German Blocked Account (Almaniya bankında blok hesab)

Almaniyada BLOCKED ACCOUNT nədir?

Yəqin ki bir çoxlarınız Almaniyanın beynəlxalq tələbələr üçün ən maraqlı ölkələrdən biri olduğunu bilirsiniz. Ümumilikdə Almaniyada xarici tələbələri qəbul edən 400-dən çox ali məktəb fəaliyyət göstərir və bu rəqəm gündən-günə artmaqdadır. Lakin, Almaniyada universitet tələbəsi olmazdan öncə bəzi tələblərin yerinə yetməsi lazımdır. 

Avropadan olmayan tələbələr üçün, universitetlərin qəbul şərtlərinə əlavə olaraq, Alman dövlətinin tələb etdiyi bəzi qaydalar ki var ki, diqqətdən yayınmamalıdır. Xüsusilə də tələbə vizasına yəni milli vizaya müraciət etməzdən öncə.

Bu yazımızda əsasən, maddi gəlirlərdən, hansı ki Alman səfirliyinə müraciət edərkən təqdim etməli olduğunuz BLOCKED ACOUNT dan danışacam. Bu hesab Alman bankında və əvvəlcədən online qaydada sifariş edilən bloklanmış bank hesabıdır. Diqqətinizə bir daha çatdırmaq istəyirəm ki, Alman bankında və bloklanmış. Almaniya dövləti təhsiliniz müddətində özünüzü maliyyələşdirə biləcəyinizdən əmin olmaq üçün sizdən bu hesabı tələb edir. Blok hesab o deməkdir ki, 10236 Avro məbləğində pulu Alman bankına köçürürsünüz. Bu məbləğdən hər ay maximum 853 Avro çıxardıb istifadə edə bilərsiniz. Arxayın ola bilərsiniz ki, bu məbləğ tam olaraq sizindir və sizdən başqa heç kəs ona toxuna bilməz. Hətta maddi imkanınız yetirsə və ya Almaniyada özünüzə iş tapıb aylıq xərclərinizi qarşılaya bilirsinizsə, bu hesabdakı məbləğə ümumiyyətlə toxunmayıb, il sonunda tam məbləği geri götürə bilərsiniz. 

Blok hesabınızı açmaq üçün ən ideal vaxt universitet sənədləriniz göndərildikdən dərhal sonra, qəbul kağızınızı əldə etməmişdən öncədir. Nəzərinizə çatdırırıq ki, hər bir Alman bankı blok hesab təklif etmədiyindən prosesin tamamlanması bir neçə həftə apara bilər. Belə ki, viza sənədləriniz vaxtında hazır olmasını istəyirsinizsə blok hesabı sifariş etməkdə gecikməyin. 

Alman bankına bu məbləği necə köçürəcəm deyirsinizsə, bu tam şəkildə online bir prosesdir. CELT Colleges olaraq qəbul prosesiniz getdiyi zaman, biz sizə bütün mərhələlər barədə tam dəstək verəcəyik. CELT Colleges Nizami ofisinin əməkdaşları Almaniyada və digər Avropa ölkələrində təhsil və həyat ilə bağlı nə suallarınız olsa cavablandırmağa hazırdılar. 

CELT Colleges Nizami

Adres: Məhəmməd Naxçıvani 10, 6-cı parallel, Nizami metrosunun yaxınlığı. 

Mobil: (050) 787 57 66

Ofis: (012) 436 86 87

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next