İngilis dilini necə öyrənməli?

Müasir dövrümüzün tələblərindən biri də ingilis dilini bilməkdir. Bu gün yaşından asılı olmayaraq hər kəs bu dili ünsiyyət vasitəsinə çevrilməsinə can atır. Bu gün bir çox ixtisaslaşmış müəllimlər məsuliyyətlə bu dili tələbələrə böyük bir zövqlə aşılayırlar. Bu dili aşılaşmamışdan əvvəl hər bir müəllim bu dilin öyrədilməsi metodikasına bələd olmalıdır. Ən mühüm amillərdən biri isə müəllim peşəsini seçmək və bu sevginin vasitəsilə tələbələrə öz biliklərini doğru şəkildə çatdırılmasıdır. Xüsusilə böyük bir iş ingilis dilini tədris edən müəllimlərinin üzərinə düşür. Ən əsası da tələbələr bu dilin gələcəkdə onlar üçün nə qədər əhəmiyyətli olacaqlarını dərk etməlidirlər.

Hər bir müəllim tələbə ilə işləməmişdən əvvəl dərs keçəcəyi tələbənin biliyinə, psixologiyasına bələd olmalıdır. Bir sözlə onları tanımalıdılar. Onların psixologiyasına bələd olmaq onların dünya görüşlərinə, fikirlərinə və həyat baxışlarına yiyələnəndən sonra onlarla ünsiyyət qurmaq daha da asan və effektiv olacaq. Çünki ingilis dilinin öyrədilməsində müzakirələr daha çox rol oynayır. Bu müzakirələr müəllim və tələbə arasında olan dialoqlar əsasında qurulur. Tələbənin daxili dünyasına agah olan müəllim verəcəyi sualları onların istəklərinə və maraq dünyalarına uyğun şəkildə qurur. Təbii ki, yaş həddi də nəzərə alınır. Əslində bu fikir mübadiləsinin aparılmasında  əsas məqsəd onları ingilis dilində fikirləşməsinə və fikirlərini bu dildə izah etməsinə və çatdırılması qabiliyyətinə malik olmasına şərait yaradır. Çünki bu zaman onlar bu dili mənimsəyir və sürətli danışıq qabiliyyətinə malik olurlar. Təbii ki, bu danışıqların əmələ gəlməsi üçün bu dilin qrammatikasına yiyələnmək lazımdır. Çünki bu cümlələr qrammatika əsasında qurulur.

Əsasən də zamanların öyrədilməsi daha çox əhəmiyyət kəsb edir. Ən vacibi isə keçirilən qrammatik materialların təkrarı praktik şəkildə vaxtaşırı müəllim tərəfindən aparılmalıdır. Məsələn, əgər müəllim keçmiş zamanı tələbəyə öyrətmişsə, praktika zamanı verilən sualların keçmişlə bağlı olmasına diqqət yetirməlidir. Çünki bu praktikanın aparılması öyrədilənlərin tələbələr tərəfiindən mənimsənilməsinə səbəb olur.

Qrammatikanın öyrədilməsindən əlavə danışıqda işlədilən sözlərin əhəmiyyəti də çox böyükdür. Bu zaman müxtəlif səviyyələrə uyğun şəkildə kitablar tədris olunur. Bu kitablar müxtəlif mövzulara aid olan sözlərlə zəngindirlər. Tələbələr öz istəklərinə uyğun mövzulara yiyələnə və söz ehtiyatlarını artıra bilərlər. Sözlərin soruşulması daha çox əhəmiyyət kəsb edir. Burada müəllimlərin üzərinə daha ağır iş düşür. Ən əsası odur ki, bu izahlı şəkildə olmalıdır. Tələbələr bu izahları verərkən öz cümlələrini qurmalı, hətta belə söz birləşmələrini və ifadələri situasiya yaratmaqla müəllimlərinə çatdırmalıdırlar. Bu proses onlara tədris olunan sözlərin mənimsənilməsinə və onların danışıq dilində istifadə edilməsinə zəmin yaradır. Şübhəsiz ki, tədris edilənlərin hamısı hərtərəfli və müfəssəl şəkildə təşkil olunmalıdır. Bütün bunların hamısı İngilis dilinin inkişafına gətirib çıxarır.

Teymur Yusifov

CELT 28 May

Rəşid Behbudov küç. 56

Xarici Dillər Universitetinin yanı

Tel: 012 441  36 65, 012 418 08 67

23 thoughts on “İngilis dilini necə öyrənməli?”

  1. en axrinci men yazmiwdim ay qizlar agziviza geleni daniwmiyin yaxsiiiiiiii ele etmiyinki pis olsun men namaz qilan qizam isdemirem agzimnan soyuw cixsin

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next