Tədrisdə müxtəlif metdolardan istifadə olunur. Bunlardan passiv metod,aktiv metod, interaktiv metod və s. Bu yazıda “İngilis dili dərslərində interaktiv metod” mövzusu ətrafında fikirlərimizi sizlərlə bölüşəcəyik. Passiv metod artıq keçmişdə qalmış bir metoddur və bundan istifadə edilmir, demək olar ki. Amma bəzi müəllimlər tərəfindən hələ də tətbiq edilir. Bu metodda şagird yalnız dərsə qulaq asır, müəllim danışır. Amma illər keçdikcə aktiv metod ərsəyə gəldi. Bu metod ərsəyə gəldikdə passiv metodu tətbiq edən müəllimlər buna qarşı çıxdılar, amma zaman keçdikcə onlar da aktiv metoddan istifadə etməyə can atdılar.

Aktiv metod nədir?

Aktiv metod illərdir ki, tədrisdə tətbiq edilir.Dünyanın inkişaf etmiş ölkələri illər əvvəl bu metoddan istifadə edirdilər. Amma Azərbaycanda hələ də bu metodun tətbiqi daha çoxdur.Sovet təhsil sistemində passiv metod daha çox  tətbiq edilirmiş. Sadəcə müəllim danışmalı vəssalam. İllər keçib amma hələ də o təhsil sisteminin təsiri özünün büruzə verir. Amma bizim tədris ocaqlarında artıq demək olar ki, aktiv metoddan istifadə olunur. Aktiv metodda müəllim danışarkən hər hansı bir şagird də mövzu müzakirəsinə qoşulur  və sinifdə bir aktivlik olur. Əvvəllər qayda belə olub ki, müəllim danışdığı müddətdə şagird heç bir sual verə bilməz, müzakirəyə qoşula bilməz. Amma aktiv metodda onlar geridə qaldı. Aktiv metodda müəllim mövzunu izah edərkən şagird də öz münasibətini bildirir, suallarını verə bilər və qarşılıqlı şəkildə mövzuya izah olunur.Bu həm şagird üçün, həmə də müəllim üçün yaxşı metoddur. Aktiv neçə müddətdir ki, dünya təhsil sistemində mühüm rol oynadı, amma artıq inkişaf etmiş ölkələr bu metoddan istifadə etmir. Çünki artıq intreaktiv metod ərsəyə gəlib.

İnteraktiv metod nədir?

İnkişaf etmiş ölkələrin təhsil təcrübəsi göstərir ki, çağdaş insan yetişdirmənin ən doğru yolu, şagirdi sinifdə təlimin obyekti kimi yox, subyekti kimi qəbul edən şagirdyönümlü interaktiv təlim metodlarından istifadə etməkdir. Artıq Avropa təhsilində əsas metod kimi interaktiv metod tətbiq edilir. Bu metodda mövzunun müzakirəsi zamanı müəllimlə şagird arasında müzakirə ilə yanaşı, şagirdlər arasında da müzkirə olur. Məsələn, müəllim hər hansı mövzu üzrə dərs tədris edir. Mühazirənin gedişi zamanı artıq tələbələr arasında da müzkirə başlanması bu interaktiv metodun göstəricisidir.Azərbaycanda Boloniya təhsil sistemi tətbiq olunsa da demək olar ki, interaktiv  metodda dərslər tədris olunmur. Bunu səbəblərindən biri də yaşlı nəslin təhsildə üstünlük təşkil etməsidir. İnteraktiv metod üçün kompyuter biliklər olmalıdır. Həm də müasir dünya görüşlü müəllim olmalısan ki, dərs tədrisi zamanı interaktiv metodu tətbiq edə biləsən.

İngilis dili dərslərində interaktiv metod

Əlbəttə ki, bütün dərslərdə interaktiv metodun tətbiqi vacibdir. Amma dil dərslərində bu daha çox vacibdir. Xüsusilə ingilis dili dərslərində bu metodun tətbiqi vacibdir. İlk öncə dil dərsləri müzakirəli şəkildə olmalıdır. Həm də təkcə, müəllim deyil, tələbələr öz aralarında müzakirələr aparmalıdır.Kompyuter sahəsindən istifadə olunmalı, müxtəlif qısametrajlı filmlərə baxılmalı, musiqilər dinlənilməli, praktik olaraq işlər görülməlidir.Ümumiyyətlə,ingilis dili dərslərində şagirdlərin aktiv olmalarını təşkil etmək elə asan iş deyil, bu müəllimin bacarığından asılıdır. Bəzən görürük ki, bir müəllim bu mövzunu elə keçir ki, tələbə razı qalır, amma başqa bir müəllim eyni mövzunu elə tədris edir ki, tələbə dərsdə oturmaq istəmir. İndiki gənc öyrəncilərin əsas tələbatı interaktiv metoddur. Ona görə  bütünlüklə tədris interaktiv metoda üstünlük versə daha yaxşı nəticələr əldə etmək mükündür. Çünki bu metod artıq sınaqdan şıxmış bir metoddur.

Artıq 11 ildir ki, Azərbaycan təhsil sahəsində,xüsusilə ingilis dilini öyrənmək üçün  öz xidmətlərini göstərən CELT Colleges tədris mərkəzi sizin üçün ən əlverişli məkandır. Burada siz beynəlxalq sertifikat almış müəllimlərə ilə interaktiv şəkildə dərslər keçə bilərsiniz. İngilis dili dərsləri qısa müddətdə ən yeni metodlarla sizə tədris olunacaq.

CELT 28 May

Rəşid Behbudov küç. 56

Azərbaycan Xarici Dillər Universitetinin yanı

Tel: 012 441 36 65, 012 418 08 67

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla