Günümüz etibarilə bütün dünya üzərində təhsil səviyyəsi eləcə də təhsilə verilən önəm indiyə qədər heç olmadığı dərəcədə yüksək səviyyəyə çatmışdır. Bu isə tələbələrin və ali təhsilə yiyələnmək istəyən hər bir şəxsin xarici ölkələrdə ali təhsil almaq arzularını daha da artırmışdır. Təbii ki, bu anlaşılan və təqdirə layiq bir arzudur. Əgər “niyə mən də bu tələbələrdən biri olmamalıyam?” sualını özünüzə verirsinizsə demək ki, düzgün yoldasınız. Lakin arzularınızın qurbanı olub, seçəcəyiniz istiqamətdə yanılmaq istəmirsinizsə nəzər yetirməli və ehtiyat etməli olfuğunuz bir neçə faktor var. Bu yazını yazmaqda əsas məqsədim bəzi xaricdə təhsil agentlərinə aldanmamanız və bəlkə də bütün kariyeranızı dəyişdirə biləcək (mənfi istiqamətdə) səhvlərə yol verməməniz üçün sizləri daha geniş məlumatlandırmaqdır.

  1. Xaricdə təhsil agenti seçməzdən öncə ilkin olaraq həmin şirkətin təcrübəsi haqqında maraqlanmağınız ən qabaqcıl şərtdir. “Bəs yaxşı bu haqda necə əmin ola bilərəm?” deyirsinizsə bu sualın cavabı bəsitdir. İlk öncə şirkətin tarixcəsi barədə maraqlanmağı məsləhət görürük. Bu o deməkdir ki,  şirkətin neçə ildir fəaliyyət göstərməsindən tutmuş, indiyə qədər xaricə göndərdiyi tələbələrin sayına qədər bütün detallarla maraqlanamaq lazımdır. Hazırda elə bir dövrdə yaşayırıq ki, facebook, Instagram, və web saytlardan kifayət qədər rahat məlumat almaq mümkündür. Lakin kor-koranə yazılmış məlumatlara deyil, rəsmi sənədlərə ( Universitetdən qəbul kağızı və Viza ) diqqət yetirmək lazımdır. Süni bir şəkildə yazılmış elanlara deyil, sübutu olunmuş, ən azından şəkili paylaşılmış postlara daha çox inanmağınızı tövsiyyə edirik. Hətta imkanınız varsa şəkili və qəbul kağızları paylaşılan tələbələrin əlaqə nömrəsini və ya sosial şəbəkələrdəki hesabını tapıb, kontakta keçin. Onlardan bu məlumatın düzgün olub olmadığını öyrənin.

2.  Maddi cəhətdən aldadılmamaq üçün şirkətin sizə təqdim etdiyi müqaviləni dəfələrlə oxumağı, müqaviləni bağladığıniz şəxsin həqiqətən də bu işi öhdəliyinə götürən insan olub-olmadığını dəqiqləşdirin.

3.  Bəzi şirkətlər artıq pul qazanmaq həvəsi ilə partynor olduğu universitetlər üçün belə tələbələrdən külli miqdarda pul tələb edirlər. Bir daha vurğulamaq istəyirəm ki, əgər universitet təhsil agenti ilə əməkdaşdırsa həmin universitet şirkətə tələbənin ödədiyi məbləğdan şirkətə müəyyən faizlə komissiya ödəyir.

4. Bir çox halda qarşılaşılan vəziyyətlərdən biri isə agentliklərin tələbələri özünə cəlb etmək məqsədi ilə xaricdəki dövlət universitetlərinin özləri ilə partnyor olduqlarını bildirməkdir. Məsələn Almaniyanın və İtaliyanın bir çox universitetləri heç bir şirkətlə partnyorluq etmir.

5. Bəzi hallarda universitetlər tələbələrdən universitetə ödəniş adı ilə saxta məbləğlər tələb edirlər. Universitetə veriləcək məbləğin heç vaxt agentə verilməməli olduğunu yaddan çıxartmayın. Əgər universitet hansısa bir məbləğ tələb edirsə, ödənişi ya bir başa bank vasitəsilə ya da online şəkildə kredit kartınız vasitəsilə yerinə yetirin. Agentlər isə hər hansı bir ödəniş edilməli olduğunu dedikləri zaman onlardan rəsmi invoice tələb edin.

Bu yazımızda biz CELT Colleges Nərimanov olaraq sizləri az da olsa məlumatlandırmağa çalışdıq. Uğurlar!

Nərgiz Ağaverdiyeva

Əlaqə: narimanov@celt.az

Telefon: 050 787 57 66

CELT Colleges Narimanov

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla