IELTS VS TOEFL / Hansı daha yaxşıdır?

Bildiyimiz kimi hamı İngiltərədə, Amerikada və digər ölkələrdə oxumağı arzulayır. Amma bunu arzulamaqla deyil, arzulayaraq bu arzuya çatmaq üçün bir neçə etap keçmək lazımdır 🙂

İlk etap ingilis dilini öyrənib beynəlxalq TOEFL və ya IELTS imtahanlarından birinin sertifikat əldə etmək lazımdır.

Qeyd edim ki, dünya universitetlərinin 90%-nə problemsiz olaraq bu iki imtahandan birini verməklə qəbul olmaq olar.

TOEFL və IELTS … Bunların fərqi nədir? Ümumiyyətlə fərq varmı? Hansı daha üstündür? Və sairə suallara cavab tapaq.

TOEFL (ingilis dilində Test of English as a Foreign Language – Xarici Dil Qismində İngilis dili Testi deməkdir)

IETLS – (Beynəlxalq İngilis dili İmtahanı sistemi)

Bir çox Amerika kollec və universitetləri iki testdən birini və ya hər ikisinin nəticələrini qəbul edir. TOEFL imtahanının nəticələri 2 il müddətində keçərlidir və bu müddət bitdikdən sonra imtahanın nəticələri rəsmi olaraq etibarsız sayılır. Belə ki, bu müddət ərzində imtahan verən şəxsin dil biliyi əhəmiyyətli dərəcədə zəifləyə bilər. Bir çox kollec və universitetlər adətən yaxın zamanlarda nəticəsi elan olunmuş TOEFL qiymətlərini tərcih edirlər. TOEFL ABŞ Təhsil İmtahan Xidməti (ETS) tərəfindən idarə olunur və ona məxsus ticarət markasıdır. TOEFL imtahanları dünyanın 80 ölkəsində keçirilir. TOEFL idarə heyəti 16 nəfərdən ibarət komitədən ibarətdir. IELTS  isə 3 şirkətə məxsusdur ki, bu imtahan vasitsilə Avstraliya, Böyük Britaniya və ABŞ-da universitetlərə qəbul olmaq mümkündür. IELTS testləri daha çox 121 ölkədə təşkil edilir. İlk olaraq IELTS Böyük Britaniya və Avstraliya universitetlərinə qəbul olmaq üçün yaradılmışdır.

Qeydiyyat proseduru TOEFL daha sadə formadadır Qeydiyyat üçün yalnız internet bağlantısı və kredit kartı (bank kartı) lazımdır. IELTS imtahanına müraciət üçün isə kağız üzərində olan formanı doldurmaq, sonra 2 ədəd şəkil və üstəgəl pasportun surəti lazımdır. Daha sonra isə bu qeyd olunanları götürüb imtahan keçiriləcək mərkəzə gəlmək lazımdır və oraya bu sənədələri təqdim edib ödəniş etmək lazımdır.

Bir çox ölkələrdə universitetlər internet üzərində aparılan TOEFL imtahanına üstünlük verirlər.

TOEFL və IELTS imtahanları demək olar ki, eyni prinsip əsasında aparılır. Hər iki imtahan 4 hissədən ibarətdir. Lakin “speaking” hissə IELTS-də TOEFL-dan fərqlidir. Beləki IELTS-də “speaking” hissəsi canlı formada imtahan müəllimin iştirakı ilə aparılır. İlk olaraq 4-5 dəqiqə tanışlıq daha sonra 4-5 dəqiqə müzakirələr aparılır. İmtahan səsyazmaya yazılır. İmtahanın 3 hissəsini 1 günə vermək olur, digər speaking hissəni isə imtahanın son gününə kimi vermək olar. Bu təxminən 1 həftəyədək uzadıla bilər.

TOEFL imtahanında isə “speaking” bölümü 6 sualdan ibarətdir. 2 sual azad mövzudan və 4 sual isə nağıletmədən ibarətdir. IELTS 2.45 saat TOEFL isə 4 saat davam edir.

Bundan başqa tövsiyəm budur ki, əgər Siz dünyanın hər hansı bir universitetində təhsl almaq istəyirsinizsə, ilk öncə Siz həmin universitetə hansı imtahan nəticəsi ilə müraciət etmənin əlverişli və yaxud vacib olduğunu dəqiqləşdirin və daha sonra bu iki imtahandan birinə hazırlaşın.

Uğurlar 🙂

124 thoughts on “IELTS VS TOEFL / Hansı daha yaxşıdır?”

  1. Salam, men Türkiyede universitet oxumag isteyirem, sadece TOEFL imtahanı ile verib her hansı universitete daxil ola bılerem? ve İELTS Türkiyeye hazırlaşdırır yoxsa?
    Vedeki Sizce İELTS ve ya TOEFL? Yoxsa SAT ve ya YÖS yaxşıdır 4 ünden hansını tövsiyə edirsiniz Türkiyede tehsil üçün? Hansı daha güvenilirdir?

  2. Salam İngiltərədə tehsil almaq istəyirəm IELTS-in daha yaxşı olduğunu düşünürəm sizce elədir? Və Neçənci sinifde imtahan verməliyik IELTS-a hele 7ci sinifem

    1. Əvvəl ingilis dilini yüksək səviyyədə öyrənmək lazımdır. Sonra IELTS düşünmək lazımdır. IELTS istifadə müddəti 2 ildir. İngilis dilini öyrənmək daha uzun çəkir. IELTS sadəcə imtahandır hər zaman verə bilərsiniz.

  3. Salam. Turkiyede ingilis dilinde tehsil almaq ucun hansi kurslari kecmeliyem ? Ve xaricde tehsil almaq ucun universiteti necence sinifde secib sened vermek olar ?

  4. Salam. İngiltərədə təhsil almaq üçün hansı yaxşıdır. Birdə Gəncədə bu proqramı öyrədə biləcək kurs varmı

  5. Salam her iki imtahan ilde neçe defe verilir,
    Birde xaricdə neçe il oxuyuruq,eyani qiyabi varmı,tehsil haqqı ne qeder den başlıyr,
    türkiye bu imtahanı taniyirmi, yaş mehdüdüyyeti varmi?

  6. Salam men hal hazırda bakalavr inglis dili müəllimliyini oxuyuram Azərbaycanda universiteti bitirenen sonra magistr təhsil üçün asiya ölkəleri olan hər hangi bir ölkədə koreyada, japoniya, Çin və. S bunlardan hansı ölkədə alınsa təhsil almaq isdiyirem bunun üçün mənə ielts imtahanına hazırlaşmaq lazımdır?

  7. Səbuhi Haqverdiyev

    Men Toefl üzre hazırlaşıb amerika universitetlere qebul üçün müracieti ne vaxt ede bilerem. Onuda qeyd edimki men hele hazırlaşıram imtahanın vaxtı ne qeder gec o qeder yaxşı olardı.

    1. Salam. baxır nə vaxt getmək istəyirsiniz. Bu il üçün çoxu bağlıdır. Gələn il üçün Dekbra kimi vaxtınız var.

  8. Salam,IELTS sertifikatının müddəti bitdikdən sonra,müddəti uzatmaq olar,yoxsa yenidən imtahan vermək lazımdır?mənim övladım 2019cu ildə 9cu sinifdə oxuyanda IELTS imtahanı verib,7,5 bal nəticə toplayıb,bu il ali məktəbə sənəd verəcək,amma sertifikatın müddəti 2 il olduğuna görə iyunda bitir,imtahan yenilənməlidir,yoxsa müddəti uzatmaq olar?

    1. Salam. Müddət bitdikdən sorna təkrar verməlisiniz. Yeniləmə yoxdur. Bizim məzkərzdə qısa zamanda təkrar daha yüksək ala bilərsiniz. Sınaq dərsi üçün 050 588 1518 yazın.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next