Ingiltərənin təhsil incisi – Oksford Universiteti

İngiltərədə təhsil almaq bəlkə də çoxunuzun arzusudur. Əsasda Oksford Universitetində…

Bu səbəbdən mən bu gün sizə İngiltərənin ən qədim universitetlərindən olan Oksford haqqında danışacağam İlk onu qeyd edim ki. Oksford Universiteti dünyanın ən qədim ingilisdilli universitetidir ki, Birləşmiş Krallığın ən məşhur və ilk ali təhsil ocaqlarındandır. Universitet Oksford şəhərində Oksfordşir qraflığında yerləşir.

Universitetin ilk kolleci 1249-cu ildə, 2 digər tarixi kollec isə – Ballio 1260-cı ildə, Merton isə 1264-cü ildə yaradılmışdır. Oksford Universitet 39 kollecdən və həmçinin 7 yataxanadan ibarətdir. Bundan başqa  imtahanlar, mühazirələrin və digər dərslərin əksəriyyəti mərkəzləşdirilmişdir.
Oksford universitetində kolleclərləuniversitetlər arasında vəzifələr bölünmüşdür: kolleclər abitriyentlərin ixtisas seçimi və qəbulu, təhsil prosesi, yerləşdirilməsi, qidalanması, idman məşğələləri və asudə vaxtlarının səmərəli keçirilməsi məsələləri ilə məşğuldur. Universitetlər isə öz tələbələrinin kitabxana və laboratoriyalarla, mərkəzi lektoriyalarla, klub və cəmiyyətlərlə, təhsil planı, imtahanların təyin və qəbul edilməsi ilə məşğuldur.

Oksford təkcə universitet deyil, həm də böyük elmi-tədqiqat mərkəzidir. Burada 100-dən çox kitabxanası muzey və nəşriyyatı vardır. Oksford Universiteti unikal tütor təhsil sistemindən istifadə edir ki,  hər tələbəyə seçdiyi ixtisas üzrə mütəxəsis-qəyyum təyin edilir. Tələbələrin əsas hazırlıq istiqamətləri humanitar, riyaziyyat, fizika, sosial elmlər, tibb, həyat və ətraf mühit elmləridr. 

Oksford Universitetində oxumaq üçün əlbətdəki ingilis dilini bilmək vacibdir. Beynəlxalq imtahanlarda göstəriciləri  IELTS 6.5, TOEFL 230 olan şəxslər bu nəticəli sertifikatları  ilə Oksforda qəbul ola bilərlər.Lakin bir çox mərhələləriadlayaraq… Lakin təhsil haqqı bahadır. Ümumilikdə Oksford da təhsil almaq istəyən yaşayış və digər xərclərlə birgə 1 ilə  minimum 30-40 min funt arası və daha çox pul xərcləməlidir. Əlbətdəki təhsil haqqı fakultəyə görə dəyişi.Bundan əlavə eyni vaxtda bir şəxs Oksford və Kembric universitetlərinə sənəd verə bilməz. Əgər sizə bu universitetlərin hər ikisiniə də sənəd vermək fikrindəsinizsə o zaman bu fikirdən vaz keçməlisiniz. Bu mh hansı səbəbdən belə olmasını bilməsəmdə yəqin edirəm ki, bu hər iki universitetin birgə müqaviləsinin şərtlərindəndir. Yaxud da rəqabətlilik baxımından belə bir şərtlər irəli sürülür. Çox güman edirəm ki, elə  sonda dediyim amildir. Bəlkə yanıla bilərəm. Bunu araşdırıram…
Ümumilikdə Oksford Universitetinin maliyyələşdirilməsinin  ən böyük mənbəyi universitetin tədqiqat qrantları və gəlirləridir. Məhz elmi araşdırmalar və tədqiqatlar sayəsində əldə edilən maliyyə bu universitetin mailəyyə mənbəyinin əsasını təşkil edir.Oksford Universitetinin dünyanın 80-dən artıq təhsil müəssisəsi ilə əməkdaşlıq edir ki, bu əməkdaşlıq çərcivəsində tələbə mübadiləsi və müxtəlif layihələr həyata keçirilir..
Qeyd edim ki, dünyanın bir çox məhşur elm, ədəbiyyat və incəsənət xadimi Oksford Universitetinin yetirməsidir. Burada Kristofer Ren, Con Tolkien, Lyuis Kerrol dərs demiş, Rocer Bekon və Marqaret Tetçer kimi şəxslər təhsil almışdır. İngiltərənin 25 baş naziri Oksford Universitetinin məzunudur. Əlbətdəki belə bir universitetdə təhsil almaq çox insan istəyər.

Əlavə olaraq onu da qeyd edim ki, məşhur Harry Potter əsərləri silsiləsindən olan filmlərdən bir neçəsi məhz Oksford Universitetində çəkilmişdir.

Odur ki, bu universitetdə təhsil almaq istəyənlərin istəyinin həyata keçməsi arzusuyla hər birinizi Celt Colleges Şirkətində kurslara yazılmağa və yüksək səviyyəli tədrisdən yararlanmağa dəvət edirik.

38 thoughts on “Ingiltərənin təhsil incisi – Oksford Universiteti”

  1. Salam. Mən 9cu sinifdə oxuyuram. Təəssüf ki, pulsuz oxumaq mümkün deyil OXFORD – da bunu bilirəm. Bəs ora getmək üçün öz pulumuzla nə qədər vəsait ayırmalıyıq? Bəs bu universitetin illiyi nə qədərdir bizim pulla? Əvvəlcədən təşəkkür edirəm.

    1. Oxford-un illiyi 18 min funt civarındadır. Təbii hər il azda olsa dəyişir. 18 min funt 41 min manat edir və bu sadəcə təhsil haqqıdır. Yəni siz illik Oxfordda oxuyub və minimal yaşam üçün 70 min manat xərcləməlisiniz. Ama siz gedən zaman valyuta mübadiləsində dəyişiklik olarsa bu rəqəm çox ola bilər. Mühtəməl çox olacaq.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next