İnformasiya texnologiyalarının təhsildə rolu

Giriş

Müasir dünyada  elmi və texnoloji inkişaflar bir tərəfdən yeni təhsil ehtiyacları yaratmaqda, digər bir tərəfdən də təhsil tətbiqlərinə yeni imkanlar təqdim etməkdədir. Bu imkanların başında şübhəsiz kompyuter ilk sıralarda  gəlir. Kompyuter ilk əvvəllər hərbi məqsədlər üçün yaradılsa da sonralar   ictimai həyatın bir çox sahəsində istifadə edilməyə başlanmış, hətta gündəlik həyatın ayrılmaz bir parçası halına gəlmişdir. Kompyuterin ilk yaranması müxtəlif mərhələlərdən keçmiş və 1946-cı ildə universal adlı kompyuter yaradılmışdır. Artıq indiki vaxtda, Kompyuterin cəmiyyət həyatında gedərək yayılması, sabahın dünyasının bu günkündən çox dəyişik, kompleks və irəli səviyyədə olacağı təəssüratını verir. Hal-hazırda dünyada  kompyuter texnologiyasında ictimai həyatın bütün sahələrində istifadə edildiyi kimi təhsil sahəsində də geniş tətbiq edilməkdədir. Dünyanın bir çox ölkələri bir neçə illərdir ki, bu sahədə bir sıra  uğurlu addımlar atmışdır. Məsələn, ABŞ-da  kompyuter texnologiyasından əsasən 60-70-ci illərdən geniş istifadə edilməyə başlamışdır, ictimai həyatın müxtəlif sahəsində istifadə olunmağa başlamışdır.Bu sahədə  digər Avropa ölkələri bu sahədə öndə gedən ölkələr sırasındadır.

İnformasiya texnologiyalarının təhsildə rolu

Hər kəsə məlumdur ki, XXI əsr  texnologiya ən geniş yayılmış sahədir. Müasir dünyada insanların ən yaxın dostu olan kompyuter texnologiyası, o cümlədən internetin  insanlara təsiri  ilə bərabər təhsilə, mədəniyyətə və s.  təbəqələrə də təsiri danılmazdır. Bu mövzuda fikirlər ikiyə bölünür:

Birinci tərəflər bildirirlər ki, kompyuterin təhsilə xeyrindən çox zərəri vardır. Bu kimi insanlar daha çox Sovet təhsil sistemi dəstəkləyənlərdir. İkinci tərəfdə olan fikirlər isə kompyuterin təhsildə daha çox xeyirli olduğunu düşünürlər. Onların fikrincə kompyuter texnologiyası təhsil sahəsində istifadə edilməyə başladıqdan sonra bir sıra yeni metodlar ortaya çıxmış və dərslərin tədrisinə müsbət təsir etmişdir. Bu fikri irəli sürənlər daha çox Qərb dünyası  təhsil sisteminə üstünlük verənlərdir.

Azərbaycanda  texnologiyanın təhsildə rolu

Artıq bir neçə ildir Azərbaycanda da kompyuter texnologiyasından geniş istifadə edilməyə başlamışdır.Azərbaycanın Avropaya inteqrasiyasından sonra bu sahədə işlər daha da gücləndirildi. Bu təxminən 2000-cil ildən bu günə kimi dövrü əhatə edir. İlk əvvəllər kompyuter sahəsində çox az biliklər var idi insanlarda.Lakin illər keçdikcə bu sahədə geniş biliklər əldə edildi.

Yaşadığımız dövrdə kompyuter texnologiyasının təhsildə rolu çox genişdir. Beləliklə, dünyada, o cümlədən Azərbaycanda istər universitetlərdə,istərsə də məktəblərdə və digər təhsil ocaqlarında artıq bir çox dərslər kompyuterlə idarə olunur. Bu sahədə ilk vasitə kimi  internetdən istifadə olunur. Bu sahədə də fikirlər ikiyə bölünür:

İnternetə daxil ola bilənlər və ola bilməyənlər. Bunlar arasında ciddi fərq vardır.İnternetə daxil ola bilməyənlərin qarşısında elə də böyük imkanlar yoxdur. İnternetə girşi olanların isə qarşısında böyük imkanlar durur. Beləliklə, internetə girişi olanlar Azərbaycanda oturmaqla dünyanın bir çox ölkələrinin tələbələri, müəllimləri söhbət imkanları olur. Bundan başqa ehtiyacı olan kitabı oxumaq imkanı,dünya kitabxanalarına pulsuz baxış, istənilən informasiyanı tapmaq imkanı və s. imkanları vardır. İstənilən cəhətdən kompyuterin-internetin təhsilə çoxlu müsbət təsiri vardır.  Bu gün müəllimlər(müasir müəllimlər) tələbələrindən internetdən bilik axtarmağa yönəldirlər. Bu həmçinin tələbələrə rahatdır. Məsələn, bir tələbə gedib kitabxana da axtaracağı kitabı evdə oturaraq internet vasitəsilə daxil olaraq əldə edir. Bu həm tələbənin vaxtına qənaət edir, həm də maddi cəhətdən sərfəlidir. Amma bəzən internetdən istənilən informasiyanı tapmaq mümkün olmur. Bu xüsusilə Azərbaycan internet məkanında çox çətindir.

Əslində internetdən qısa və lakonik informasiyaların  oxunması daha məqsədə uyğundur. Təbiidir ki, hər hansısa bir romanı internetdə oxumaq qeyri-mümkün deyil. Bugünkü  dövrdə internetdə  əyləncəli saytların zənginliyi,lakin maarifləndirici məlumatların kasıblığı internetə əyləncə vasitəsi kimi baxanların sayını artırıb. Lakin internet təkcə əyləncə vasitəsi deyil,həmçinin ən geniş yayılmış informasiya vasitəsidir.

Azərbaycanda təhsil mərkəzləri artıq informasiya texnologiyalardan kifayət qədər istifadə edir. Artıq neçə illərdir ki, Azərbaycanda CELT Colleges təhsil-tədris mərkəzi tədrisdə informasiya texnologiyalarından bir çox layihələrdə yararlanır. Tədris mərkəzindən verilən məlumata görə sentyabr ayından başlayaraq İngilis dili dərslərində yeni metod tətbiq olunub. Və bu metodda informasiya texnologiyalarının xüsusi rolu vardır. Beləliklə,öyrəncilər qulaqasma(Listening), yazı(writing)  və digər praktik dərsləri həm müəllimlə, həm də kompyuterdə quraşdırılmış xüsusi proqramlar vasitəsilə keçirilir.

 

1 thought on “İnformasiya texnologiyalarının təhsildə rolu”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe