Ev yoxsa tələbə yataqxanası?

Xaricdə təhsil aldığınız müddətdə ev yoxsa yataqxananı tərcih etməlisiniz?

Arzuladığınız ölkədəki universitetdən qəbul məktubunu aldınız və indi isə ikinci əsas məsələ  oxuduğunuz müddətdə yaşayacağınız yeri qərarlaşdırmaqdır. Bunun üçün bəzi universitetlər tələbələrə ya yataqxanada qalmaq ya da əlavə vəsaitlə ev tutmaq imkanı yaradır. Bu iki qonaqlama növündən hansını seçmək sizin büdcənizdən, universitetin yataqxanasının olub olmamasından və yaşayacağınız şəhərdən asılıdır.

YATAQXANA

Demək olar ki, bir çox universitet sizi yataqxana ilə təmin etməyə hazırdır. Yataqxanalar əşyalarla təchiz olunduğundan tələbələr üçün ən münasib yoldur. Həmçinin əgər yataqxana kifayət qədər iri, tam təmirli və təhlükəsizlik sistemi vardırsa elə valideynlərin də tam ürəyincə olur.

Lakin yataqxanaların seçimində onların yerləşdiyi ölkələrin də xüsusi rolu vardır. Məsələn İngiltərədəki yataqxanalar bütün standartlara cavab verərək tələbələr tərəfindən ən çox tərcih olunan qonaqlama növüdür və evlərin kirayə pulu kifayət qədər yüksəkdir. Almaniyada isə əksinə evlər daha münasib qiymətə olduğundan tələbələr tərəfindən üstün tutulur.

Ev

Bəzi tələbələrə yeni mühitə öyrəşmək çətin gələ bilir. Ona görə də onlar ilk öncə ev tutmaq barədə düşünmürlər, çünki evlərin qiyməti nisbətən yüksək olduğundan onu bir neçə tələbə ilə bölüşmək lazım gəlir. Lakin bir müddət sonra tələbələr bir neçə ilini həmin şəhərdə keçirəcəyindən ən rahat qonaqlama növünün ev kirayələmək olduğunu qəbullanacaqdırlar. Evlər sizin azad şəkildə yaşamağınızı qısıtlamayacaq.

Ev kirayələmək kifayət qədər ciddi bir məsələdir və bu zaman siz kirayə müqaviləsi bağlamalı olacaqsınız. Müqaviləni bağlayarkən şərtlərlə tam tanış olmalı və bir neçə ay öncənin də kirayə pulunu depozit kimi ödəməlisiniz. Ev seçərkən əşyalarla təmin olunmuş evləri seçsəniz bu həm sizin cibinizə xeyir olar həm də rahatlığınız pozulmaz. Evlərin qiyməti çox yüksək olduğu halda siz otaqları bir neçə yoldaşınızla bölüşdürərək kirayə pulunu nisbətən azaldmış olarsınız.

Lakin bu qonaqlama növünün də öz çətinlikləri olacaqdır. Siz nəzərə almalısınız ki, evdə digər yad insanlarla hətta başqa vətəndaşlığı olan tələbələrlə yaşayacaqsınız və yola getməlisiniz. Həmçinin bu müddət sizin üçün tək yaşamağa alışmaqda,heçbir kömək olmadan yaşamaq üçün sınaq olacaqdır.

Nərgiz Ağaverdiyeva

Ətraflı məlumat və müraciət üçün:

Əlaqə: nargiz@celt.az

Telefon: (012) 566 48 23

             (050) 787 57 66

CELT Colleges Narimanov

2 thoughts on “Ev yoxsa tələbə yataqxanası?”

  1. salam ,yataqxanalarda əksər vaxt tək otaqlarda qalırlar ,yoxsa otaqyoldaşı olur?və ödənişsiz olur?əsasən İtaliya unilərinin yataqxanaları maraqlıdı

    1. Salam. Yataqxanada daha çox iki nəfərlik otaqlar olur. Təklərin təbii qiyməti daha çox olur. iki nəfərlik ən çox seçilən otaq növüdür.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next