İngilis Dili Çətin Dildirmi?

Bu sual çox mübahisəlidir; bəzilərinin fikrincə İngilis dili çox çətin dildir, lakin bəzi insanlar bir sıra əsaslarla İngilis dilinin asan olmasını iddia edirlər. Çətinlikdən söhbət düşmüşkən, insanların əksəri çətin dedikdə dilin bəzi xüsusiyyətlərini qeyd edib, digər xüsusiyyətləri nəzərə almırlar. Məsələn, bir çox insan Çin dilinin çətin olduğunu qeyd edir, çünki minlərlə işarəni öyrənməlisən və ya bəziləri Slavyan dillərini öyrənməyi çətin hesab edir, çünki sözlərin hallanması onları çaşdırır. Lakin, fikrimizcə İngilis dilinin bir neçə xüsusiyyəti, onu həm asan, həm də çətin dil edir.

İngilis dilini öyrənənlər iddia edir ki, İngilis dilinin mürəkkəb qrammatikası var, lakin düşünmürəm ki, bu belədir. Məsələn, “to be” feli İngiliscə ən çox forması olan sözdür və cəmi 8 forması var: be, am, are, is, were, was, been, and being. Lakin, digər fellərin ən çox 4 forması ola bilir.

Digər tərəfdən, Fransız dilində to be-nin (être) 40 müxtəlif forması! (zarafat xatirinə qeyd edək: être, étant, été, suis, es, est, sommes, êtes, sont, étais, était, étions, étiez, étaient, fus, fut, fûmes, fûtes, furent, serai, seras, sera, serons, serez, seront, serait, serions, seriez, seraient, sois, soit, soyons, soyez, soient, fusse, fusses, fût, fussions, fussiez, fussent). Fellərin təsriflənməsi Hind-Avropa dil ailəsinə nəzərən çox asandır.

Buna baxmayaraq, bəzi tələbələr İngilis dilində zamanların çox olmasından gileylənir. Bu problemi aradan qaldırmaq üçün cümləni öz dogma diliə tərcümə etmədən qrammatikasını başa düşmək lazımdır Məsələn, “I have been doing something” cümləsi keçmişdə başlayan hər hansı bir hərəkətin indi də davam etdiyini nəzərdə tutur. Konsepti başa düşdükdən sonra, feli hər hansı bir zamana tətbiq etmək asanlaşır, çünki felin təhriflənməsi olduqca sadədir.

Bundan başqa, İngilis dilində cinslər yoxdur və cəmi 3 artikl ilə işlədilir. Artikllar ismin cümlədə rolundan asılı olmayaraq dəyişmir. İngilis və Alman dilində olan cümlələri müqayisə edin:

The table is big. Der Tisch ist groß.
I like the colour of the table. Ich mag die Farbe des Tisches.
It’s on the table. Es ist auf dem Tisch.
I see the table. Ich sehe den Tisch.

İngilis dilində “the table” sabit qalsa da, Alman dilində “der Tisch” (stol) ismin cümlədəki funksiyasına müvafiq olaraq dəyişir və isim sadəcə kişi cinsinə aid idi. Alman dilində, həmçinin, qadın cinsi, neytral və cəm forması ilə işlənərək, cəmi 16 forma İngilis dilində bir tək “the”-ni əvəz edir. Eyni qayda sifət və digər nitq hissələrinə də tətbiq edilir. Nəticədə deyə bilərik ki, İngilis dilinin qrammatikası başqa dillərə nisbətən olduqca sadədir.

Qəliz orfoqrafiya

İngilis dilini öyrənən xarici vətəndaşlar üçün hansı çətinliklər yaranır? Lüğət, orfoqrafiya və sözlərin tələffüzü. Dillərin çoxu illər ötdükcə inkişaf edərək tələffüzə uyğun söz sırası daha da sadələşir. Lakin, ingilis dilində hərf sırasına Webster’s dictionary və The Oxford English Dictionary kimi nüfuzlu lüğətlər “nəzarət edir”.

Bu lüğətlər çap edildiyi dövrə qədər (19-cü əsr) İngilis sözlərinin tələffüzü yüz illər idi ki, dəyişirdi, lakin bu lüğətin tərtibaçıları bu dəyişikliyə məhəl qoymayıb. Təəccüblü deyil ki, bu lüğətlər tərtib ediləndən bəri İngilis dilində sözlərin tələffüzü sözlərin yazılışından getdikcə daha da fərqlənir.

Bu da İngilis dilini öyrənənlərə sözləri düzgün tələffüz etməkdə çətinlik yaradır; dogma dili ingiliscə olanlar sözlərin düzgün tələffüzündən xəbərdardır. Onlar sadəcə sözləri düzgün yazmağı öyrənməlidirlər; müasir dövrümüzdə bu elə də çətin problem deyil, çünki spell checkerlər (kompyuterdə ofis proqramlarında olan sözün düzgün yazılışına nəzarət edən əməliyyat) mövcuddur.

İngilis dilini öyrənənlər yeni sözlərlərin çoxu ilə yazılı formada tanış olur. Bəzən mümkündür ki, (və hətta düzgündür) yeni sözün mənasını kontekstə baxaraq da təxmin etmək olsun. Lüğətə baxıb yeni sözün düzgün tələffüzünü yoxlamaq əvəzinə, tələbələr tələffüzün necə olmasını təxmin edirlər və həmin söz haqqında düşünərkən beyinlərində həmin sözü tələffüz edirlər. Təəssüf ki, bu təxminlərin çoxu səhv olur.

Mürəkkəb tələffüz

Bu təxminlərin tez-tez səhv olma səbəbi isə İngilis dilində sait və samitlərin sırasına görə səslərin çox çeşidli olmasıdır. “Bed”, “bet”, “bad”, “bat”, “bud”, “but” (/bɛd/, /bɛt/, /bæd/, /bæt/, /bʌd/, bʌt/) kimi sözlərin heç biri eyni cür səslənmir və onların mənaları tamamilə fərqlidir. Siz samit və saitlərin sırasına əsasən saitlərin necə tələffüz edilməsini əzbərləyə bilərsiniz. Lakin, ingilis dilində heç də bütün sözlər müəyyən qanunauyğunluqla tələffüz olunmur və bəzən sözlər tarixən mövcud olmuş tələffüzünə əsaslanır. Niyə “dear” sözü “deer” kimi tələffüz olunsa da, “bear” və “beer” sözləri fərqli tələffüz olunur? “Colonel” sözü “kernel” sözü ilə niyə eyni cür səsləşir?

Bunlardan başqa, İngilis dilində sözlərin vurğusu hansı hecanın üzərinə düşməsi ilə əlaqədar bir qayda yoxdur. Dillərin çoxunda sözlərin vurğusu müəyyən qaydaya əsaslanır, məsələn Azərbaycan dilində vurğu adətən son hecanın üzərinə düşür. Lakin, ingilis dilində belə bir qayda yoxdur və vurğunun yerinin dəyişməsi ilə məna da bəzən dəyişə bilər.

Ən pisi də odur ki, saitləri tələffüzü də vurğunun yerinin dəyişməsi ilə fərqlənir. Məsələn, “angel” sözü /ˈeɪndʒəl/ kimi tələfüz olunsa da (vurğu birinci hesada), “angelic” sözündə isə /ænˈdʒɛlɪk/ kimi tələffüz olunur (vurğu ikinci hecada). Fikir versəniz, “ic” şəkilçisinin əlavə edilməsi ilə nəinki vurğu, həmçinin saitlərin tələffüzü də dəyişdi.

Bunlardan başqa, saitləri, vurğusu, intonasiyası ilə tamamilə fərqlənən bir sıra İngilis dilindən dialektlər mövcuddur (Şotland ingiliscəsi ilə Amerikan ingiliscəsi tamamilər fərqlənir). İngilis dililini öyrənənlər məcburdurlar ki, ən çox işlənən dialektlərlə tanış olsun, çünki nə vaxtsa həmin dialektlə danışanlardan biri rastlaşacaq.

Və sonda: söz ehtiyatı

Söz ehtiyatına gəldikdə isə, İngilis dili yamağa bənzəyir. İngilis dili sözlərinin çoxunun mənşəyi Fransız, Anqlo-Sakson, Latın və Yunan mənşəlidir. Ona görə də çox vaxt bir ideyanı izah etmək üçün müxtəlif sözlərə rast gəlirsiz. Nəticədə, ehtiyacınızdan daha artıq sözlə qarşılaşırsınız. Bu heç də pis bir şey deyil, bu sizin ingiliscənizi daha da güclü edəcək və eyni zamanda digər Avropa dillərini öyrənmək üçün gözəl başlanğıc olacaq. Ancaq, sözlərin tələffüzü və yazılışı zamanı yaşayacağınız problem, sizin üçün yorucu ola bilər, çünki bu cür gəlmə sözlərin yazılışı onların original dildəki yazılışı ilə eyni olur və müasir dövrün ingiliscəsi ilə ayaqlaşmır.

6 thoughts on “İngilis Dili Çətin Dildirmi?”

  1. hello english is not hard.In my opinion studying aforeign language gives you a better understanding of people’s lifestyles in other parts of the world as well

    1. Yeap. That is true. To learn English basically means to learn English culture, history, and style. Language is a part of the culture and cannot be learned alone. The style English people have in their culture is expressed by their language. So, you are learning their style and structure to express yourself.

  2. Müasir ingilis dilini öyrənmək üçün kommunikasiyaya əsaslanan, yəni danışıq və çoxlu dinləməyə üstünlük verilən metoddan istifadə edilir. Lakin, akademik səviyyədə öyrənmək üçün çoxlu oxumalısınız və yazı vərdişinizi gücləndirməlisiniz.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next