İngiltərədə Orta Məktəblər
Bosworth Independent College
  • Northampton Şəhəri
  • GCSE
  • A Level
  • Foundation (UKVİ IELTS 5.5)
Chelsea Independent College
  • London Şəhəri
  • GCSE
  • A Level
  • Foundation (UKVİ IELTS 5.5)
Ealing Independent College
  • London Şəhəri
  • GCSE
  • A Level
  • Foundation (UKVİ IELTS 5.5)
Queen Ethelburga's
  • York Şəhəri
  • 3 yaşında tələbə qəbul edir
  • GCSE
  • A Level
St. Michael's School
  • Swensea Şəhəri
  • GCSE
  • A Level
  • Foundation (UKVİ IELTS 5.5)
Taunton School
  • Somerset Şəhəri
  • GCSE
  • A Level
  • Foundation (UKVİ IELTS 5.5)
Qəbul üçün bizə müraciət edin
Anar Qurbanzadə Xaricdə Təhsil

Anar Qurbanzadə | Təhsil Məsləhətçisi

CELT İçəri şəhər | 012 492 68 53

Email: anar@celt.az

Həmidə Səfərova | Təhsil Məsləhətçisi

CELT 28 May | 012 4413665

Email: hamida@celt.az

Abar Təhsil

Baba Kərimli | Təhsil Məsləhətçisi

CELT Nərimanov  | (012) 566 48 23

baba.karimli@celt.az

Məktəblər Haqqında Məlumatlar

Bosworth Independent College

Bosworth Independent College 1977-ci ildə əsası qoyulmuş Böyük Britaniyanın Northampton qəsəbəsində kiçik, lakin akademik cəhətdən çox qabaqcıl məktəbidir. Bu məktəbə London şəhərindən bir saat ərzində yetişmək mümkündür. Məktəb daha çox beynəlxalq tələbələr üçün nəzərdə tutulub; burada siz həm Avropadan, həm də dünyanın bir neçə ölkəsindən tələbələr görə bilərsiniz. Tələbələrə qarşı olan yüksək qayğı, dostcanlı müəllim heyəti və rahat öyrənmə mühitində buranı bitirən məzunların 50 faizi Böyük Britaniyanın top 20 Universitetinə qəbul ala bilmişdir.

Məktəbdə GCSE (10-11-ci sinif), A-level (12 və 13-cü il) və Foundation (12-ci il) proqramları vardır.

Niyə Azərbaycanlı tələbələr Bosworth Independet College-də tədris almalıdır?

  • A-level tələbələrin 76 faizi A*-B qiyməti almışdır.
  • Oxford və Cambridge Universitetlərində və Tibb üzrə təhsilini davam etdirmək niyyətində olan tələbələrə xüsusi proqram vardır.
  • Sinifdə olan şagirdlərin təxmini sayı 8-dir.
  • A-level tələbələrinin A*-A qiymətlərinə görə Britan məktəbləri arasında 57-ci, Northamptonshire vilayətində isə 2-ci ən güclü məktəbdir.

Ealing Independent College

Ealing Independent College Londonun qərbində yaraşıqlı park və evlərlə əhatə olunmuş qəsəbədə yerləşir. Bu ərazi sakit və təhlükəsiz olması ilə yanaşı, London şəhərinin mərkəzinə rahatlıqla çatmaimkanı tələbələr üçün əlverişli şərait yaradır.Tələbələr burada 14 yaşından etibarən GCSE və A-level proqramlarına qoşulub gələcəkdə təhsillərini Böyük Britaniyanın prestijli universitetlərində davam etdirə bilərlər. Bu kollecin tələbələri Britan tələbələri ilə birlikdə dərslərə qatılıb, yerli adət və ənənələrlə tanış olmaqla bərabər, ingilis dili səviyyəsini də gücləndirəcəklər.

1992-ci ildən tədris fəaliyyətini başladıqdan bəri Ealing İndependent College tələbələri Biznes və Tibb üzrə yüksək səviyyəli universitetlərə qəbulunu təmin etmək üçün ixtisaslaşmışdır. Eyni zamanda başqa ixtisaslar üzrə də tələbələri Böyük Britaniyanın top universitetlərinə hazırlaşa bilərlər. Yüksək tədris keyfiyyəti, tələbələ fərdi qayğı tələbələrin potensialını ortaya çıxarılmasına və arzularının reallaşmasına şərait yaradır. Təsadüf deyil ki, kollecin A-level proqramında 90-a yaxın tələbə təhsil alır və onların 95 faizi ən az 3 AAA alaraq bu kolleci Londonun 6-cı ən reytinqli məktəbinə çevrmişdir.

St. Michael's School

St. Michael’s School 1923-cü ildə fəaliyyətə başlamışdı və Uelsin Swensea şəhərinin yaxınlığında Llanelli qəsəbəsində yerləşdir. Kiçik tələbə sayı, dissiplinli mühit və məktəbin xoş abu-havası burada istedadlı və bacarqlı tələbələrin daha da inkişaf etməsinə, eyni zamanda akademik balları nisbətən aşağı olan tələbələrin güclənməsi üçün əlverişli şərait vardır. Tələbələrin demək olar ki, hamısı arzuladığı universitetdə təhsillərini davam etdirirlər və uzun illər boyunca həm Oxford, həm də Cambridge Universitetlərinə qəbul olan tələbələr olmuşdur. Universitetdə GCSE (10 və 11-ci sinif) və A-level (12 və 13-cü sinif) proqramları vardır. Dərslər həm yanvarda, həm də sentyabrda başlaya bilir.

St. Michael School A-level tələbələri arasında A*-B qiymətlərinə görə Uels-in 3-cü ən güclü məktəbi hesab olunur. Times jurnalının 2013-cü ildəki araşdırmasına əsasən A-level tələbələri arasında Britaniyanın top 100 məktəblləri arasında 37-ci ən güclü məktəb seçilmişdir. Həmin ildə St. Michael’s tələbələrinin 27 %-i A*, 60 %-i isə A*-A qiyməti almışdır. Məktəbi iki tələbə 5 A*-la bitirərək University of Cambridge və University College Londonda təhsillərini davam etdirmək şansını qazandılar.

Məktəbdə bir sıra A-level və GCSE dərsləri keçirilir. Digər məktəblərdən fərqli olaraq burada teatr və musiqi sahələri üzrə ixtisaslaşmaq istəyən tələbələr üçün xüsusi dərslər keçirilir.

.

Chelsea Independent College

Londonun dəbdəbəli Chelsea əyalətində yerləşən Chelsea İndependent College Astrum College-in tərkibində olan GSCE (10-11-ci il), Foundation (12-ci il) və A-level (12 və 13-cü il) proqramları təklif edən və 14-19 yaşlı tələbələr üçün nəzərdə tutulmuş təhsil müəssisəsidir. Bu kolleci bitirən tələbələr Böyük Britaniyanın nüfuzlu universitetlərində təhsillərini davam etdirirlər. Eyni zamanda Oxford və Cambridge müxtəlif bakalavr proqramlar üzrə və ya tibb sahələrində təhsillərini davam etdirmək tələbələrə qarşı xüsusi diqqət vardır. Tələbələrin əksəriyyətinin Britan olması beynəlxalq tələbələrin Britan mədəniyyətini və ingilis dilini daha tez qavramasına təsir göstərir.

Bu kolleci bitirən tələbələrinin əksəriyyəti yüksək qiymətlər almağı bacarmışdı. Belə ki, 2014-cü ildə tələbələrin 82 %-i A level proqramları üzrə A*-B qiymətləri əldə etmişdir və hər 3 tələbədən 2-si Birləşmiş Krallığın top universitetlərində təhsil almağa vəsiqə qazanmışdır. Bu universitetlərə Top 20, Russell Group Universitetlər və Tibb ixtisasları təklif edən universitetlər daxildir. Bundan başqa 2015-ci ildə Oxforda müraciət etmiş tələbələrin 100 %-i seçilmək üçün müsahibəyə dəvət edilmişdir. Kollecdə hər tələbənin inkişafına xüsusi diqqət vardır. Hər sinifdə orta hesabla 8 tələbənin olması bu diqqətin göstəricisidr.

Queen Ethelburga's

Queen Ethelburga’s 3 yaşından 19 yaşına kimi qız və oğlanlar üçün nəzərdə tutulmuş özəl məktəbdir. Məktəbin əsası 1912-ci ildə qoyulmuşdur və tarixi York şəhərinin şimal qərbində Thorpe Underwood adlanan ərazidə yerləşmişdir. Məktəbin ərazisində tələbələrə lazım olan hər bir şey vardır: tədris binası, müasir yataqxanalar, həkim nəzarəti, müxtəlif oyun meydançaları, teatr mərkəzi, trenajor zalı və s.

Əgər tələbələr Oxford, Cambridge və digər reytinqli universitetlərdə oxumaq istəyirsə, Azərbaycanda məktəbdən məzun olduqdan sonra Queen Ethelburga’s-ın təklif etdiyi 2 illik A-level proqramına qoşula bilər. A-level tədrisini bitirdikdən sonra istədiyi ixtisas üzrə bakalavr proqramına başlaya bilər.

 

Məktəbin tələbələrinin sayı 1100 civarındadır və ildən ilə tələbə sayı ildən ilə artmaqdadır. Təkcə 2012-ci ildə məktəbin şəraitin daha da yaxşılaşdırılması və fəaliyyətlərinin genişləndirilməsi üçün 65 milyon funt xərclənmişdir.

Telegraph Boarding Schools Rankings-in orta məktəblər üçün tərtib etdiyi reytinq cədvəlinə əsasən Queen Ethelburga’s A və A* qiymətlərinin faiz göstəricilərini nəzərə alsaq Böyük Britaniyada 4-cü ən güclü məktəb hesab edilir. Əgər həm oğlanlar, həm də qızlar üçün nəzərdə tutulmuş qarışıq məktəbləri hesaba alsaq, Queen Ethelburga’s Britaniyanın 2-ci ən yaxşı məktəbidir.

Taunton School

847-ci ildə yaradılmış Taunton School İngiltərənin cənub qərbində Somerset qəsəbəsində yerləşir. Londondan 2 saat uzaqda olmasına baxmayaraq bütün şəhər və kəndlərə rahat çatmaq üçün inkişaf etdirilmiş quru və dəmir yoluna sahibdir. Məktəblilər 7 yaşından etibarən bu məktəbə qoşula bilərlər və 36 hektarlıq kampusun tədris binaları, yataqxanası, kitabxanası, idman sahələri, tələbələr üçün ayrılmış digər vasitələrdən yararlana bilərlər və tələbələr kampusda olduğu dövrdə xüsusi nəzarət altında dissiplinli və təhlükəsiz mühitdə təhsil alacaqlar.

Taunton School nüfuzuna görə Böyük Britaniyada top 100 məktəb arasındadır. Son 10 ildə Oxford və Cambridge universitetlərinə qəbul alan tələbələrin sayı 50-ni ötmüşdür. Universiteti bitirənlərin 68 faizi Böyük Britaniyanın Russell Groupuna daxil olan top universitetlərə qəbul almağı bacarmışdı. 2014-cü ildə A-leveli bitirən tələbələrin 98 faizi universitet təhsilini başlamağa müvəffəq olmuşdu. Məzunların 66%-i isə A*-B qiymətlərini almağı bacarmışdı.Hər sinifdə tələbə sayının azlığı müəllimlərin hər tələbəyə fərdi diqqət ayırmasına imkan yaradır. Bu da məktəbdəki təhsil keyfiyyətinə təsir göstərən amillərdəndir.