Glasgow Şotlandiyanın ən maraqlı şəhəri kimi

Glasgow şəhəri Şotlandiyanın 2-ci ən böyük şəhəri olmaqla yanaşı London, Birmingham, Leeds-dən sonra Böyük Britaniyanın 4-cü ən böyük şəhəridir. Şəhərin Klayd çayının üzərində yerləşməsi ona dahada fərqlilik verir. Kifayət qədər böyük olmağı buranı həm iqtisadi mərkəz , eyni zamanda adminstrativ mərkəz etmişdir. Şəhərin yaranma tarixi qədimdir, belə ki mənbələrə istinad etsək əsası VI əsrdə qoyulmuşdur. Uzun illər ərzində xeyli dəyişikliyə məruz qalmışdır. Hal-hazırda isə çox modern və davamlı inkişaf edən bir şəhərə çevrilmişdir. Əhalisi 560.000 təşkil edir ki, bununda 60.000 elə yerli və xarici tələbələrdir.

Təhsil :

Glasgow Caledonian University

University Glasgow

 

 

 

 

 

 

University of West Scotland University of Strathclyde

 

 

 

 

 

 

 

Glasgow Universiteti Dünyanın aparıcı təhsil mərkəzlərindən biridir. Belə ki, bu Universitet uzun illərdir dünyanın TOP 100 Universiteti siyahısında olan yerini qoruyub saxlıyır. İngilis dilli ölkələr arasında 4-cü ən qədim Univesitetdir. Burda demək olar ki, bütün ixtisaslar üzrə mükəmməl təhsil ala bilərsiz, amma əsas ixtisaslara müsahibatçılıq, sosial elmlər, maliyyə, komputer elmləri, tibb kimi ixtisaslarda təhsil ala bilərsiz.

Stracthcylde Universiteti şəhərin 2-ci ən qədim Universiteti olmaqla yanaşı çox modern bir təhsil mərkəzidir. Burda 100 fərqli ölkədən tələbə və müəllim heyəti çalışır.

Glasgowda yerləşən bütün Universitetlər tələbələr üçün həm bakalavr , magistr , həmdəki doktorantura və aspirantura kimi elmi dərəcələr almaqda əvəzsiz şanslar yaradır. Adətən magistr dərsləri cəmi 1 il davam edir.

Glasgowda həyat :

Şəhər haqqında verdiyimiz məlumatlara əsaslanaraq çox rahatlıqla qeyd edə bilərkki Glasgow canlı və rəngarəng bir şəhərdir. Hansı ki, günü gündən inkişaf edir. Şəhərdə çoxlu sayda qalereyalara, muzeylərə  rast gələ bilərsiz və bu mədəniyyət mərkəzlərinin çoxuna siz pulsuz giriş əldə etmək şansınız var. Hər il bir neçə beynəlxalq film, teatr festivalları keçiriliki bunlardan Glasgow International Comedy Festival, Glasgow Film Festival və West End Festival ən məşhurlarıdır. Əvvəllər belə deyim varıydıki əslində Glasgow paytaxt şəhər olmalıdır, nəinki Edinburgh. Yuxarıda sadaladıqlarımızı nəzərə alsaq əmin ola bilərikki Glasgowda həyat tamam fərqli və macəra doludur.

Glasgowda iş imkanları :

Həqiqətən burda olan göstəricilər göz çarpandır. Bu şəhər Avropanın 20 ən inkişaf etmiş maliyyə mərkəzindən biridir və Şotlandiyanın bir çox biznesmenləri buranı özlərinə ev sayırlar. 330.000-dən çox insan burda biznes sferasında işləyir. Əsas iş. sahələri maliyyə və biznesdir. Əgər sizdə təhsilinizi başa vurduqdan sonra Glasgowda qalıb işləmək istəyirsizsə, onda siz Böyük Britaniyanın işçi vizasına müraciət etməlisiz.

Yaşayış :

Tələbələrin çox West End adlı yerdə yaşayırlar, çünki Universitetlərin əksəriyyəti və ən əsası Glasgow University orda yerləşir. Şəhər mərkəzindən 3 mil aralıda olan bu ərazidə çox sayda restoran, yataqxana, otellər var. Lakin tələbələrin əksəriyyəti yaşayış üçün ev kirayələyirlər buda ki  £99 – £154 arası dəyişir.

Hava və iqlim :

Glasgowda mülayim hava hökm sürur, bunun səbəbi kimi adətən Qolf cərəyanını deyirlər. Mart ayından başlayaraq Avqusta qədər isti aylar davam edir.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next