Digər yazılarımızda olduğu kimi bu blogumuzdada sizə  inkişaf etmiş ölkələrin Universitetlərində elan olunan təqaüd proqramları barədə məlumat verəcəyik. Bu dəfə xarici tələbələr üçün təqaüd proqramını Finlandiyanın məşhur Oulu Universiteti  elan edir.

Universitet Finlandiyanın 5-ci ən böyük və son dövrlərdə texnoloji cəhətdən sürətlə inkişaf etmiş eyni adlı şəhərində yerləşir. Oulu şəhəri Finlandiyanın cənub-qərbində yerləşir.  Əhalisi 140.000 nəfər, iqlimi isə soyuq və mülayimdir.

 

Şəhərdə  ilk Universitet olan Oulu University əsası 1958-ci ildə qoyulmuşdur. Universitetdə 16.000 tələbə, 3000 müəllim heyəti çalışır. Universitet demək olarki bütün ixtisaslarda təhsil almaq mümkündür.

Oulu Universitetinin 2014-cü il Sentyabr başlanğıcı üçün  təqdim etdiyi təqaüd proqramı yalnız magistr təhsili almaq istəyən xarici tələbələr üçün şamil edilir. Təqaüdə 1 illik təhsil haqqından azad olma daxildir və aşağıdakı ixtisaslar üzrədir:

  • Arxitektura
  • Astronomiya
  • Mühəndislik
  • Ekologiya
  • Maliyyə
  • Kompüter
  • Beynəlxalq biznes

 

Təqaüdə müraciət etmək üçün tələbə müəyyən şərtlərə cavab verməlidir. Bunlar :

  • Avropa birliyi vətəndaşı olmamalıdır
  • Yüksək ingilis dili imtahan nəticəsi olmalıdır
  • Bakalavrın son ilində olmalı və ya  bakalavrı bitirmiş olmalıdır
  • Online ərizə formasını tam doldurmalıdır

Təqaüd üçün son müraciət tarixi 31 Yanvar 2014.

 

Təqaüdün rəsmi səhifəsi:

Oulu University Schoolarship

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla