“Hər bir xanım öz gələcəyini sığortalamalıdır”

Kim deyir ki, xanımlar xaricdə təhsil alıb, karyera qura bilməz?! Bu dəfə sizə olduqca maraqlı bir müsahibimizi təqdim edəcəyik. Haqqında elə özü məlumat verəcək. Görək xanımlara xaricdə təhsillə bağlı hansı mesajları verəcək.

1.       Özünüz haqda qısa məlumat verin, zəhmət olmasa

1989-cu ildə Sumqayıt şəhərində anadan olmuşam. Bakalavr təhsilimi  Xəzər Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə, magistr təhsilimi isə Böyük Britaniyanin York Universitetində İnsan Resurslarının İdarəedilməsi üzrə bitimişəm. Daha sonra Azərbaycan Respublikası Dövələt Neft Şirkətində (ARDNŞ) Kadrların hazırlanması şöbəsində kadr hazırlığı üzrə mühəndis, 2010-cu ildən isə ARDNŞ-nin İnsan Resursları Departamentində Təlim və İnkişaf şöbəsində çalışıram.

2.       Adətən bizim ailələrin, cəmiyyətin qızların xaricə getməsinə baxışları fərqlidir. Siz necə atdınız bu addımı və sizin bu qərarınıza ailənin münasibəti necə oldu?

Düzdür bir çox insanlar tərəfindən bu addım hər zaman mənfi bir addım kimi qarşılanıb. Təssüflə qeyd edirəm ki Azərbayanda mövcud olan “yazılmamış qanunlar” əsasında bir çox gənclərimizin qarşısında dayanan baryerlər bu addımın atmağına  təsir göstərir. Cəmiyətdə mövcud olan “ön yarqılı insanlar”, bu fikir fərqliliyinin yaradıcılarıdır. Mən ən böyük dəstəyi ailəmdən almışam. Mənim ailəm bu addımımı hər zaman müsbət qiymətləndirib bu yol nə qədər çətin olsada ailəm motivasiya verən yeganə mənbə olub.

3.       Niyə məhz İngiltərə və York Universiteti? Təhsil aldığınız ölkə Amerika olsaydı sizing üçün nə dəyişərdi?

Çox şey dəyişərdi, çünki hər bir ölkənin təhsil sistemi özünə məxsusdur. York Univeristetini seçəmyimdə məqsəd təhsilin keyfiyyəti və univeristetin tələblər üçün yaratmış olduğu imkanlardır. Bundan başqa digər ölkələrlə müqayisədə İngiltərədə İnsan Resurslarının idarəedilməsi üzrə magistr təhsili 1 illikdir, həm də bundan əlavə York Universiteti digər Universitetlərlə müqayisədə CİPD (Avropanın insan resursların idarəedilməsi üzrə institutunun tanınmış sertifikatı) professional üzvlüyünü də verir. Yəni York Universitetində İnsan Resurslarını bitirən hər bir tələbə heç bir imtahan vermədən avtomatik CİPD professional üzvlülük almaq imkanına malikdir. Əgər mənim ikinci dəfə xaricdə təhsil almaq şansım olsaydı mənim seçimim düşünmədən yenə də Böyük Britaniya olardı.

4.       İngiltərə və Azərbaycan təhsili arasında nə kimi fərqlər var?

Əlbəttə ki,fərq çox böyükdür, ilk növbədə sistem çox fərqli və mürəkkəbdir. Bundan başqa dil baryeri var. Ümumiyətlə deyərdim ki, Avropa universitetlərində ən basilica fərqliliyi tələbələrin fikirlərinə, ideyalarına daha çox üstünlük vermələridir. Daha bir fərq isə İngiltərədə magistr təhsilinin 1 illik olmasıdır. Amma onu da qeyd edim ki, mənim üçün, Azərbaycanın təhsil sistemindən Britaniyanın təhsil sisteminə keçmək heç də çətin olmadı, çünki bakalavr təhsilimi Xəzər Universitetində aldığımdan sistem fərqi o qədər də böyük çətinlik yaratmırdı.

5.       Azərbaycanlılara münasibət necədir?

Çox mehriban . Əminliklə deyə bilərəm ki, həqiqətəndə İngilətərdə qazandığım dostlar mənim ən yaxın dostlarımdır. Hər zaman dinimizə, mədəniyətimizə böyük hörmətlə yanaşıblar.

6.       Məlumdur ki, xaricə gedəndə çətinlik çəkdiyimiz məsələlərdən biri və birincisi yeməklə bağlı olur. Sizin yeməklə bağlı nə kimi probleminiz oldu? Azərbaycan yeməklərini ürəyiniz istəyəndə nə edirdiniz?

Yeməklə bağlı heç bir problemim olmayıb heç vaxt, çünki istədiyim yeməyi özüm hazırlaya bilirəm. Bundan başqa kənarda yemək yeyən zamanda öz yemək tərzimə uyğun yeməkləri asanlıqla tapa bilirdim. Düzdür ilk getdiyim vaxtlarda bir az çətinliklərlə üzləşdim amma bunlar hamısı zamanla öz axarına düşdü.

7.       Bəzən tələbələr xaricdə həm təhsil alır, həm işləyir. Sizin işləmək imkanınız oldu?

Doğrudur bir çox tələbə yoldaşlarım oxuduqları müddət ərzində həm də çalışırdılar. Bu bir qədər çətindir çünki təhsil ala-ala işləmək tələbə üçün çox çətindir. Mənim üçündə işləmək şansı olub lakin aldığım təqaüd kifayət qədər yetərli olduğundan işləmək şansını dəyərləndirməmişəm.

8.       Heç xarici vətəndaşla ailə qurmağı düşündünüz?

Sözün düzünə qalsa bu barədə heç zaman düşünməmişəm. Amma xarici vətəndaşla ailə həyatı qurmaq deyəndə bir çox insanlar hər zaman pis fikirlə yanaşır bu mövzuya. Bu da zaman keçdikcə yəqin ki, öz axarına düşəcək, çünki biz ilk növbədə bərabər hüquqlara malik olan insanlarıq. Nəticədə xarici vətəndaşda bir insandır, bu fikiri mənfi qiymətləndirməklə biz ilk növbədə irqçiliyin təməlin qoymuş oluruq.

9.       Qadın eyni anda həm siyasətçi, həm həyat yoldaşı, həm ana ola bilər? Çoxları ancaq kişilərin bu statusu daşıya biləcəklərini düşünürlər.

Hər zaman dediyim kimi qadın böyük qüvvədir qadın güclu idarəçidir. Düzdür bir çox insanlar bu fikirlə razılşmırlar bundan öncəki müsahibəmdə də bu fikirlə bağıl bir çox təndiqlərlə üzləşdim amma bu çox normal bir haldır, çünki doğru danışan insanı hər zaman tənqid edirlər. Bir sözlə hər zaman alışdığım bir durum.

11. Azərbaycanda xaricə təhsil almağa gedənlərin yarıdan çoxu oğlanlardır. Sizcə bu nə ilə bağlıdır? Ümumiyyətlə bir xanım üçün xaricdə oxumağın xüsusi çətinlikləri var?

Artıq bu fikir dəyişib, deməzdim ki, xaricə gedən gənclərin çoxu oğlandır çünki hal-hazırda xanımlarımızda bu sayda çoxluq təşkil edir və bu hal çox sevindiricidir. Əgər bir insanin həyatında belə bir şans yaradılıbsa mütləq onu dəyərləndirməlidirlər heç kəsin fikrinə məhəl qoymadan. Çünki cəmiyətdə olan “ön yarqılı insanlar” hər zaman olub və olacaqda. Fərqi yoxdur xaricdə və ya ölkə daxilində təhsil hər zaman hər bir insan üçün önəmlidir.

12. Xanımlara məsləhətiniz nədir? Üzərlərindəki basqını qırıb irəli addım atsınlar?

Əlbətt geriyə baxmadan ancaq irəli, təbi ki, çərçivə daxilində. Üzərilərindəki basqını qırmaqda hər bir insanin güclü və ya zəif olmağından aslıdır. Sadəcə çox çalışmaq və mübarizə aparmaq lazımdır. Sonda hər kəs gördüyü zəhmətin bəhrəsin alır. Hər bir xanım öz gələcəyini sığortalamalıdır. Təhsil isə ən başlıca şərtdir.

13. Sonda gənclərə (oglanlara, qızlara) xaricdə təhsillə bağlı nə məsləhət görürsünüz?

Xaricdə təhsil almaq istəyən gənclərə tövsiyə edərdim ki, bu istəklərini reallaşdırmaq üçün bugünkü dövrdə olan imkanlardan maksimum faydalansınlar, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gənclərin Xaricdə Təhsilləri ilə bağlı Təqaüd Proqramı buna misal olar bilər. İndi artıq xaricdə təhsil almaq arzu olaraq qalmır, hər bir gənc öz arzusunu reallaşdıra bilər. Yeri gəlmişkən onu da qeyd edim ki, mən də ARDNŞ-nin Gənclərin Xaricdə Təhsilləri ilə bağlı təqaüd Proqramının təqaüdçü məzunuyam. Sonda sizə biz gənclərlə maraqlandığınız üçün dərin təşəkkürlərimi bildirirəm. Təşəkkürlər!

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.