Yay düşərgəsi artıq 4 ildir ki, bizdə – yəni CELT şirkətində keçirilir. Bu düşərgə Azərbaycanın gözəl guşələrindən biri olan Nabranda “Nabran istirahət” mərkəzində keçirilir. Buranın gözəl mənzərəsi, əsrarəngiz havası insanı valeh edir. Bu düşərgənin özünün hovuzu, akvaparkı, futbol meydançası, tenis stolları, çoxsaylı əyləncələri və s. mövcuddur. Məqsəd öz xalqımızın övladlarımıza belə gözəl bir guşədə yüksək səviyyədə elm vermək , dünyagörünüşünü artırmaqdır. Bu proqram – “Azərbaycanın səfalı guşələrində səfalı guşələrindədincəl və təhsilini davam etdir” – İngiltərədə təsdiq olunub. Burada dərslər əcnəbi və yerli müəllimlər tərəfindən keçirilir.
Bilik səviyyələri Pre-intermediate səviyyəsindən başlayan tələbələrə əcnəbi müəllimlər dərs keçirlər. Hər ayın sonu burada imtahanlar da təşkil olunur. Tələbələr 15 nəfərlik qruplara bölünür. Qrup bölünməsinə əsasən hər bir tələbə imtahan verməli və onların bilik səviyyələri müəyyənləşdirilməlidir. Yalnız bundan sonra tələbələr bilik səviyyələrinə uyğun qruplara bölünür. Hər qrupun İngilis dili rəhbəri və tərbiyəçisi vardır.
Daha azyaşlı uşaqlara düşərgədə olarkən xüsusi tərbiyəçi tərəfindən yüksək səviyyədə nəzarət olunur. Qida peşəkar aşbazlar tərəfindən hazırlanır. Burada gün ərzində 7 saat İngilis dilində danışıq olur. Özünüzü tamamilə İngilis mühitində hiss edəcəksiniz. Bizim əcnəbi müəllimlərimiz sırf İngiltərədən gəlmiş beynəlxalq müəllimlərdir. Gün ərzində 3 saat idman dərsləri, kompyuter bilgisi, DVD filmləri, güclü qida rasionu, müxtəlif cür əyləncə, diskoteka, gəzintilər v s. təşkil olunur. Peşəkar fəaliyyətin istənilən sahəsində müasir iş hər zaman kompyuter texnologiyaları ilə sıx əlaqədardır. Bu texnologiyaları öyrənmək yalnız ixtisas seçimində daha arxayn olmaqla yanaşı aldığımız biliklərdən real həyatda da faydalanmaq deməkdir.
Burada tələbələrimizə kompyuter texnologiyaları ilə əlaqəli olan istənilən fəaliyyət sahəsində aldıqları biliklərdən faydalanmaq imkanı yaradılıb. DVD dərsləri isə hər həftənin sonunda seyr etdikləri filmlərə aid inşalar yazmaqdan ibarətdir. Xüsusi ayrılmış yerləri iki və üç nəfərlik otaqlar, gündəlik səhər, nahar və şam yeməyi, hər otaqda TV, yüksək sürətli internet xətti və telefon rabitəsi, kafedə pulsuz gündə üç dəfə yemək təşkil olunur. Otaqlarda yataq dəstləri müntəzam olaraq dəyişdirilir və təmizlənilir.Tələbələrin paltarlarının müntəzam olaraq yuyulması yaxınlıqda yerləşən camaşırxanada təşkil olunur. Bu tələbələrimizə həm gözəl yay istirahəti, həm də bilikərinin inkişafına gözəl şərait yaradır. Bizdən sonra gələn nəslin daha maariflənmiş, sağlam, nizam –intizamlı, vətənpərvər böyüməsinə böyük imkan yaradılır. Bizim məqsədimiz məhz budur.
Əlaqə üçün:
CELT 28 May
Rəşid Behbudov küç. 56
Azərbaycan Xarici Dillər Universitetinin yanı
Tel: 012 441 3665, 012 4180867
pulu ne qederdi?
Bu nomre ile elaqe saxlayin zehmet olmasa. (012) 441 36 65
salam man sizin yas hadini va neca il neca ay neca gun olduxunu sorusmak istiyiram va pulunu
Əgər Nabran üçün soruşursunuzsa, bu layihə artıq bitib
yash heddi necedir yeni nece yawdan bawlanir nece yawa qeder
Əgər Nabran yay məktəbin nəzərdə tuturusunuzsa, bu layihə artıq bitib. indi fəaliyyət göstərmir
burda otaqlarda nece nefer qala biler yeni qruplar nece neferden ibaretdir?
Artiq bu mekteb layihesi bitib bu il ucun
cox pakize cox sentimentalda doludu kompleks.geleceyem