunu təlqin etməkdir.

   Unutmayın ki, qazanılan hər bacarıq uğurlu öyrənmə üçün qoyulan təməldir. Əqər buna erkən yaşlarda nail olsanız bu,övladınızı məktəb zamanı və bütün həyatı boyu müşayiət edəcək.

Alina Akhundova

Ətraflı məlumat və müraciət üçün:

Əlaqə: kids@celt.az

Ofis: (012) 510 83 35

Mob: (051) 584 88 68

CELT KIDS Elmlər

 

Sual Soruşun.

Cavab bildirimləri üçün E-Poçtunuzun doğru olduğundan əmin olun. E-Poçt yayınlanmayacaqdır. Qısa zamanda cavablanacaqdır.

Yayınla