Gəncliyimiz və Təhsilimiz

Cəmiyyətin formalaşmasında gənclərin rolu böyükdür. Əgər gənclik normal formalaşırsa,deməli həmin cəmiyyətdə normal şəkildə inkişaf edir və formalaşır.Təbii ki, gəncliyin formalaşmasında təhsil mühüm rola malikdir. Təhsil gəncləri həm istiqamətləndirir,həm də  dünya görüşünü zənginləşdirir və intelektuallaşdırır. Bəs görəsən, Azərbaycanda gənclər nə dərəcədə təhsillidi.Bu yazıda “Gəncliyimiz və təhsilimiz”  mövzusu ətrafında fikirlərimizi sizlərlə bölüşəcəyik. İstənilən inkişaf etmiş ölkədə gənclərin gücü xüsusi əhəmiyyət kəsb edir. Bir çox məsələlərdə gənclərlə məsləhətləşirlər və qərarlar qəbul edərkən gənclərin təklifləri,rəyləri nəzərə alınır.Məsələn, Avropada gənclər üçün təşkilatlar -tələbə təşkilatları və s. vardır ki, burada fəal gənclər bir yerə toplaşır, müxtəlif layihələr həyata keçirirlər.

Azərbaycana nəzər salanda bir o qədər müsbət xüsusiyyətlərdən danışmaq çətindi. Bu gün Azərbaycan gəncliyində təhsil almaq problemi hələ də mövcuddur. Beləliklə, Bakı şəhəri istisna olmaqla, digər bölgələrdə təhsil asağı səviyyədə inkişaf edir. Lakin buna baxmayaraq yenə universitetə qəbul olanlar təhsil almaq arzusunda olanlar vardır. Amma Bakı şəhərində bir çox gənclər təhsil almağa üstünlük verirlər. Amma biz də belə bir qayda var ki, universitet oxudun deməli savadlısan. Düzdü, universitetdə oxuyarkən şəxs formalaşır, bilikləri artır,amma o qədər tələbə var ki, heç dərslərdən belə  xəbəri yoxdur. Məsələn, aparılan sorğularda məlum olur ki, bir çox məqamları gənclər hələ də bilmir. 28 May dövlət müstəqilliyi günü aparılan sorğuda əksəriyyət insan bilmədi ki, həmin gün nə günüdü. Hətta belə bir ifadələr də işləndi: “Son zəng günüdü”, “Konstitusiya günüdü”, “Bilmirəm nə günüdü” və s. dövlət müstəqilliyi bilməyən gənc universitet niyə oxuyur? Ən azından universitetdə tarix fənnindən dərslər keçərkən bu günün nə günü olduğunu bilməlidir. Tələbə olmayan şəxs belə əgər kütləvi informasiya vasitələrindən xəbərdardırsa, dəfələrlə təkrarlanır 28 May günü nə günü kimi qeyd edilir. Bütün bunlar göstərir ki, gənclik hələ ki, normal bir şəkildə formalaşmayıb. Hələ çox biliklər əldə edilməlidir.

Amma bütün bunlarla bərabər, pozitiv məqamlardan da danışmaq olar. Artıq gənclərimiz xaricdə təhsil almağa səy göstərirlər. Bu gəncliyin inkişafı kimi göstərilə bilər. “2007 – 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması üzrə dövlət proqramı” layihəsinin həyata keçirilməsi gəncləri bu sahədə daha da həvəsləndirdi. İndi təxminən 500-dən çox tələbə dövlət proqramı ilə xaricdə müxtəlif ixtisaslar üzrə təhsil alırlar. Bu kimi gənclərin xaricdə təhsil alması, gələcəkdə intelektual bir gəncliyin formalaşmasında mühüm rol oynayacaqdır. İstər dövlət proqramı vasitəsilə, istərsə də şəxsi hesablarına xaricdə təhsil alan gənclər Azərbaycan gəncliyinin uğurudu.

Təbii ki, xaricdə təhsil alanlar gəncliyin çox az bir hissəsidir. Bu da gəncliyə nə qədər töhfələr versələr gərək  ki, ümumilikdə maarifləndirmə işləri ola. Bütün bunlarla bərabər, Azərbaycanda da tələbə təşkilatları vardır ki, burada fəal tələbələr toplaşaraq öz ideyalarını həyata keçirməyə çalışırlar. Universitetlərdə tələbə – gənclər təşkilatları mövcuddur.Bunların olması ilə iş bitmir, gərəkdir ki, gənclər də bu kimi təşkilatlardan yararlansın, təcrübə əldə etsin.

Beləliklə, gəncliyin ortaya çıxmasında ilkin şərtlərdən biri təhsildir deyə bilərik. Təbii ki,başqa məqamlar da vardır. Məsələn, informasiya texnologiyaları sahəsini müasir gəncliyin bilməsi vacibdi və önəmlidir. Çünki dünya indi hal-hazırda bütünlüklə internet vasitəsilə bir-birilə əlaqə saxlayır. Gəncliyin dünya dili olan ingilis dilini bilməsi ona daha çox üstünlük verər və dünyaya baxışının artmasında mühüm rol oynayar. Əgər ingilis dilin bilməyən gənc sadəcə Azərbaycan gəncliyin görəcək,amma ingilis və yaxud da rus dilini bilən gənclər dünyaya hər tərəfli baxa bilmək imkanları olacaq. Çünki bu dillər vasitəsilə dünya gəncliyin görmək mümkündür.

Həmişə gənc kadrlara üstünlük verən CELT Colleges , bu sahədə də gənclərə dəstək olur. Beləliklə, İngilis dili və kompyuter bilikləri gənclərə tədris etməyi öz üzərinə götürür. Həm də gənc kadrların işə cəlb olunmasında maraqlıdı.

CELT Elmlər Akademiyası

Ələsgər Ələkbərov  küç. 535/27

Vergilər Nazirliyinin yanı

Tel: 012 408 4320

7 thoughts on “Gəncliyimiz və Təhsilimiz”

  1. salam.meni bir sual maraqlandirir:3neferlik kursa yazilmaq uchun 3 neferin 3unde ozum tapmaliyam?men tekemse 3 neferlik qrupda ders kechmek isteyiremse siz bunu teshkil edirsiz ya?!

    1. Özünüzdə tapa bilərsiniz. Amma biz təşkil edirik. Siz gəlib qeydiyyatdan keçdikdən sonra əgər hazır qrup varsa yazılırısınız yoxdursa bir neçə gün ərzində qrup təşkil edilir

  2. Bagishlayin bir de ki bilmek isteyirem ki xaricde thsil almaq ucun ne etmek lazimdi?Deyirler ki mutleq Toefl kursunu bitirmelisen.

    1. Siz hansı kursları nəzərdə tutursunuz? Əgər ingilis dili kurslarını soruşursunuzsa, fərdi 185 manat, iki nəfərlik qrup 135, üç nəfərlik qrup 96 manat.

    2. on 05 Aralık 2011 Abd den gelecek rllamaarka altın fiyatları yfckselmez. Yada şf6yle sf6yleyim, Altın fiyatlarının yfckselmesinde ABD belirleyici fclke değildir. Dfcnyadaki arz talep altın fiyatlarını belirler. Arz talep derkende sadece dfcğfcn zamanı takılan altınlar değil elbette. Mesela dcretimdeki daralmalar altın fiyatlarını yfckseltmez bilekis bilişim alanında bir daralma yaşanırsa bu altın fiyatlarına olumsuz etki yapar.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir