İngilis dilinin önəmliliyi hərkəsə məlumdur. Mən sizlərə ingilis dilinin vacibliyindən yox, onun cəmiyyətə inteqrasiyasından və Azərbaycana qonaq gəlmiş bir ingilisin Azərbaycan və Azərbaycan dili haqqında düşüncələrini bölüşəcəyəm.

İngilis dili önəmlidir o baxımdan ki, dünyəvi dilldir. Yəni inkişaf edən bir cəmiyyətdə, xarici şirkətlər və digər beynəlxalq biznes struktlarda çalışmaq və karyera qurmaq istəyirsinizsə ingilis dilini bilməniz vacibdir. Azərbaycana bu dilin inteqrasiyası 90-cı illərin sonundan başlamışdır. Çünki bu dövürdən Azərbaycana bir çox xarici şirkətlər sərmayə qoymağa və müxtəlif beynəlxalq şirkətlər yaranmağa başlanmışdır. 2000-ci ildən isə xarici universitetlərə qəbul və beynəlxalq imtahanlara maraq yaranmağa başlamışdır.

Mən sizə bu gün 2002-ci ildən Azərbaycanda yaşayan Mişel adlı bir gəncin Azərbaycan və Azərbaycan dili haqqında fikirlərindən danışacağam. O Azərbaycan dilini çox zəngin olduğunu deyir və azərbaycan dilində çox gözəl danışa bilir. Ona sual verdikdə ki, hal-hazırda Azərbaycanda insanlar ingilis dilini öyrəndiyi və çox önəm verdiyi zaman sən niyə Azərbayca dilini öyrəndin? O “mən azərbaycanda yaşayıram və azərbaycan dilini bilməliyəm.

Lakin Mişel Azərbaycan dilini sevdiyindən belə mükəmməl öyrəndiyini bildirir. O payız fəslini sevir və ilk olaraq məhz azərbaycan dilində payız sözünü çox sevdiyindən azərbaycan dilini öyrənməyə həvəslənmişdir. O deyir ki, bu sözü bildikdən sonra mən azərbaycan dilində belə gözəl səslənən sözlərin çox ola biləcəyini düşünüb. Sanki bu gözəl sözlərin axtarışında bizim doğma dilimizi mükəmməl öyrənib. O azərbaycan dilində çox gözəl sözlərin: ana, yar, sevgi, can, bala və sairə sözlərin olduğunu deyir. Lakin “Payız” sözünü çox sevir və gələcəkdə övladını məhz Payız adını verəcəyini bildirir. O belə zəngn və gözəl dilinizin olduğu üçün xoşbəxt millət olduğumuzu dəfələrlə bildirdi. Görünür bizlərin bir çoxu öz dilimizi qiymətləndirib dəyərləndirməsəkdə, digər ölkələrdən olan şəxslər dilimiz bax belə o bir çoxunun əvəzinə dəyərləndirir.

Gəlin ingilis dilini və digər dilləri öyrənək amma öz dilimizi dəyərini itirməyək…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla