İngiltərə və Kanadada Təqaüd Proqramı

INTO qarşıdan gələn ilin yanvar ayı üçün İngiltərə, Şotlandiya və Kanadanın Universitetlərində Təqaüd proqramı elan edir. Təqaüd Proqramına xüsusi seçilmiş Universitetlər daxildir. Bu Universitetlərə:

1. Queens University Belfast
2. University of East Angila
3. Newcastle University
4. Glasgow Caledonian University

Təqdim olunmuş Universitetlər arasında ən çox şans irəli sürən elə siyahıda 1-ci yeri almış Queens University Belfast -dır. Bu Universitet  170 ildən artıqdırki fəaliyyət göstərən Kanada Dövlət Universitetidir. Universitet Kanadanın Kingston şəhərində yerləşir. Şəhər məşhur Ontari gölünün sahilində yerləşir. Kingston  123.000-dən çox əhali yaşayan sakit və təhlükəsiz bir şəhərdir.

Universitetin təqdim etdiyi təqaüdlər aşağıdaki kimidir:

  • Foundation ( baza təhsili ) – 5.000 – 11.000 avro arası
  • Diploma ( bakalavr ) – 5.000 – 11.000 avro arası
  • Pre – master – 5.000 – 11.000 avro arası

Təqaüdlər biznes idarəçiliyi, mühəndislik , maliyyə və kompüter ixtisaslarına şamil olunur. Queens University-də təqaüdlə təhsil almaq üçün son müraciət tarixi 22 Noyabrdı

Şotlandiyanın Glasgow Caledonian Universiteti isə foundation, Diploma, Pre-master  təhsili üçün 50 % lik təqaüd proqrammı elan edir. Təhsil haqqının 50 % endirimlə təhsil almaq istəyirsizsə bu proqrama müraciət edə bilərsiz .

QEYD:

Diploma  nə bakalavr, nədəki magistr dərəcəsidir. Bu, sadəcə IELTS nəticəsi aşağı olan tələbələr üçündür. Belə ki, tələbə əgər  1ci kursdursa və bu proqrama qoşulursa onda Universitetdə xüsusi dərslər keçir və il itirməyərək 2ci kursa davam edir.

Digər Universitetlər East Angela University ( İngiltərə ) və Newcastle University ( İngiltərə ) isə tələbələrə  16.300 – 17.000 avro arası təqaüd proqramı təklif edir. Nəzərinizə çatdıraq ki, bu təqaüd ancaq foundation  (baza təhsili ) üçün nəzərdə tutulur.

Bu Universitetlərə son müraciət tarixi isə 15 Noyabrdı

P.S : Bütün Universitetlərdə biznes idarəçiliyi, mühəndislik, iqtisadiyyat, kompüter ixtisasları üzrə qəbul var

35 thoughts on “İngiltərə və Kanadada Təqaüd Proqramı”

  1. Salam İngiltərə də dövlət proqramı ilə beynəlxalq münasibətlər üzrə magistr təhsilini əldə etmək üçün nə etməliyəm?

  2. salam IT ixtisasi uzre bakalvr ve ya magisturatura tehsilini ingilis dilinde hansi xarici olkede almaq mumkundur? Amma qebul sertleri yuksek ve maddi olaraq asagi olan

  3. Salam.Men Slavyan Universitetinin Pedaqoji fakultesini bitirmishem.Kanadada humanitar esasda magistr tehsili almaq isteyirem teqaudlu.GPA 3.0 Ielts 7.0dir bununla yanashi bir cox konullu fealiyyetim olub vede musiqi ve reqs sahesinde de diplomlarim var vede bir cox sertifikatim politika ve s sahelerde.Bu shertler esasinda Kanadadan teqaud ala bilerem?

  4. Salam . Geyd etmisizki Uk, Canada ve Absda teqaud ucun cox ayri bacariqlar olmalidir. Standart test ve gpa komek etmir tam teqaud ucun. Bu bacariqlari deye bilersiz neler lazimdir tam teqaud ucun?

    1. Salam.
      1. Sahənizə görə dəyişə bilər. Məsələn fiziksəniz hansı yenilik və ya icat etmisiniz ki yerli xalqa kömək olsun.
      2. Hansı könüllü işdə işləmisiniz ki orda milyonlarla insanlara yardımçı olmusunuz
      3. Musiqi və ya idmanda hansı bacarıqlarınız var
      4. ELə bir ideyanız olmalıdır ki böyük bir kütlənin işinə yarayacaq bir ideya
      Dolayısıyla o qəbul şöbəsində olan insanları valeh etməlisiniz ki onlar sizə belə bacarığınıza görə gəlin bizdə tam təqaüdlə oxuyun desinlər. Hardvard kimi universitetlər təqaüdü ancaq bu əsaslarla verir.
      Qalan hallarda standard təqaüdlər ki var Macarıstan və ya İtaliya bəlli onlardan test nəticələri ilə almaq mümkündür. Çünki onu uni deyil onların Təhsil Nazirlikləri maliyyələşdirir.

  5. Salam, men hal-hazirda 3- cu kursda oxuyuram, magistr ucun xaric dusunurem, IELTS neticem 6,5 ve GPA ise 89 dur. Bu neticelerle full teqaud tapmaq mumkundurmu?

    1. Salam. UK nəzərdə tutursunuzsa xeyir. Bu nəticələr normal qəbul ya da minimum qəbul şərtləridir. O zaman hər kəs qəbul alardı. Bununla Macarıstan və ya Çinə təqaüd baş vura bilərsiniz ama yenə müsahibə edəcəklər.
      UK Canada və ABŞ üçün çox ayrı bacarıqlarınızın olması lazımdır. Standard test və GPA kömək etmir tam təqaüd üçün

  6. Salam,Kanadanın Queens Belfast universitetinde bakalavr derecesini teqaüdle tehsil almaq mümkündürmü?Etrafli melumat gönderseniz sevinerdim. 2018 ci ilde orta mektebi qurtaran abituryent ne vaxt müraciet etmelidir?ve ne vaxt qebul cavabı gelir.

  7. Salam, Men Azerbaycan Dovlet Aqrar Universitetinin Marketing ixtisasi uzre tehsil aliram. 1-ci kursu bitirmek uzreyem. Men gelecek illerde ingilis dili seviyyemi yukseldib, dovlet hesabina xarici universitetlerden birinde tehsil almaq isteyirem. Mene meslehet versez cox sevinerdim)

    1. Salam. İngilis dilini bizim ofislerde hazırlaşa bilersiniz.Eyni zamanda biz xaricde oxumanıza da kömek edirik.

    1. Salam. Heç birində. Tibb dünyanın hər yerində ödənişlidir ama ən ucuz Türkiyə və Almanca bilsəniz Almaniyada mümkündür. Qalan ölkələrdə ödənişlidir. Hətta Azəbaycanda belə 4 min dollardır. Azərbaycanlılar üçün ən uyğun Türkiyə, Almaniya, Macarıstandır. Macarıstan 15 min avrodur.

    1. Salam,
      Orda bakalavr təhsili deyil, baza təhsilidir. Siz baza təhsili keçib sonra bakalavra qəbul ola bilərsiz Universitetdə

      1. dersler hansi ayda bashlayir? ve birde yuxarida gosterilen meblegler 100 %lik teqaudun gostericisidirmi yoxsa sadece guzeshtdirmi?

      2. Demək olarki bütün təhsil haqqıdır, bu sizin qiymətlərinizdən asılıdır 5.000-11.000 arası dəyişə bilər qiymət. Birdəki son müraciət tarixi artıq keçmişdir

      3. umumiyyetle mene bawqa hansi bu cur teqaud ve ya pulsuz baza tehsili veren bir proqrami ve ya universiteti meslehet gore bilersiz ki dersler yanvar-aprel aylari arasi bawlasin ve menim muraciet wansim olsun. mende attestat bali 5di. Avropa olkelerinden biri ve ya ABS universitetleri ola biler

      4. Pulsuz foundation mümkün deyil, hələki həm elə bir Təqaüddə yoxdu. Saytımızı izləyin mümkün olan bütün təqaüdləri yerləşdiririk

  8. men xarici diller universitetinde1ci kursda oxuyuram dil edebiyyat mellimliyi ing dili uzre queens university belfast menim ucun gecerlimidir ayrica bunun ucun imtahan viza ne teleb olunur?

    1. Əlbəttə viza tələb olunur, imtahanda IELTS
      Sadəcə sizin ixtisas təqaüd ixtisasları arasında yoxdur
      Təqaüd ixtisaslar biznes idarəçiliyi, mühəndislik, maliyyyə və kompüter ixtisaslarıdır

      1. Salam. Kanadada tam təqaüd yoxdur. Yəni bizim dövlətin təqaüdü bağlıdır indi. Qəbul üçün attestat və İELTS lazımdır ama bütün universitetlər ödənişlidir.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next