IELTS nədir?

Xaircdə təhsil almaq üçün iki beynəlxalq İngilis dili imtahanından birini vermək tələb olunur: TOEFL və IELTS. Dünya universitetləri xaricdən tələbə qəbul edərkən bu imtahanları tələb edirlər. Bu yazıda IELTS haqqında sizlərə məlumat verəcəyəm. IELTS (International English Language Testing System)  İngilis dili səviyyəsini qiymətləndirmək üçün tərtib olunub. Təxminən dünyada 2 mindən çox universitet və kollec bu imtahanı nəticəsini qəbul edir. Bu imtahanı daha çox Böyük Britaniyada təhsil almaq istəyən tələbələr verirlər.  İmtahan iki variantdan ibarətdir:

  • Akademik  test
  • Ümumi test

Siz qeydiyyatdan keçərkən sizə bu iki variantdan birini seçmək imkanı veriləcəkdir. IELTS imtahanı təqribən dünyanın 121 ölkəsində təşkil olunur. Bu imtahan TOEFL – dan fərqli olaraq kompyuter vasitəsilə verilmir. Bu imtahan Azərbaycanda hələlik kağız üzərində keçirilir. IELTS imtahanında Oxuma (Reading), Dinləmə (Listening), Danışıq (Speaking), Yazı (Writing) bilikləri sınağa çəkilir. İmtahan verən şəxs danışıq imtahanını üzbəüz verir. Danışıq imtahanını  ESOL – dan  (English for speakers of other languages) qeydiyyatdan keçən müəllimlə aparılır.

Bu imtahanı harada vermək olar?

Bu imtahanı Azərbaycanda da  vermək olar. Bu imtahanı Azərbaycanda təşkil edən yeganə şirkət  British Council tərəfindən təşkil edilir.  Normalda imtahan hər ay bir dəfə (bəzən iki dəfə) olaraq keçirilir. Siz bu imtahanlara CELT Baş ofisində yazıla bilərsiniz. İmtahanın qiyməti 140 manatdır. Bakıda imtahana ən azı 6 həftə öncədən qeydiyyat etmək lazımdır. Əks halda, 20 manat əlavə cərimə olacaqdır. Müxtəlif ölkələrə görə qiymətlərdə dəyişiklik ola bilər.

İmtahanın istifadə qüvvəsi iki ildir. İki il ərzində siz əldə etdiyiniz nəticəniz etibarlı hesab olunur.

Necə hazırlaşmaq olar?

Bu imtahana hazırlaşmaq üçün ilk öncə İntermediate səviyyəsində İngilis dili biliyiniz olması vacibdir. Bunu üçün artıq 10 ildir ki, Azərbaycanda fəaliyyət göstərən CELT Colleges tədris mərkəzində IELTS imtahanlarına hazırlaşa bilərsiniz. Belə ki, siz burada həm xaricdə təhsil almış  yerli müəllimlərlə, həm də xaricdən dəvət olunmuş müəllimlərlə dərslər ala bilərsiniz.  CELT Colleges Azərbaycanda ilk dəfə IELTS imtahanlarını keçirən tədris mərkəzidir.  Qazanılan təcrübə, xaricdən gətirlimiş metodik vəsaitlər, dərslərin ən müasir səviyyədə təşkili   sizin bu imtahana hazırlaşmanızda çətinliklərə son qoyacaq.


CELT Colleges (Baş Ofis)

 

Məmməd Əfəndiyev küç. 6

 

İçəri şəhər metrosu ( Axundov Bağı)

 

Tel: 012 492 6853

36 Şərh

  1. salam men sertifikat almaq isteyirem intermediate seviyyesini bitirmisem elmler filialinda bas ofise gelib imtahandan kecmekle sertifikati ala bilerem ?

  2. Salam, xahish edirem, Toefl ve iElts kurslarinin ferdi ve qrup (qrupda en az ve en cox nece nefer olur?) halinda ayri ayri qiymetlerini yazardiniz, bir de bu kurslar ayriliqda nece ay davam edir?

    • TOEFL və İELTS proqrami 6 ay müddətində dəvam edir. Dərslər həftədə 3 dəfə keçirilir. Fərdi şəkildə 320 azn, iki nəfərlik qrupda 220, üç nəfərlik qrupda 160 azn.

    • Bu baxir siz hansi seviyyedesiz. seviyyeni yoxladiqdan sonra deye bilerik nece ay davam edecek

  3. Salam.Xaricde pulsuz tehsila almagim ucun neler lazimdi?sadece ielts-den yaxsi bal toplamagim kifyetdir?atestat ballari nezere alinir?eger atestatdan bal awagidirsan xarice tehsil almaq olmaz?

  4. Salam. Men sizin kursda ielts imtahanina hazirliq alib bogazici universitetine getmek isteyirem. Amma men qaranliq qalan bir sey var, bildiyiniz kimi qerbi avropa olkeleri universitetlere telebeleri 1. Kursa 18 yasdan qebul edir, bu Turkiyede de beledir?

  5. niye sizin saytda ielts qiymetleri ders saatlari gosterirlimeyeib? qrupa ile 2 nefer ile ferdi hec biri gosterilmeyib bunu uzerinde iwleyin saytda ieltse kursuna aid ddemek olar ki melumat yoxdur melumatlari bir gun icerisinde de yazmaq olar mence

    • İlk öncə tənqidi fikirlərinizə görə təşəkkür edirik. Azərbaycabn dili versiyasında göstərilməsə də saytın ingilis dili versiyasında (http://celt.wpengine.com/learn-english-in-azerbaijan/) göstərilib. Amma sizin tənqidlərinizi nəzər alacayıq və tez bir zamanda Azərbaycan dili versiyasında da IELTS bağlı məlumat yerləşdiriləcək.Təşəkkürlər

Yazı üçün bağlıdır.