Türkiyənin tibb sahəsində ən məşhur universitetlərindən biri Hacettepe universitetidir. Paytaxt Ankarada yerləşən bu universitet 1967-ci ildə qurulub. Türk, ingilis, alman və fransız dillərində təhsil verən Hacettepe universiteti bir dövlət müəssisəsidir. Sıhhiye və Beytepe olmaq üzərə iki kampüsü mövcuddur. Əsas korpus kimi isə şəhərin mərkəzindəki Sıhhiye kampüsü tanınır. 50.000-dən artıq tələbəsi olan bu müəssisədə 15 fakultədə təhsil almaq şansı var. Yamyaşıl kampüsü sayəsində şəhərin mərkəzində belə sakitçilikdən zövq almaq olar. Demək olar ki, tədris etdiyi bütün sahələrdə dünya səviyyəsində müxtəlif mükafatlar alan universitet, həmçinin, tam peşəkar kollektivi ilə də diqqəti cəlb edir. Hacettepenin geniş kitabxanasında axtardığınız bütün növ kitabları tapmaq olar.  Erasmus, Mevlana və Farabi kimi tələbə mübadiləsi proqramları sayəsində qısa müddətli də olsa Hacettepeli olmaq olar.

Universitetin nəzdində, Diş həkimliyi, Əczaçılıq, Alman dili və ədəbiyyatı, Antropologiya, Arxeologiya, Amerika ədəbiyyatı, Fəlsəfə, Fransız dili, İngilis dili, Tərcüməçilik, Tarix, Türk dili və ədəbiyyatı, Riyaziyyat, Biologiya, Statistika, Kimya, Qrafika, Rəsm, Memarlıq, Heykəltəraşlıq, Maliyyə, İqtisadiyyat, İdarəçilik, Beynəlxalq münasibətlər, Təhsil, Fizioterapiya və Reabilitasiya, Tibb bacılığı, İncəsənət, Hüquq, İqtisadiyyat, Radio və televiziya, Qida, İnşaat, Geologiya, Kimya, Mədən, Nüvə enerjisi, Mexanika, Kompüter, Elektrik, Fizika mühəndislikləri, Tibb ixtisaslarında təhsil ala bilərsiniz.

Bakalavr pilləsinə SAT imtahanı ilə qəbul mümkündür. Minimal bal 1200, Tibb ixtisası üçün isə 1500-dür. Həmçinin, dil sertifikatı kimi TOEFL imtahanından da keçməlidir. Magistratura pilləsi üçün isə TOEFL imtahanı ilə yükək bakalavr ortalaması lazımdır. Bundan əlavə qəbul zamanı intervyu da keçirilir.

Universitet tələbələri üçün həm Sıhhiye və həm də Beytepe şəhərciklərində qız və oğlan tələbələr üçün yataqxana var. Bununla yanaşı, yataqxanada qalmaq istəməyən tələbələr üçün tələbə evləri də mövcuddur.

Universitet qəbulu üçün sizə ən yaxın CELT ofisinə müraciət edə bilərsiniz.

Xanım Xəlilova

CELT Narimanov

xanim@celt.az

012-566-48-23

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla