Hər gün YENİ 99 SÖZ ÖYRƏN! – Yeni Söz Kosmik gəmisi

Ingilis dilini öyrənirsiz? Söz ehtiyatınız kifayət qədər deyil və yaxud söz ehtiyatınızı daimi təkrarlamaq istəyirsiniz? O zaman bu bloq məhz sizin üçündür.

Bildiyiniz kimi elmi texniki inkişaf və yeni innovativ ideyaların elmə tətbiq edilməsi insanlara müxtəlif əyləncəli və innovativ üsullarla hər hansı bir elmi və yaxud hər hansı sahələri öyrənməyə daha böyük imkanlar yaradır. Mobil cihazlar, planşetlər bizim kimlərləsə əlaqə qurmaq üçün vasitə ilə bərabər hər hansı bilik və bacarıqlarımızı inkişaf etdirmək üçün və yaxud hər hansı bilikləri əldə etmək üçün vasitəyə çevrilmişdir. İndi sizə haqqında danışacağım mobil applikasiya da məhz həmin bilik və maarifləndirmə xarakterini daşıyır ki, siz bununla öz dil biliklərinizi inkişaf etdirəcəksiniz, həmdə ki, çox yaxşı əylənəcəksiniz.

“Английский язык – 99 слов/день”adlanan bu mobil applikasiya Android(PlayMarket) və İOS (AppleStore)əməliyyat sistemləri ilə işləyən mobil cihazlarınıza yükləyə bilərsiniz. Deməli ilk baxışdan bu applikasiya uşaqlar üçün oyuna bənzəsə də əslində belə deyil. Proqram yaradıcıları bu proqramda kosmik fəza və kosmonavatlardan istifadə edərək sanki insanın yeni planetlər axtarışını bir növ dil biliklərini, söz ehtiyatlarının inkişafını eyniləşdirib belə bir gözəl və maraqlı sintez yaratmışlar. Şəkillərdən baxanda görürüsünüz ki, burda sanki bir sözün düzgün tapılması yeni planetin tapılması və kosmonavt rolunda olan proqram istifadəçisinin uğuru kimi təsvir olunur. Bu proqram size 5000 yeni sözü innovativ və yadda qalan formada öyrənmənizə və təkrarlamanıza şərait yaradır.Siz hər gün 99 yeni söz öyrənə bilərsiniz məhz bu proqram vasitəsilə…

Çox təəsüf ki, bu proqram ingilis azərbaycan dili yox, məhz rus-ingilis dilində tərtib olunub. Lakin rus dilində rahat danışmağı bacaran insanlar üçün bu proqramdan istifadə heç bir əngəl yaratmır. Bu proqramda istifadə edərkən öyrənəcəyiniz sözlər gündəlik məişət sözləri, ədəbi sözləri və hətda terminalogiyanı da əhatə edir.

“HyperLearning” tərəfindən yaradılan bu proqramın demo versiyasını pulsuz yükləyə bilərsiniz ki, bu sizə yalnız 99 yeni sözü öyrənməyə imkan yaradır. Lakin premium olan tam versiyanı yükləmək üçün 2 ABŞ dolları xərcləməlisiniz. Lakin bu məbləğ proqram vasitəsilə öyrənəcəyinizin müqabilində heçnədir desək yanılmarıq. Odur ki, əgər siz Android və İOS əməliyyat sistemli mobil cihaz və yaxud planşet istifadə edirsinizsə o zaman bu applikasiyanı dərhal telefonunuza yükləyin və ingilis dili söz bazanızı inkişaf etdirin..

Bu applikasiyanı Android əməliyyat sistemli telefonunuza yükləmək üçün aşağıdakı QR barkodu telefonunuzda olan “Scan Barcode” proqramı ilə scan edib yükləyin.

6 thoughts on “Hər gün YENİ 99 SÖZ ÖYRƏN! – Yeni Söz Kosmik gəmisi”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir