Esse necə yazılmalıdır

İnsanlar öz fikirlərini bölüşmək üçün esse yazsalar da, bizim kursda əksər hallarda tələbələr müəllimlərinin tapşırığı ilə bunu məcbur edirlər))) Bəs görəsən tələbələri esse yazmaqdan qaçıran nədir? Esse necə yazılmalıdır?

Bir müəllimim o vaxtı demişdi ki, esse buterbroda bənzəyir. Onun həm çörəyi, həm də digər inqridiyentləri olmalıdır. İçindəkilər olmadan boş çörək, çörək olmadıqda isə bu salat olur, buterbrod yox. Essenin əsas komponentləri 3 hissədən ibarətdir: giriş, əsas hissə və nəticə. Esse maraqlı, oxunaqlı olmaqdan əlavə həm də yığcam olmalıdır. Əgər siz doğrudan da maraqlı bir esse ərsəyə gətirmək istəyirsinizsə, bunun üçün maraqlı ideyalarınız olmalıdır. İlk növbədə, esseyə başlamazdan əvvəl yazacağınız mövzu haqqında məlumat toplayın. Daha çox oxuyan daha yaxşı yazar. Nə haqqında oxuyacağınız isə yazacağınız mövzudan asılıdır. Həm bədii, həm də elmi əsərlər köməyinizə gələ bilər. Esse yazmaqda əsas məqsəd verilmiş mövzuya münasibət bildirməkdir. Münasibət bildiməyə giriş hissədən başlamaq olar. Giriş hissədə essenin əsas məğzi əks olunmalıdır. Giriş cümləsini elə seçməlisiniz ki, ilk cümlədən oxucunu cəlb edə, onda maraq oyada biləsiniz. Çalışmaq lazımdır ki giriş hissəsi 2-3 cümlədən artıq olmasın. Əsas hissə 2 və ya 3 abzasdan ibarət olmalıdır. Daha artıq olduqda bu oxucunu yora bilər. Yazdığınız essenin növünə əsasən siz bütün əsas paraqraflarda qoyulmuş mövzunu müxtəlif əsaslar gətirməklə müdafiə edə yaxud da onun mənfi və müsbət tərəflərini göstərə bilərsiniz. Bunu edərkən mütləq tutarlı səbəblər göstərməyə, fikrinizi əsaslandırmağa çalışın. Boş- boşuna, faktlar olmadan sadaladığınız mülahizələr essenin təsir gücünü azaldacaq. Həmçinin essenin başdan-sona faktlar toplusu etmək də düzgün deyil. Bütün faktlara sizin şəxsi münasibətiniz olmalıdır ki essenin sizin beyninizin məhsulu olduğu hiss edilsin. Çalışmaq lazımdır ki essedə mütləq nə? nə üçün? suallarına cavab tapmaq olsun. Paraqraflar arasında mütləq məna bağlılığını və məna ardıcıllığını gözləmək lazımdır. Paraqrafların girişində buna görə, baxmayaraq ki, lakin, bundan əlavə, ilk növbədə ( therefore, although, however, furthermore, first of all ) kimi bağlayıcılardan istifadə etmək olar. Digər tərəfdən isə bu bağlayıcıların sayı bir essedə 3-4- dən çox olmamalıdır. Əsas hissələrdə essenin məğzini açıqladıqdan sonra isə esseni nəticə hissəsi ilə sonlandırmaq lazımdır. Nəticə hissəsində yeni fikir vermədən yuxarıdaki fikirləri ümumiləşdirməyə çalışılmalıdır. Burada bir daha nə nəticəyə gəlindiyi aydın görünməlidir.  

Xanım Xəlilova

CELT Nərimanov                                   

xanim@celt.az

012-566-48-23

050-210-91-54

4 thoughts on “Esse necə yazılmalıdır”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next