INTO qarşıdan gələn ilin yanvar ayı üçün İngiltərə, Şotlandiya və Kanadanın Universitetlərində Təqaüd proqramı elan edir. Təqaüd Proqramına xüsusi seçilmiş Universitetlər daxildir. Bu Universitetlərə:

1. Queens University Belfast
2. University of East Angila
3. Newcastle University
4. Glasgow Caledonian University

Təqdim olunmuş Universitetlər arasında ən çox şans irəli sürən elə siyahıda 1-ci yeri almış Queens University Belfast -dır. Bu Universitet  170 ildən artıqdırki fəaliyyət göstərən Kanada Dövlət Universitetidir. Universitet Kanadanın Kingston şəhərində yerləşir. Şəhər məşhur Ontari gölünün sahilində yerləşir. Kingston  123.000-dən çox əhali yaşayan sakit və təhlükəsiz bir şəhərdir.

Universitetin təqdim etdiyi təqaüdlər aşağıdaki kimidir:

  • Foundation ( baza təhsili ) – 5.000 – 11.000 avro arası
  • Diploma ( bakalavr ) – 5.000 – 11.000 avro arası
  • Pre – master – 5.000 – 11.000 avro arası

Təqaüdlər biznes idarəçiliyi, mühəndislik , maliyyə və kompüter ixtisaslarına şamil olunur. Queens University-də təqaüdlə təhsil almaq üçün son müraciət tarixi 22 Noyabrdı

Şotlandiyanın Glasgow Caledonian Universiteti isə foundation, Diploma, Pre-master  təhsili üçün 50 % lik təqaüd proqrammı elan edir. Təhsil haqqının 50 % endirimlə təhsil almaq istəyirsizsə bu proqrama müraciət edə bilərsiz .

QEYD:

Diploma  nə bakalavr, nədəki magistr dərəcəsidir. Bu, sadəcə IELTS nəticəsi aşağı olan tələbələr üçündür. Belə ki, tələbə əgər  1ci kursdursa və bu proqrama qoşulursa onda Universitetdə xüsusi dərslər keçir və il itirməyərək 2ci kursa davam edir.

Digər Universitetlər East Angela University ( İngiltərə ) və Newcastle University ( İngiltərə ) isə tələbələrə  16.300 – 17.000 avro arası təqaüd proqramı təklif edir. Nəzərinizə çatdıraq ki, bu təqaüd ancaq foundation  (baza təhsili ) üçün nəzərdə tutulur.

Bu Universitetlərə son müraciət tarixi isə 15 Noyabrdı

P.S : Bütün Universitetlərdə biznes idarəçiliyi, mühəndislik, iqtisadiyyat, kompüter ixtisasları üzrə qəbul var

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla