Bu gün sizə  CityBlog kateqoriyasından son zamanların ən məşhur və artıq hamının tanıdığı bir şəhər haqqında danışacağam. Hansı ki,  bu şəhərin Mərkəzi Meydanı son 20 gündür gecə-gündüz heç boş olmur. O şəhər ki, hətda onun əsasının məhz türklər tərəfindən qoyulduğuda bildirilir. Bu şəhər Azərbaycandan olan tələbə sayının rekord göstəricisinə malik Ukraynanın paytaxtı Kiyevdir.

Kiyev Ukraynanın ən böyük şəhəridir və Dnepr çayının sahilində yerləşir. Əhali sayına görə Kiyev Avropa şəhərləri olan Moskvadan, Londondan, Parisdən, Sankt-Peterburqdan, Berlindən və Madriddən sonra yeddincidir.

Şəhərin adı bir salnamədə göstərilir ki,  Kiy adından yaranıb və bu ad üç qardaşdan ən böyüyünün adı olub, hansılar ki, Kiyevin baniləri hesab olunurlar. Lakin həqiqətə daha yaxın olan versiya isə odur ki, bu şəhərin əsasını qədim türklər tərəfindən qoyulub və  “Kiyev” sözü də qədim türk dilində “ki” yəni “iki” anlamını verir, “yev” yaxud da “ev” türk ləhçələrində geniş yayılmış “ev” anlamını verir.

Kiyev 1991-ci ildən Müstəqil Ukraynanın Paytaxtıdır. Bütün MDB ölkələlərinin şəhərləri kimi Kiyevdə özündə Standart Sovet Arxitekturasını daşısa özünəməxsusluğu vardır ki, bu özünəməxsusluq keçmiş tarixə malidir. Kiyevi təşkil edən tarixi əzəmətli binalar özündə slavyan etnik arxitekturasını daşımaqla yanaşı, türklərə məxsus xüsusi nişanələri də özündə daşıyır. Kiyevi səmadan izləmək binaların səliqəli formada düzlüşü, işıqlı küçələr və Kiyevə yaxın ərazilərdə olan tarlaların sanki böyük rəngarəng xalçaya bənzəməsi söz ilə ifadə etmək mümkün deyil. Sanki şəhər salındıqda onun vizual görünüşü ilə bərabər səmadan görünüşü də nəzərə alınıb. Amma tarlalarla bağlı bunu deyə bilməyəcəyəm. Çünki tarlalarda əkin aparan fermer və ya kəndlilər bunun səmadan necə görünəcəyini düşünməyiblər. Lakin yəqin sevgi və əkin zamanı qaydalara riayət etmələri  belə gözəl xalçaların yaranmasına səbəb olmuşdur. 🙂 

Kiyevdə Azərbaycanlı tələbə çoxdur, lakin bildiyiniz kimi Ukrayna təhsilinə qarşı bizim cəmiyyətdə bir çox qara fikirlər olsa da qeyd edim ki, burada təhsildə var müəllimdə var və çox savadlı ziyalılarda var ki, sadəcə digər ölkələrdə olduğu kimi Ukraynada təhsil alan tələbənin təhsildən yararlanıb yararlanmamaq onun özündən aslıdır. Ukraynanın 1-ci  Ali Təhsil ocağı Taras Şevçenko adına Universitetdir ki, burda da kifayət qədər Azərbaycanlı tələbə təhsil alır, hətda onu qeyd edim ki, hətda Azərbaycan Respublikasının 2007 -2015 –ci illərdə Azərbaycan Gənclərinin Xaricdə Təhsil Proqramı üzrə Dövlət Proqramı əsasında Ukrayna Universitetlərində təhsil alan gənclərimizdə vardır.

Kiyev haqqında çox danışmaq olar. Çünki, sözün əsl mənasında Kiyev çox gözəl şəhərdir və ən əsası Ukraynanın hər yerində olduğu kimi burda da çox mehriban və gözəl insanlar vardır ki, məhz bu səbəb insan özünü heçdə yad bir ölkədə hiss etmir.

Kiyev haqda bu qədər…. Yeni şəhərlər haqqında yazılarda görüşənədək…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla