İnternetdən düzgün istifadə edirikmi?

Biz istəsək də, istəməsək də informasiya texnologiyaları bizim həyatımıza daxil olur. İndi artıq bütün dünya informasiya texnologiyalarından geniş sahədə istifadə edir. Özümüz də hiss etmədən bizlər bu sahənin içinə daxil oluruq, və yaxud onun quluna çevrilirik. Bəs görəsən, biz informasiya texnologiyalarından düzgün istifadə edə bilirikmi? Bu yazıda bu mövzu ətrafında danışacayıq.

Hələ internetin ortaya çıxdığı vaxtlarda bu əyləncə üçün deyil, informasiya vasitəsi kimi meydana gəlmişdir. Amma illər keçdikcə internetdən daha geniş sahədə istifadə edilməyə başlanıldı. Və bu artıq insanlara imkan yaratdı ki, internetdən əyləncə vasitəsi kimi də istifadə olunsun. Bu gün internetdə demək olar ki, hər bir şey tapmaq mümkündür. Dünyada internetdən istifadə ediciləri müxtəlifdir. Bəzi ölkələrdə hələ interneti yalnız əyləncə kimi baxırlar, bir çox ölkələrdə vardır ki, orada interneti professional sahədə istifadə olunur. İnternetin yaranması  XX əsrin ikinci yarısına  təsadüf edir. Bu sahədə iki ölkə – ABŞ və Böyük Britaniya mütəxəssislərinin rolu böyükdür. Çünki bu mütəxəssislərin sayəsində bu gün bütün dünyayla əlaqə saxlaya bilirik.Ümumi götürsək internetin tarixi təxminən 40 illik bir dövrü əhatə edir. Amma bu dövrdə ərzində kifayət qədər inkişaf dövrü keçmişdir.

İnternetdən düzgün istifadə ertməklə çox işlər görmək mümkündür. Lakin hər bir  komponenetdə olduğu kimi burada da ideallıq yoxdur. İlk dəfə ABŞ və Böyük Britaniyada yaranan internet dünya məkanında geniş yayıldıqdan sonra, bir çox ölkələrin cəmiyyətlərinə təsiri olduğu kimi, Azərbaycana da öz təsirini göstərdi.

Azərbaycanda təxminən 2000-ci ildən bu tərəfə geniş vüsət alan internet şəbəkəsi artıq cəmiyyətin-insanların yaxın dostlarından birinə çevrilib. Bu gün tələbələr, şagirdlər, ümumiyyətlə cəmiyyətin müxtəlif təbəqələri internet istifadəçisidir.Təkcə, facebook.com sosial şəbəkəsində 300 mindən artıq Azərbaycanlı qeydiyyatdan keçmişdir. Azərbaycandakı internet istifadəçiləri əsasən paytaxt Bakı ətrafında birləşmişdir. Bir mənalı olaraq demək olar ki, Azərbaycanda internet istifadə edən istifadəçilərin çoxu əyləncə məqsədi üçün istifadə edir.Çünki hələ internetin başqa imkanlarının olduğundan xəbərləri yoxdur. Adicə bir internet kafeyə daxil olduqda, əgər 5 kompyuter varsa, onun 40 ədədini ya oyunlar oynayırlar ya da bəzi əhəmiyyətsiz saytlarda söhbətdədirlər. Bu onu göstərir ki, bizlər hələ interneti kəşf etməliyik. Bizlərə internetin yalnız 30 – 40% məlumdur.

Bundan başqa Azərbaycan istifadə olunan saytlara baxsaq demək olar ki, əyləncə saytları elmi və digər sahədə olan saytlardan həm reytinqə görə yüksəkdir, həm də sayca əyləncə saytlarının sayı həddindən artıqdır. Deməli insanlara hələ də əyləncəli saytlar daha çox maraqlandırır, nəinki digər sahədə olan saytlar.

İnternetdən yalnız əyləncə vasitəsi kimi istifadə edənlər bilməlidirlər ki, internetdə əyləncədən başqa mələri etmək mükündür. Məsələn, müxtəlif ölkələrin bədii ədəbiyyatları ilə tanış olmaq, şəxsi veb səhifələr və bloglar  qurmaq və istifadə etmək, İstənilən məlumatı tapmaq imkanı və s. Dünyanın ən böyük axtarış sistemi olan google-da biz istənilən adla nəsə axtarış verdikdə istədiyimiz məlumatı əldə edə bilirik. Amma təbii ki, Azərbaycan dilində  məlumat az olduğundan bu dildə axtarış edərkən ola bilər ki, bizə lazım olan məlumatı tapa bilməyək. Lakin ingilis və yaxud da rus dillərində axtarış verdikdə istənilən məlumat haqqında informasiya toplamaq mümkündür. Bu dilləri bilməyən şəxslər isə Azərbaycan dilinə yaxın olan türk dilində axtarışlar edə bilərlər və bununla da informasiya bir an içində onların əlində olur. İnternetin üstün cəhətlərindən biri də budur ki, dünyanın hansı tərəfində olursansa, ol fərq eləməz, hər bölgədə ki, dostunla əlaqə qurmaq imkanın var. Və yaxud oturmusan Azərbaycanda bir Afrikalı və yaxud da başqa ölkədə olan insanlarla əlaqə yaradaraq dünya görüşünü artırmaq imkanı olur.

Sonda onu deyə bilərik ki, bizlər internetdən düzgün istifadə eləsək, onu düzgün səmtə istiqamətləndirə bilsək, o zaman bu bizim əsl dostumuz olar. Hər kəsə internetdən hərtərəfli, geniş şəkildə istifadə etməyi tövsiyyə edirik.

CELT Gənclik

Atatürk pros. 3

Medclub-ın yanında

Tel:  012 415 99 40

 

1 thought on “İnternetdən düzgün istifadə edirikmi?”

  1. Online səhmlərinin satın biz indi texnologiyaların qarşı asan bir nee7ə sayəsində olmaq aartcaq, informasiya əldə etmək və əlaqə saxlamaq rahatlığı eləcə də tələbin artıq hər kəs iştirak edə bilər ki, bir şey satın alma və səhmlərinin satış yaradıb.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next