Bəzi ölkələrdə orta məktəb təhsili 12 illikdir. Buna görə də 11 illik orta məktəb təhsili alan tələbələr buraya bakalavr təhsili üçün birbaşa müraciət edə bilmirlər. Bu problemi aradan qaldırmağın optimal variantlarından biri isə foundation, yəni beynəlxalq hazırlıq ili təhsili almaqdır.

Foundation hazırlığına kimlər qoşula bilər?

-12 illik təhsili tamam olmayan tələbələr;

-yaşı 16-dan az olan tələbələr;

-akademik göstəriciləri bakalavr pilləsinə başlamaq üçün kifayət etməyən tələbələr;

ingilis dili bilikləri bir qədər zəif olan tələbələr

Hazırlıq ilində tələbələrə nə öyrədilir?

Bakalavr dərəcəsi kimi foundation hazırlığı da bir tədris ili müddətində davam edir. Oktyabrda başlayan dərslər iyun ayında bitir. Bir il müddətində tələbə ümumilikdə 60 kredit toplayır. Bu kreditlərin 30-u dil, 30-u tələbənin seçimindən asılı olaraq keçəcəyi fənlər olur. Beynəlxalq hazırlıq ili olduğuna görə əksər hallarda keçirilən dil ingilis dili olur. Lakin müxtəlif dillərdə təhsil alacaq tələbələr üçün həmin dillərdə foundation keçmək də olur. Məhz elə bu baxımdan da ingilis dili və ya təhsil alacağı dil üzrə bilikləri zəif olan tələbələr üçün foundation hazırlığı əvəzolunmazdır. Bundan əlavə tələbələr bakalavr pilləsində təhsil alacağı ixtisasa uyğun olaraq həmin proqramdaki əsas fənlərdən də hazırlıq keçirlər. Məsələn, İqtisadiyyat fakultəsinə müraciət edəcək tələbə Riyaziyyat, Kompüter, Hüquqa giriş; Humanitar və incəsənətlə bağlı olan ixtisaslarda isə tələbələr Ədəbiyyat, İncəsənət tarixi, Fəlsəfə kimi fənlərdən təhsil alırlar. Əgər tələbə hələ təhsil alacağı ixtisası dəqiqləşdirməyibsə bu halda ümumi universitet hazırlığı, foundation, keçə bilər.

Foundation hazırlığına qoşulmaq üçün əsas şərtlər hansılardır?

Foundation hazırlığına başlamaq üçün tələbənin İntermediate (orta) səviyyəsində ingilis dili biliyi olmalı və

Tələbə 11-ci sinfi bitirmiş olmalıdır.

Foundation hazırlığını harada keçmək olar?

Foundation hazırlığını həm müraciət edilən universitetdə və həm də başqa universitetdə oxuyub daha sonra qarşıya məqsəd qoyulan universitetdə bakalavr pilləsinə başlamaq olar. Bu gün, demək olar ki, dünyanın hər yerində foundation hazırlığı təklif edən  universitetlər tapmaq mümkündür.

Xanım Xəlilova                                       

CELT Narimanov

xanim@celt.az

012-566-48-23

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla