İngilis dilini öyrənə bilmirəm!

“Mən ingilis dili öyrənmək istəyirəm, lakin bu məndə illərdir ki, alınmır”  deyirsinizsə, sizlərə bəzi məsləhətlər vermək istərdim. İngilis dili öyrənməyin ən başlıca şərtlərindən biri mümkün olduğu qədər çox praktika etməkdir. Belə ki, dil öyrənmək hər hansı bir məntiqlə yox, bir başa praktika ilə bağlıdır. Siz gündəlik həyatınızda xarici dilin istifadəsinə nə qədər çox üstünlük versəniz, o qədər də tez bir şəkildə həmin dili mənimsəyəcəksiniz. Nə etməli?

  1. Danışın!!!! 

   Danışmaq üçün ən yaxşı alternativlərdən biri ingilis dili kurslarına getməkdir. Məhz ona görə yox ki, siz dili yalnız bu yolla öyrənəcəksiniz. İngilis dili kursuna getdiyiniz zaman, siz elə bir mühitə düşürsünüz ki, ətrafınızda yalnız bu dil istifadə olunur. İntensiv qaydada danışıq dərslərində iştirak edirsiniz və istər istəməz qulağınız bu dili eşitməyə alışır. Bir müddət keçdikdən sonra ətrafınızda gedən söhbətlərə qoşulmaq üçün siz də ingilis dilində danışmağa cəhd edirsiniz. “Bəs mən çox səhv edirəm axı?” Eybi yox! İngilislər demişkən “Mistakes are proof that you are trying  (Səhflər onu sübut edir ki, siz çalışırsınız)”. 

  İngilis dili kursuna getməyə vaxt yoxdursa, online qaydada söhbətlər edə bilərsiniz. Bəzi internet saytlarda siz tanımadığınız insanlarla söhbətləşib, xarici ölkələrdən dostlar qazana və onlarla danışa bilərsiniz. Onlara ingilis dili bacarıqlarınızı inkişaf etdirmək istədiyinizi və vaxt aşırı söhbət etmək istədiyinizi deyin. Əminəm ki, ən azı bir neçə xarici vətəndaşla dostluq edib, həm dünya görüşünüzü həm də dil bacarığınızı inkişaf etdirəcəksiniz. 

  Hərdən öz-özünüzə də danışın. Bəli, yalnış eşitmədiniz. Öz-özünüzə! Hansısa bir qrammatik strukturu öyrəndikdən sonra, beyninizdə cümlələr qurub, səsli şəkildə söyləyin. Daha sonra, beyninizdə hansısa bir hadisəni canlandırın. Həmin hadisəni ingilis dilində səsləndirməyə çalışın. 

  Evinizdə ingilis dili bilən biri varsa, onlara danışın. Zarafatları ingilis dilində edin. Sizə öz dilinizdə müraciət etdiklərində, yalnız ingilis dilində cavab verin. 1 saat öz dilinizdə heç bir söz istifadə etmədən ünsiyyət qurun. 

Təbii ki, ingilis dili kursuna getdiyiniz zaman bu vərdişi daha rahat təkmilləşdirirsiniz. Məsələn, mən özüm də vaxtı ilə CELT Colleges də tədris almışam. Məni hər dəfə məcbur edirdilər ki, speaking(danışıq) dərslərinə girim. Əvvə A2 yəni elementary səviyyəsində olduğum zaman, bunun mənasız olduğunu düşünürdüm. Vaxt keçdikcə danışmağın nə qədər önəmli olduğunu gördüm. 

2. Dinləyin!!!! 

“Axı başa düşmürəm! Dinlədiyimdən bir şey anlamıram!” Əgər hər dinləmə etdikdən sonra bunu deyib, dinləməyi tərgidəcəksinizsə, sizdə bu vərdişi inkişaf etdirmək və ingilis dili öyrənmək alınmayacaq. Əvvəl də qeyd etdiyim kimi, dil öyrənmək praktika və vərdişlə bağlıdır. Bəlkə də başlanğıcda anlamaqda çətinlik çəkəcəksiniz. Lakin, vaxt keçdikcə eşitdiyiniz qısa frazaları və cümlə və ya söz birləşmələrini beyninizdən silə bilməyəcəksiniz. Qısa söz birləşmələrini bir yerə qoyub cümlələri anlayacaqsınız. Film, mahnı, radio, və s. kimi alternativ dinləmə mənbələrindən istifadə edə bilərsiniz. Əsas odur ki, dinlədiyiniz mövzu sizə maraqlı olsun. 

Qeyd edim ki, CELT-ə getdiyim zaman, məni mütəmadi şəkildə dinləmə etməyə, sinema otağına göndərirdilər. O vaxtlar bunun faydasız olduğunu düşünsəm də, bir neçə ay sonra bütün filmlərə yalnız ingilis dilində baxmaq istədiyimi gördüm. İngilis dili kursu dedikdə məni qorxudan nə var idisə əslində tam əksi ilə üzləşmişdim. 

3. Oxuyun!!!

Mən kitab oxumağı sevmirəm”. Oxumaq dedikdə yalnız kitab oxumaqdan söhbət getmir. Gündəlik xəbərləri ingilis dilində oxusanız, sosial-şəbəkələrdə ingilis dilli səhifələri təqib etsəniz və araşdırma edərkən ingilis dilində etsəniz bunun sizə çox faydası olacaq. Təbii ki, kitab oxumaq ən çox tövsiyyə olunan üsullardan biridir. Siz oxuyarkən, cümlə strukturlarını beyninizə həkk edir, qrammatik qaydaların necə istifadə edildiyinin şahidi olur və söz bazanınızı genişləndirirsiniz. Bir müddət sonra, danışarkən, həmin qaydalar və struktur sizin gözünüzün önündə canlanacaq. 

4. Yazın!!!

Bir çox tələbə, yazma vərdişlərinə çox gec yiyələnir. Bunun əsas səbəblərindən biri, aşağı yaşlardan bu vərdişin aşılanmamasıdır. Siz öncə gündəlik yazı qaydalarını təkmilləşdirməli, daha sonra isə akademik yazıları yazmağı öyrənməlisiniz. Gündəlik mesajlarınızda, emaillərdə, sosial şəbəkələrdəki paylaşımlarda ingilis dilinə üstünlük verin. İngilis dili kursuna getdiyiniz zaman, film izlədikdən sonra və ya kitab oxuduqdan sonra onlar haqqında rəylər yazıb, müəlliminizlə müzakirə edin. Siz yazma vərdişlərini inkişaf etdirdikən sonra bu birbaşa sizin danışığınıza da öz təsirini göstərəcək. 

Ümumilikdə, dil öyrənmək heç də çətin deyil. Siz özünüzü peşəkarlara həvalə edin. CELT Colleges olaraq artıq yeni, CELT Colleges Nizami ofisində sizə daha yaxınıq. 

Ünvan: Məhəmməd Naxçıvani 10, 6-cı parallel.

Ofis: (012) 436 86 87 

Mobil: (050) 787 57 66

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next