Harvard Universiteti və Harvard Kolleci haqqında tez-tez soruşulan suallar.

Harvard Universiti və Harvard Kolleci haqqında son aylarda tələbələrin soruşduqları suallar içində ən çox bu mövzulara maraq göstərilir:

Harvard Universiti və Harvard Kolleci arasındakı fərq nədir?

Harvard Kolleci, Harvard Universiti bakalavr təhsili verən məktəbidir. 4 illik bakalavr təhsili təklif edir.

Harvard Universitetinə bir başqa universitetdən transfer ola bilərəmmi?

Bəli. Başqa bir universitetdə bir ilini tamamlamış hər tələbə transfer tələbə kateqoriyasında Harvard Universitetinə müraciət edə bilər. Müraciət müddəti ilk il müraciət edən tələbələrdən fərqli olaraq transfer tələbə müraciəti olaraq yerinə yetirilir. Harvard Universiteti transfer olaraq qəbul edilən beynəlxalq tələbələr üçündə təqaüd imkanları təqdim edir. Azərbaycanda ya da başqa bir ölkədə olan üniversitenizin 1. və 2. kursunda transfer tələbə olaraq Harvarda müraciət edə bilərsiniz.

Azərbaycandan bir çox dostum Harvard Universitetinə müraciət edir. Eyni ölkədən bu qədər müraciət edilməsi mənim müraciətimə mənfi təsir edərmi? Mənim şansım azalırmı?

Xeyr. Harvard Universiti tələbələrin gəldikləri ölkələr, unveristetlər və s. meyarlar üçün hər hansı bir kvota istifadə etmir. Sizin müraciətiniz bütün digər müraciətlər ilə bərabər olaraq qiymətləndirilir.

Harvard Universitetinə bakalavr təhsili üçün müraciət edirəm. Harvard Universiteti hansı meyarlara baxaraq qəbul edir?

Harvard Universiti müraciətlər üçün xüsusi bir hesablama istifadə etmir. Tətbiq etdiyi riyazi bir düsturu yoxdur. Akademik müvəffəqiyyətiniz Harvard Universiteti üçün çox əhəmiyyətlidir. Ancaq qəbul komitəsi yalnız orta qiymətinizə baxaraq qərar verməz. Dərs xarici fəaliyyətlərinizi, ictimai məzmunlu işlərinizi, liderlik xüsusiyyətləri kimi fərqli bir çox meyarı qiymətləndirirlər. Müəllimlərinizin haqqınızda yazdığı istinad məktubları əhəmiyyətlidir və Harvard yazılanlara güvənər. Bu səbəblə istinad məktublarınızı sizi həqiqətən yaxşı əks etdirən inandığınız kəslərdən almalısınız.

Harvard Universitetinə müraciət edirəm. Təqaüd üçün də müraciət etmək istəyirəm. Təqaüdə müraciət etməyim qəbul olmağıma təsir edərmi?

Xeyr. Təqaüd, müraciətlərinizin qəbuluna təsir etmir. Ayrıca Azerbaycan və digər beynəlxalq tələbələrin maliyyə yardımı almaq şansı vardır.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla