Etibarlı DOST

Yəqin düşünürsünüz ki, indi sizlərə dostluqdan yaxud hər hansı dostluqla bağlı real hadisədən danışacağam. Bu gün sizə  insanların bir-biri ilə münasibətindən yaranan dostluqdan yox, insanın özü ilə dostluqundan danışacam. Qəribə gəldi Sizə? Amma qəribə gəlməsin. Çünki bu reallıqdır. Bir insanın həyatında baş verən pis və yaxşı hadisələrin, əldə etdiklərinin və ya edə bilmədiklərinin səbəbi özündədir. Dəqiq desək özünü anlamasında, özü ilə dostluq münasibətinin yaxşı olub olmamasından aslıdır.

Özününzü inkişaf etdirməniz, hansısa biliklərə yiyələnməniz sanki özünüzü zənginləşdirməniz bu dostluq münasibətinizi daha da gücləndirir. Əgər kimsə özünü inkişaf etdirməyə biliklərini artırmağa daha çox vaxt ayırırsa sanki o öz dostunu zənginləşdirir. Halbuki həmin dost ona hər zaman kömək olacaq uğur qazanmasında vasitəçi olacaqdır.

İnsanın ən etibarlı dostu özüdür. Həyatda insanın digər varlıqlardan fəqləndirən onun ağıla və müxtəlif bacarıqlara sahib olmasıdır. Əgər hər hansı bir insan bu bacarıqlarını inkişa etdirmirsə və bacarıqlarını tam istifadə etmirsə o zaman həmin insan həm varlıq olaraq inkişaf etmir, həm də insan olaraq tam formalaşmır. Hal-hazırda insan dövürlərin ən yüksək təkamül inkişafını yaşayır. İndiki zamanda bilikli,savadlı olmaq informasiya almaq həm asandı həm də daha çətindir. Asandır ki, istənilən zaman istənilən yerdə istədiyin informasiyanı ala bilirsən, istədiyin universitetlərə qəbul olub istənilən biliklərə yiyələnə bilirsən. Çətin tərəfi isə odur ki, bu informasiya çoxluğu, imkanların çoxluğu insanın atacağı hər hansı addımda yalnışlığa yol vermə səviyyəsini yüksəldir.

Məsələn siz təhsil almaq istəyirsiniz. Müxtəlif sahələrə maraqlarınızı var. Lakin təhsilə gəldikdə siz bir sahə üzrə təhsil almalısınız. Həmin sahələrdən birini seçib təhsil almağa qərara alırsınız. Lakin təhsil aldığınız müddətdə anlayırsınız ki, bu sizin istədiyiniz sahə deyil və siz özünüzü o sahədə görmürsünüz. Anlayırsınız ki, bu sahəyə sadəcə müvəqqəti marağınız vardır və siz bu təhsilinizi davam etməyə məcbur qalırsınız. İllər ötdükdən sonra və təhsilinizi bitirdikdən sonra həmin istədiyinizi və özünüzü gördüyünüz sahəni öyrənmək istəyiniz olsa da, lakin vaxt və müəyyən səbəblər bu fikrinizdən və istəyinizdən sizi daşındırır.

Əslində bu yuxarıda qeyd etdiyim problemlərlə hər insan üzləşə bilər. Buna səbəb insanın ətrafı, valideynləri, dostlar və tanışlarda ola bilər. Lakin insanın özü də bu problemin yaranmasına səbəb ola bilər. Bu tip problemlərin yaranmasının, insanın özünün istəyinin nə olmasının bilməməsinin səbəbi özü ilə dostluğunda yaranan və olan problemdir. İnsan özünü bilməlidir və ilk özü ilə dostluq etməlidir, özünə hörmət qoymalı və ilk öncə özünü sevməlidir və özünün istədiklərini biıib ilk öz istədiklərini etməyə başlamalıdır. Özünü sevməyən və özü ilə dostluq etməyi bacarmayan digərini nə sevə bilər nə də dostluq edə bilər. Bu reallıqdır və mənə elə gəlir ki, bununla hamı razılaşar. Həyat zəngindir və çox maraqlıdır. İnsanın yaşamasına, yaratmasına və inkişaf etməsinə çox səbəb var. Hər bir insan monoton həyat tərzindən  aktiv və maraqlı  həyat tərzinə keçə bilər. Sadəcə ən yaxın etibarlı dostu olan özünü dinləyib nə istədiyini və nə etməli olduğunu bilməlidir. İnsan özünü tanıdıqca onu yaradanı Allahı da daha yaxşı anlayır və hiss edir.

İnsan həyatda tək deyil. Ətrafımızda milyonlarla insan var və biz bu insanlarla birgə yaşayırıq. Həyat məhz bu insanlarla birgə Həyat adlanır. Ünsiyyət qurmaq, cəmiyyətə inteqrasiya etmək, gözəl keyfiyyətlər aşılamaq, müxtəlif millətlərin dilini, mədəniyyətini öyrənmək həyatı öyrənməkdir. Bir insan üçün hər hansı arzusunu istəyini həyata keçirmək heç zaman gec deyil. Odur ki, hər kəsi özü ilə yəni ən etibarlı dostu ilə mehriban olub onu zənginləşdirməyə dəvət edirəm.

Biz təhsil və tədris ilə məşğul olan şirkət olaraq sizin hər birinizin biliklərini (dil bilikləri və digər) artırmanız üçün, yüksək səviyyəli və keyfiyyətli təhsil almanız üçün xidmətinizdəyik.

Zəngin insan cəmiyyət üçün bir xəzinədir. Belə xəzinələrin çox olması diləyilə…

Hələlik

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next