Həm istirahət et, həm də İngilis dilini öyrən

Yay düşərgəsi artıq 4 ildir ki, bizdə – yəni CELT şirkətində keçirilir. Bu düşərgə Azərbaycanın gözəl guşələrindən biri olan Nabranda “Nabran istirahət” mərkəzində keçirilir. Buranın gözəl mənzərəsi, əsrarəngiz havası insanı valeh edir. Bu düşərgənin özünün hovuzu, akvaparkı, futbol meydançası, tenis stolları, çoxsaylı  əyləncələri və s. mövcuddur. Məqsəd öz xalqımızın  övladlarımıza belə gözəl bir guşədə yüksək səviyyədə elm vermək , dünyagörünüşünü artırmaqdır. Bu proqram –  “Azərbaycanın səfalı guşələrində səfalı guşələrindədincəl və təhsilini davam etdir” – İngiltərədə təsdiq olunub. Burada dərslər əcnəbi və yerli müəllimlər tərəfindən keçirilir.

Bilik səviyyələri  Pre-intermediate səviyyəsindən başlayan tələbələrə əcnəbi müəllimlər dərs keçirlər. Hər ayın sonu burada imtahanlar da təşkil olunur. Tələbələr 15 nəfərlik  qruplara bölünür.  Qrup bölünməsinə əsasən hər bir tələbə imtahan verməli və onların bilik səviyyələri müəyyənləşdirilməlidir. Yalnız bundan sonra tələbələr bilik səviyyələrinə uyğun qruplara bölünür. Hər qrupun İngilis dili rəhbəri və tərbiyəçisi vardır.

Daha azyaşlı uşaqlara düşərgədə olarkən xüsusi tərbiyəçi tərəfindən yüksək səviyyədə nəzarət olunur. Qida peşəkar aşbazlar tərəfindən hazırlanır. Burada gün ərzində 7 saat İngilis dilində danışıq olur. Özünüzü tamamilə İngilis mühitində hiss edəcəksiniz. Bizim əcnəbi müəllimlərimiz sırf  İngiltərədən  gəlmiş beynəlxalq müəllimlərdir. Gün ərzində 3 saat idman dərsləri, kompyuter bilgisi, DVD filmləri, güclü qida rasionu, müxtəlif cür əyləncə, diskoteka, gəzintilər v s. təşkil olunur. Peşəkar fəaliyyətin istənilən sahəsində müasir iş hər zaman kompyuter texnologiyaları ilə sıx əlaqədardır. Bu texnologiyaları öyrənmək yalnız ixtisas seçimində daha arxayn olmaqla yanaşı aldığımız biliklərdən real həyatda da faydalanmaq deməkdir.

Burada tələbələrimizə kompyuter texnologiyaları ilə əlaqəli olan istənilən fəaliyyət sahəsində aldıqları biliklərdən faydalanmaq imkanı yaradılıb. DVD dərsləri isə hər həftənin sonunda seyr etdikləri filmlərə aid inşalar yazmaqdan ibarətdir. Xüsusi ayrılmış yerləri iki və üç nəfərlik otaqlar, gündəlik səhər, nahar və şam yeməyi, hər otaqda TV, yüksək sürətli internet xətti və telefon rabitəsi, kafedə pulsuz gündə üç dəfə yemək təşkil olunur. Otaqlarda yataq dəstləri müntəzam olaraq dəyişdirilir və təmizlənilir.Tələbələrin  paltarlarının müntəzam olaraq yuyulması yaxınlıqda yerləşən camaşırxanada təşkil olunur. Bu tələbələrimizə həm gözəl yay istirahəti, həm də bilikərinin inkişafına gözəl şərait yaradır. Bizdən sonra gələn nəslin daha maariflənmiş, sağlam, nizam –intizamlı, vətənpərvər böyüməsinə böyük imkan yaradılır. Bizim məqsədimiz məhz budur.

Əlaqə üçün:

CELT 28 May

Rəşid Behbudov küç. 56

Azərbaycan Xarici Dillər Universitetinin yanı

Tel: 012 441 3665, 012 4180867

42 thoughts on “Həm istirahət et, həm də İngilis dilini öyrən”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Previous
Next