Harry Potter Azərbaycanda olsa…

Bu gün gənclərə və yeniyetmələrə Harry Potter kimi romanlar, filmlər əvəzinə romanlar yox Kurtlar Vadisi kimi filmlər maraqlı gəlir. Bunun müxtəlif səbəbləri var və düşünürəm ki, bu mövzu daha geniş mövzudur. Odur ki, bu xatırlatmanı verib keçirik mövzumuza…

Harry Potter Azərbaycanda olsa… Mən sizlərə bu romandan və yaxud filmdən danışmayacağam. Fantastika mövzusunda olsada əslində bu romanın çox müsbət tərbiyəvi, marifləndirici və mənəviyyatı zənginləşdirən tərəfləri var. Elə bu səbəblər ingilis yazıçısı Joanne Rowlinqin  romanlar silsiləsini bütün dünyada məşhur etmişdir.

Habil Polad (Harri Potter) –  Azərbaycanda yaşayan gəncdir. Məktəb illərində yaşıdlarının bir çoxu dərslərdən qaçdığı zaman o dərsləri ötürməzdi və hər zaman özünü digərlərindən ayrı hiss edərdi. O istərdi ki, yaşıdalrı da onun kimi dərslərini oxusunlar və gələcəkdə universitetə qəbul olsunlar. Çünki Azərbaycana istedadlı və bilikli gənclər çox lazımdır. Ətrafındakı dostluq etdiyi gəncləri oxumağın üstünlüklərindən bəhs etsədə və buna çağırsada yoldaşları məhz bun görə ondan uzaqlaşırdılar. Ona görə onun dostu yox idi. O ingilis dilini öyrənir və zaman gəlir o məzun olur. Sinif yoldaşları və digər onun yaşıdları universitetə qəbul həyəcanı yaşayırlar. O istəyirdi bilik əldə etsin və Azərbaycana yararlı vətəndaş olsun. İngilis dilini mükəmməl öyrənir və IELTS imtahanından yüksək nəticə əldə edir. Oxsford Universitetinə sənədlərini göndərir və o universitetə qəbul olur. Qəbul olunduğunu bildikdə çox sevinir və yoldaşlarının çoxu qəbul imtahanından kəsildiyi halda o ən məşhur universitetlərdən birinə qəbul olmuş olur. Universitetə qəbul üçün göndərdiyi materialların içində bir kiçik video vardı. Bildiyiniz kimi xarici universitetlərin bir çoxu qəbul qaydalarında tələbəni şəxs olaraq tanımaq üçün və universitetə hansı səbəbdən qəbul olmaq istəklərini bilmək üçün təqdimat videosu tələb edirlər. O özünü kiçik videoda təqdim etmişdir və universitetə hansı səbəbdən qəbul olmaq istədiyini bildirmişdir. Məhz onun bu təqdimatı qəbul olmasına çox böyük köməklik etmişdir ki, məhz bu səbəbdən ona “bilik cubuğu” təqdim olunmuşdur. İllər keçir və o məzun olur. Məzun gecəsində vida çıxışı edən Habil (ingilisce Harry) bu sözləri deyir:

“ Mən Azərbaycana, Vətənimə qayıdıram. Çox sevinirəm! Mənə sual verirdilər ki, Azərbaycana nə aparırsan? Mən Sizin mənə təqdim etdiyiniz bilikləri aparıram və bu biliklərimi simvolizə edən “bilik cubuğu”nu aparıram. Bu cubuqla gəncləri elmə, təhsilə dəvət edəcəyəm, onlara təhsil almağa imkanlar yaradacağam və çalışacam hər bir Azərbaycanlı gənci bilikli və savadlı olsun. Mən məqsədimə çatmamışam… Məqsədimə doğru gedirəm, Sizin mənə verdiyiniz elmlə biliklə… Sanki bu elm və biliklər məqsədimə gedən çətin və keşməkeşli yolda bir sehirli cubuqdur ki, mənə bu yolları keçməkdə kömək edəcəkdir. Gözəlliklər yaradcağaım, ümidləri alovlandıracağam, gələcək yaradacağam! Mən Sizləri tanıdığım üçün və bu universitetdə təhsil aldığım üçün çox xoşbəxtəm. Hamınıza Uğurlar”

Və O Azərbaycana qayıdır məqsədlərini həyata keçirir və Azərbaycan Gəncliyi inkişaf edir və vaxt gəlir ingilis yazıçısı məhz onun haqqında roman yazır… Harry Potter!

Bu qədər…

Bu motivasiya xarakterli bloqdur ki, ümid edirəm oxucularımızdan kimsə özünü bu yazıda gördü və yaxud görmək istədi. Ümid edirəm vaxt gələcək ingilislər və yaxud digər millətlərin bloqqerləri və yaxud yazıçıları “Azərbaycanlı Azər, Fərid, Anar, Lalə, Gulnar və sairələr İngiltərədə, Amerikada, Kanadada və sairə ölkədə olsaydı…” adlı yazılar,romanlar, bloqlar yazacaqlar…

Ümid ən son ölür…

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next