Hollandiyada Təhsil ilə bağlı Sual və Cavablar

Hollandiyada Təhsil ilə bağlı Sual və Cavablar yazımız çoxların axtardığı ama cavab tapa bilmədiyi məlumatlardır. Buyurun.

Salam hollandiyaya qebul sertleri ile bagli melumat vere bilersiniz zehmet olmasa? bir de diplomlarinin teqriben hansi olkeler terefinden tanindigini bilirsizse bu haqda da melumat verseydiniz sevinerdim

Salam. Hollandiyada 4 illik universitetlərə qəbul olmaq üçün İELTS 6.0 və attestata ehtiyacınız olacaq. 3 illik universitetlər üçün gərək bir il Hollandiyada hazırlıq oxuyasınız və İELTS götürəsiniz. Hollandiyanın diplomu beynəlxalqdır. Bütün ölkələr tərəfindən tanınmalıdır.

Illik teqriben yasam xercleri ile bagli melumat vere bilersiniz? telebelere is icazesi varmi eger varsa qazandigim pulla en azindan uninin xerclerini qarsilaya bileremmi?

Yaşayış xərci 10 min avrodur və işləmək üçün həftədə 20 saat iş icazəsi vardır. İş tapa bilsəniz, qismən qarşılaya bilərsiniz.

Salam huquq tehsili almaq isteyirem amsterdam universitetinde illik tehsil haqqi ve qebul sertleri ile meni tanis eleseniz cox sevinerem

University of Amsterdam illik 9-10 min avrodur. Amma başqa 8 min avroya olan unulər də var. İstərsəniz bizim Baksovet ofisinə yaxınlaşın. Anar müəllim sizə ətraflı məlumat versin.

Salam. Groningen universitetinde bakalavr səviyəsi üçün təqaüd proqramı mövcuddur? mövcuddursa şərtlərin deyə bilərsiz?

Salam. Groningen universitetinin bakalavr dərəcəsinə ayrılan təqaüd proqramı tanımır. Ümumiyyətlə hal-hazırda məktəbdə oxuyursunuzsa, Groningen universitetinə birbaşa bakalavra daxil ola bilməzsiniz.

Salam Hollandiyada biznes ve ekonomika uzre hansi universitetleri meslehet gorursunuz? Tehsil ve yashayish xercleri cox baha olmasin.Ve eyni anda tehsil alib ve islemek mumkundurmu?

Salam. Hollandiyada Biznes üzrə Rotterdam və Amsterdam universitetlərini məsləhət görürük. Təhsil haqqı 9 min avrodur. Yaşayış üçün ayda 700-800 avro lazım olacaq. Təhsil ala-ala işləmək mümkündür. Hollandiyada təhsili bitirdikdən sonra da qalıb bir il ərzində iş tapmaq imkanı da vardır.

Salam universitetde 1 il oxuyandan sonra ingiltere veya hollandiyada foundationsiz oxumaq mumkundur? Yuksek ieltsle hollandiyadan teqaud almaq mumkundur?

Salam. 1 il bakalavr oxuduqdan onra İngiltərə və ya Hollandiyaya qəbul ola bilərsiniz. Bəzi Holland universitetlərində foundationa ehtiyac yoxdur. Yüksək İELTS və yüksək qiymətləriniz olsa bəlkə bizim Dövlət Proqramından yararlana bilərsiniz. Qəbul üçün 492 68 53 nömrəsinə zəng edə bilərsiniz.

Salam. Erasmus University Rotterdama qebul sertleri nedir? Tehsil haqqi ve yasayish xercleri barede melumat vererdiz zehmet olmasa

Salam. Erasmusda qəbul üçün İELTS 6.5 və məktəb qiymətləri lazımdır. Təhsil haqqı 8500 avrodur. Yaşayış xərci 800-1000 avro civarındadır. Rotterdama qəbul aparırıq.

Mene hansi olkeleri teklif ede bilersiz iqlimi normal olsun boyuk seher olsun ve ingilisce tehsil versin elbetde tehsilden razi qalim.tehsil haqqinin ucuz oldugu olmasi vacibdir.Diplomat kimi islemek istiyirem ona uygun ixtisasda oxuyacam.Bu sahede yaxsi olmalidir ve diplomat mezunlari olsa yaxsi olar

Salam.Nisbətən ucuz təhsil siyasət üzrə Hollandiyadır. İllik 9 min avrodur. Bundan başqa Beynəlxalq əlaqələr üzrə Macarıstan universitetləri var. İllik təhsil 5000 avro civarındadır.

Salam men bakalavri University of Amsterdamda oxumaq isteyirem.Ingilis dili uzre seviyyem C1 dir. Orada universitenin xerci ve yasayish xerci ile birlikde ile neqeder cixar?

Salam. Universitetin illik təhsil haqqısı birinci ildə 15 min avro, ikinci ildən isə 9 min avro olacaq. Aylıq yaşayış xərci təqribən min avrodur.

Bes menim cibime gore illik yasayis xerci ile birlikde 10000 manatliq universitetler var ? Ve hansi olkede?

Hollandiyada yaşayış xərci xüsusilə çox yüksəkdir. Ancaq elə yaxşı şəraitli yataqxana xərci təqribən aya 500-700 avrodur. Kifayət qədər büdcəniz olsaydı, təbii ki, Hollandiyada təhsil əla seçimdir. Bu büdcə ilə ən yaxşı variant kimi Macarıstanı məsləhət görürəm. Digər tələbələrə də məsləhət görmüşük və təhsildən də çox razı qalıblar. Təhsil haqqı 5000 avro civarındadır. İllik yaşayış xərci təqribən 5000 avro. Dərslər ingiliscədir. Tələbələrdən bəzilərinin fikrini aşağıdakı linkdən öyrənə bilərsiniz: https://www.celt.az/university-of-debrecen/ Universitetlərlə bağlı hər hansı sualınız yenə yaransa mənim şəxsi e-mailimə də yaza bilərsiniz. admissions@celt.az uğurlar!

Men BAkida qiyabi tehsil aliram,burda qiyabi oxuya oxuya Amsterdamda ikinci tehsil almag mumkundu 

Mümkün ola bilər

Salam.University of Amsterdama qebul olmaq ucun ne teleb olunur? Illik tehsil haqqi butun xercler daxil ne qeder xercim cixar?

Salam. University of Amsterdamda təhsil almaq üçün İELTS 5.5 sertifikatınız və attestatınız olmalıdır. Birinci il hazırlıq oxuduqdan sonra 3 illik bakalavra qoşulacaqsınız. İqtisadiyyat və ya Siyasət üzrə bakalavr proqramlarına qoşula biləcəksiniz. University of Amsterdama qəbul işinizi bizə etibar edə bilərsiniz.

Bes illik tehsil haqqi?

Birinci ildə 14500 avrodur. İkinci ildən 4-cü ilə kimə 8 min avrodur.Məktəbi artıq bitirmisinizsə, Yanvarda dərslərə qoşula bilərsiniz.

Hollandiya Universitetlərinə Attestatla necə qəbul olmaq olar?

Hollandiyada Universitetlər ümumilikdə 2 hissəyə bölünür belə ki: 1. Praktik tipli Universitetlər 2. Tədqiqat tipli Universitetlər Praktik Universitetlərə ( Applied Science) Attestatla birbaşa qəbul olmaq olar. Təhsil 4 illikdir və ən əsası foundationa ehtiyyac yoxdur. Tədqiqat tipli Universitetlərə ( Misal: Amsterdam Universiteti) isə birbaşa Attestatla qəbul olmaq mümkün deyil. Və bu Universitetlərdə təhsil 3 illikdir. Belə ki, 1 il Universitet təhsili sonra isə bakalavr təhsili davam etməlidir. Və ya 1 il foundation sonra isə bakalavr təhsilinə davam etməlidir.

Hollandiyada Universitetlərin illik haqqı nə qədərdir?

Bakalavr təhsili üçün illik təhsil haqqı 5000 – 10000 arası dəyişir. Magistr təhsili üçün isə illik təhsil haqqı 13000 – 18000 arasi dəyişir.

Hollandiyada Universitetlərdə PULSUZ təhsil ala bilərəm?

Ümumilikdə Hollandiyada təhsil ocaqları ödənişlidir. Əgər sizin ixtisasınız prioritet ixtisasıdırsa siz Universitetə qəbul olunub, sonra SOCAR və ya Təhsil Nazirliyinin təqaüd proqramlarına müraciət edə bilərsiz.

salam men hollandiyada grongin universitetinde oxumaq istiyirem international relations fakultesini bunun üçün mütleq foundation keçmek lazımdır? foundation qiymeti neçiyedir? yataqxan ve aylıq xercler ne qederdir? başqa hansı unilerde bu ixtisası oxumaq meslehetlidir ? ve qiymeti ve etraflı melumat vererdiz zehmet olmasa

Salam. Groningendə oxumaq üçün mütləq foundation götürmək lazımdır. Lakin Amsterdam Universitetində PPLE (Politics, Psychology, Law and Economics) oxumaq üçün foundation götürə bilərsiniz. Hollandiyada Foundationlar daha çox biznes və mühəndislik sahələri üçün nəzərdə tutulub.

6.5 balla Erasmus universitetinde MBA tehsil almaq mumkundur? ve GMATle is tecrubesi mutleqdir?

GMAT və iş tərcübəsi mütləqdir.İş təcrübəsi ən azı 3 il olmalıdır.

Hollandiyaya bakalavra attestatla necə qəbul olmaq olar?

Hollandiyada attestatla qəbul olmaq üçün İELTS 6.0-a sahib olmalısınız. Bizim şirkətə müraciət etsəniz, sizə bu işdə kömək edə bilərik. Ünvanımız: 6 Məmməd Əfəndiyev, mənzil 12. Tel: 4926853 Əgər IELTS balınız kifayət deyilsə, foundation proqramı da keçə bilərsiniz Hollandiyada.

Hollandiyada tələbə vizası almaq üçün nəqədər vaxt gərəkdir?

Tələbə vizası əldə etmək bir qədər uzun çəkə bilər. Son müraciət tarixi Aprel ayıdır.

Hollandiyada yaşayış xərcləri bahadır?

Yaşayış xərcləri 500 – 1000 avro arası dəyişir. Buna yaşayış yeri, başqa əlavə xərclərdə daxildir

Mən BDU-nun Geologiya fakültəsini bitirmişəm. 2 dəfə magistra qəbul olub oxumamışam. Hollandiyada ödənişsiz əsaslarla magist təhsili ala bilərəm?

Bəli, bunun üçün siz Xaricdə Təhsil üzrə Dölət Proqramına baş vurmalısınız. Hollandiyada Universitetə qəbul sizə ən əsas IELTS nəticə və bakalavr qiymətlərinizin yaxşı olması vacibdir olmaq üçün. Bir də ki, ixtisasınızın Dövlət Proqramında prioritet olmalıdır.

Hollandiyada Universitetə qarantiyalı və problemsiz qəbul olmaq üçün nə vaxt müraciət etməliyəm?

Universitetlərdə dərslər Sentyabr ayında başlayır və problemsiz qəbul olmaq üçün minimum 3 ay əvvəldən müraciət olunmalıdır.

Hollandiyada bakalavra qəbul olmaq üçün hansı imtahan nəticələrim olmalıdır?

Bakalavr üçün IELTS 6.0 və ya 6.5 nəticəsi daha keçərlidir və GPA ( orta nisbi bal ) yüksək olmalıdır.

Hollandiya Universitetlərində bakalavr və magistr təhsili nə qədər davam edir?

Bakalavr təhsili Tədqiqat Universitetlərində 3il, Praktik Universitetlərdə 4 ildir. Magistr təhsili 1 il davam edir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla