ingilis dilinde inşa yazırları

İngilis dilində İnşa Necə Yazılmalı

Elə ilk əvvəllərdən dərslərdə inşa yazıları mövcud olub. Zaman-zaman formaca dəyişiklik olsa da amma inşa yazıları demək olar ki, formasını o qədər də dəyişməyib. Bu baxımdan da ingilis dili dərslərində də inşa yazıları(essay) vacib və mühüm şərtlərdən biridir. Hal-hazırda ingilis dili drəslərində ilk əvvəl başlayanlar üçün kiçik,asan mövzularda dərslər müddətində yazırlar. Daha çox biliyi genişləndikcə geniş və çətin mövzular üzrəində inşa yazıları yazırlar. Bu yazıda bu mövzu ətrafında fikirlərimizi sizinlə paylaşacayıq.

Ümumiyyətlə,təlim prosesində inşa yazıların böyük təcrübi əhəmiyyəti vardır. Şagirdlərin qrammatik (writing) bilikləri daha da möhkəmlənir və təkmilləşir.Şagirdlər bu zaman həm yazma vərdişlərini təkmilləşdirirlər, həm də cümlə qurmağı, oxumanı inkişaf etdirirlər.

İnşa təlimində ardıcıllıq, müntəzəm təlimlər aparmaq, asandan çətinə doğru hərəkət etmək  əsas götürülür,fikri müstəqil ifadə etmək başlıca şərt hesab olunur. Buna görə də inşa,yazı təlimində mühüm yer tutmalı, müəllimin diqqət mərkəzində olmalıdır. Şagirdlərin yuxarı siniflərdə inşa yazmağa aid mükəmməl vərdişlər qazanmaları işinə V-IX sinifdə aparılan inşalar çox kömək edir.Təcrübə göstərir ki,yuxarı sinif şagirdlərinin inşa yazmaq sahəsində bilik və bacarıqlarının səthi və zəifliyinin bir səbəbi də məhz V-IX siniflərdə yaradıcılıq tələb edən yazılara, xüsusən də inşa yazıya az diqqət yetirilməsi, bu yazının rol və əhəmiyyətinin lazımınca qiymətləndirilməməsindən irəli gəlir.


İngilis dilində inşa yazmağı necə planlamalı

İnşa yazıların planı

İnşa yazılarının müvəffəqiyyətli olması onun planlı olmasından çox asılıdır. Yazının ayrı-ayrı hissələri arasında möhkəm əlaqə olmalı,bu hissələr bir birini tamamlamalı və əsaslandırılmalıdır. Müəllim yazı işinə hazırlıqla əlaqədar olaraq şagirdlərin təxmini plan tutmağı bacarmalarına nail olmalıdır.Yazı işinin planı elə tərtib edilməlidir ki,onun ayrı-ayrı hissələri bir-birindən təcrid olunmasın. Plan üzrə yazılan inşanın hissələri arasında müəyyən nisbət olmalı, giriş və nəticə mövzunun əsas hissəsinə həcmcə uyğun gəlməlidir. İlk inşalardan başlayaraq,müəllim şagirdləri plan tutmağa istiqamətləndirməli,onların səhvlərini təshih etməlidir. Belə olduqda inşaların planı şagirdlərin fəal iştirakı və müəllimin köməyi ilə sinifdə kollektiv şəkildə tərtib edilir.


inşa yazılarının düzəldilməsi

İnşa yazılarında buraxılmış səhvlərin düzəldilməsi

Bəzən elə olur ki, şagird inşa yazarkən dərsliyi və ya oxuduğu müvafiq mövzuları olduğu kimi köçürür ora. Müəllim şagirdlərə öyrətməlidir ki, təkcə mövzunun tələblərini bilməklə iş bitmir,verilən mövzunu qələmə almaq,fikir səviyyəsinə,yazı üslubuna və öz dilinə uyğun ifadəc etməyi bacarmaq da mehem şərtdir. Müəllim çalışmalıdır ki, şagird təkcə danışıqda deyil, yazıda da dilin sadələyinə fikir versin,ifadənin aydın və düzgün olmasına çalıssın. Müəllim yazı işlərinin düzəlişi  zamanı səhvləri qruplaşdırmalı və şagirdləri bu səhvlər üzərində müstəqil işlətməlidir.Bunun üçün buraxılmış səhvlərin xarakterini və başvermə səbəblərini bilmək mühüm şərtlərdən biridir.Səhvlərin düzəldilməsi əsasa vacib şərtlərdən biridir. Bu zaman şagirdin etdiyi səhvi müəllim düzəltdikdən sonra şagirddə səhvlərə ciddi şəkildə fikir verməli və birdə eyni səhvləri təkrar etməməlidir. Beləliklə, həm müəllim, həm də müəllim diqqətli olmalıdır.

Ümumiyyətlə,inşa yazıları demək olar ki, humanitar fənlərdə tətbiq olunur. İnşa yazılarında yaradıcılıq önəmlidir. Cümlələr normal şəkildə qurmaq üçün yaradıcılıq tələb olunur. İngilis dili dərslərində inşa yazıları daha çox esse ilə əvəzlənir. Esse də inşa kimi hər hansı mövzuda yazılır. Demək olar elə də ciddi bir fərq yoxdur aralarında.

Beləliklə, Azərbaycanda 10 ildir ki, ingilis dilinin tədrisində fəaliyyət göstərən CELT Colleges tədris mərkəzi ingilis dili sizə öyrədilməsində sizlərə öz köməyini təklif edir. Burada dərs deyən müəllimlər beynəlxalq TEFL/TESOL sertifikatları almış müəllimlərdir və ən müasir metodalogiyalarla dərsləri tədrsi edirlər. Əgər sizdə ingilis dilini öyrənmək istəyirsinizsə, CELT sizin xidmətinizdədir.


Bizimlə Əlaqə saxlayın

CELT Colleges İçəri Şəhər ofisi:  012 492 68 53


CELT Colleges 28 May Ofisi:  012 441 36 65


CELT Colleges Gənclik Ofisi: 012 564 69 40


CELT Colleges Xətai Ofisi: 012 496 45 76


CELT Colleges Elmlər Ofisi: 012 538 38 33


CELT Colleges Nərimanov ofisi: 012 566 48 23


CELT Colleges Sahil ofisi: 012 493 48 18


CELT Colleges Əcəmi Ofisi: 012 408 63 74


CELT Colleges Bakıxanov Ofisi: 012 408 79 76


CElT KİDS Elmlər Ofisi: 012 510 83 35

35 Comments

    • Salam. Öncə sualı doğru soruşun. İngiliscə soruşmanız vacib deyil. Kamplarımız sadəcə orta məktəb tələbələri üçündür. Orda həm ingilis dili həm də əylənəcdir.Ora sırf akademik tədirs üçün deyil. Ətraflı məlumat üçün Baksovet ofisinə zəng edin. 012 492 6853

  1. Salam. Menim xalamqizim ucun “Menim arzularim” adinda inwa lazimdi. Komeklik ederdiniz,zehmet olmasa. Evvelceden tewekkurler…

    • Salam. Biz yazı yazmırıq. Sadəcə məsləhət veririk. Ama siz özünüz internetdən tapa bilərsiniz.

    • Salam
      İnternetdə bir çox nümünələr var. Onları baxıb özünüz yaza bilərsiniz. Ya da internetdə pulla yazan saytlar var.

  2. Dear Dr. Kristi, I have this terrible fear of bald ppoele. Particularly bald old men. They seem to be everywhere these days! How do you suggest I deal with this issue?

    • Yusif təəssüf ki, sizə kömək edə bilməyəcəyik. Biz sadəcə məqalə yazmışıq. İnternetdə axtarış verin xeyli inşa gələcək

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla