CELT İngilis dili Kursları

Blogumuzda mütamadi olaraq ingilis dili haqqında yazılar yerləşdiririk. Hər  həftə 4 məqalə yerləşdirilir ki,bunun da 2 və yaxud da 3-ü ingilis dili ilə bağlı olur. İngilis dilinə önəm verməyimiz ondan irəli gəlir ki, daha ehtiyac olan sahədir və insanlar ingilis dili ilə çox maraqlanırlar.

Demək olar ingilis dili ilə bağlı bütün sahələrdə olan mövzulara toxunmağa çalışırıq.Artıq bir neçə dəfədir ki, ingilis dilində olan 6 səviyyə haqqında yazılar dərc edirik. Beginner, Elementary səviyyələri haqqında artıq yazılarımız dərc olunub. Bu dəfə ki,yazımızda Pre-intermediate səviyyəsi haqqında söhbət edəcəyik.

Pre-intermediate səviyyəsi elə bir səviyyədi ki, akademik ingilis dili ilə ilə aşağı səviyyəli ingilis dili arasında körpü rolunu oynayır. 6 səviyyənin 3-cü səviyyəsidir Pre –intermediate. Bu səviyyəyə çatan tələbələr artıq ingilis dili orta səviyyədə danışıq bacarıqlarını istifadə etməyə başlayır.

Daha çox söz ehtiyatı mənimsəməyə başlayır,Oxu bacarıqlarını inkişaf edir, yazı bacarıqları, qulaq asma bacarıqları inkişaf etməyə başlayır. Bəzi tələbələr var ki, bu səviyyəyə keçid edərkən bir qədər əziyyət çəkirlər. Bu zaman müəllimlər həmin tələbəyə daha səlis,asan  şəkildə başa salmağa çalışır ki, tələbə onu başa düşə bilsin. İstənilən səviyyəni yaxşı mənimsəmək üçün ondan əvvəl keçirilmiş səviyyəni yaxşı bilmək lazımdır.

Əgər tələbə əvvəlki səviyyəni yaxşı mənimsəyə bilibsə növbəti səviyyədə bir o qədər də əziyyət çəkməyəcək, rahat şəkildə öyrənə biləcək. Dil elə bir sahədədir onu işlətmədin yaddaşdan silinir. Odur ki, tələbələr mütamadi olaraq əvvəl keçdikləri dərsləri təkrarlasalar yaddaşlarında olan bilikləri yeniləyərlər.

Pre-intermediate səviyyəsinin əsas xüsusiyyətlərindən biri də budur ki, bu səviyyədə öyrəncilər conversation(danışıq) etməyə başlayırlar. Conversation-də öyrəncilər o vaxta kimi keçdikləri dərsləri tətbiq etməyə başlayırlar.

Conversation bir neçə tələbə arasında olur. Müəllim bir neçə tələbəsin bir yerə toplayaraq müxtəlif mövzularda diskusiyalar edir və tələbələrin dil bacarıqları inkişaf edir. Conversation zamanı müəllim öyrəncilərin səhvlərini düzəldir və onlara istiqamət verir.

Bütün bunları siz CELT Colleges mərkəzində əldə edə bilərsiniz. İngilis dilini öyrədilməsi ilə 10 ildir məşğul olan mərkəz, indi də ingilis dilinin tədrisi ilə məşğuldur. Bakı şəhərində  insanların rahatlığı üçün 9 filialı fəaliyyət göstərir.

Hər bir filialda baş ofisdə təcrübə keçmiş beynəlxalq sertifikatlı müəllimlər dərslər tədris edir.Əgər sizdə ingilis dilini öyrənmək istyirsinizsə, bizə qoşulun.

CELT Collegs – Gənclik

Atatürk pros. 3

Bakı Tibb Mərkəzinin yanında

Tel: (012) 564 69 40 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla