Groningen Universiteti Hollandiyanın eyni adlı şəhərində yerləşir. Groningen şəhəri şimali Hollandiyanın ən böyük şəhəridir. Əhalisi 190.000 nəfər təşkil edir. Şəhər həmçinin Hollandiyanın ən çox tələbə olan şəhərlərindən biridir. Belə ki, 50.000-dən çox tələbə məhz bu şəhərdə yaşayır və təhsil alır. İqlimi şimalda yerləşdiyi üçün biraz sərtdir.
Groningen Universiteti köklü təhsil sisteminə malikdir. Əsası 1614-cü ildə qoyulmuş Hollandiyanın ən qədim Universitetlərindən biridir. Yarandığı gündən Universitetin 100.000-dən çox məzunu olub. Hal-hazırda isə Universitetdə 29.000 tələbə təhsil alır.
Bu il Groningen Universiteti 2014-cü ilin Sentyabr təhsili üçün təqaüd proqramı elan edir. Proqram yalnız magistr təhsili almaq istəyən beynəlxalq tələbələr üçün nəzərdə tutulub. Təhsil müddəti 1 və ya 2 il davam edir.
Təqaüdə daxildir:
- İllik təhsil haqqı
- Yaşayış
- Beynəlxalq səyahət xərcləri
- Sağlamlıq sığortası
Təqaüd qazanmaq üçün şərtlər:
- IELTS nəticə
- Yüksək qiymətlər
- Recommendation letter
Təqaüd Proqramına son müraciət tarixi 15 Yanvar 2014
Təqaüd Proqramına: MBA xaric bütün ixtisaslar daxildir.
Ətraflı məlumat və təqaüdə müraciət etmək üçün:
Salam, Hollandiyada ödənişsiz bakalavr təhsili haqqında yazardız da)
Salam. Pulsuz sadəcə full təqaüd ilə olur. Onun üçün yüksək IELTS, yüksək qiymətlər və ekstra təcrübə lazımdır.
Salam bes xidmet haqqi ne qederdir?
Salam. Bu 2014-ci ilə aid olan təqaüddür. Yəni indi bu təqaüd keçərli deyil. Xidmət haqqı üçün ofislərimizə zəng etmək lazımdır. Çünki qiymətlər hər uni və ölkəyə görə fərqli ola bilir.
Salam
Zehmet olmasa elaqe nomrenizi saxlaya bilersiz? Daha etrafli melumat almaq ve muraciyet etmek ucun.
Bizimlə əlaqə
yashayish a yemek xercleri daxildir?
İllik təhsil haqqı
Yaşayış
Beynəlxalq səyahət xərcləri
Sağlamlıq sığortası
Salam. IELTS neticesi ne vaxta lazimdir? Hele hazirlawiram da ondan soruwdum.
Təqaüd Proqramına son müraciət tarixi 15 Yanvardı, ona qədər göndərməlisiz
men 2cu kurs telebesiyem ,3cu kursu orda pxumaq mumkundur