İspaniyada Təhsil ilə bağlı Sual və Cavablar

İspaniyada Təhsil ilə bağlı Sual və Cavablar

İspaniyada Təhsil ilə bağlı Sual və Cavablar yazımızı təqdim edirik

salam .men 2 ci kurs telebesiyem.ve magistr tehsilimi Ispaniyada almaq isteyirem bunun ucun neler etmeliyem.Ispaniyaya teqaud proqrami movcuddurmu.Magistr illik odeniw ne qederdir .ve magistr tehsili ne qeder muddet davam edir Xahiw edirem cavablandirin.

Salam Aytac xanım,İspaniyada magistr ya özəldə ya da dövlətdə oxuya bilərsiniz. Özəllər 10 min avro civarındadır illik amm dövlətlər ucuzdur. Dövlətdə ingiliscə oxumaq üçün hər proqram yoxdur. Əgər biznes kimi ixtisasda oxuyursunuzsa o zaman döblətlətə baş vura bilərsiniz. Bunun üçün yaxşı ortalama balakalvr qiyməti və IELTS balı lazımdır əsas. Qalana sənədlər formaldır.

Salam men ispaniyada political science oxumaq isteyirem bakalvri Bunun ucun ne etmek lazimdirsa etmeye haziram.Sadece ispan dili bilmekle ispaniyada ouxya bilerem? turk saytlarindan baxdim Selectividad deyile imtahana girmek lazim oldugu yazilib bu azerbaycanlilarada aiddir ve hasi ixtisaslara aiddir butun ixtisas yoxsa mueyyen ? ispan dili hansi seviyede olmalidir? ( b2 bes edir?) Ispan dilini nece subut ede bilerem harada hansi imtahana girmeliyem? deadlinlar ne vatdir?( muraceiet etmemisden evvel dil serfikati olmalidir yoxsa sonra alsaqda olar?)

Salam, Əgər sadəcə attestatınız varsa bir başa universitetə keçə bilməyəcəksiniz. Amma əgər burda iki il oxumusunuzsa o zaman İspan dilini öyrəndikdən sonra bir başa bakalavra başlaya bilərsiniz. İspan dilinin dövlət imtahanı var onu orda verməlisiniz. Bəzi universitetlər B2 və ya C1 səviyyəsini tələb edir. Hər universitetin öz tələbi var. Siz öncə İspan dilini öyrənin sonra bakalavrı. Mümkünsə burda bir az öyrənin sonra orda davam edin.

Salam men 1 ci kursda oxuyuram isppaniyada veya italiyada ingilis dilinde 1ci kursdan politcal science veya international studies oxumaq isteyirem.Ielts lazimdi italiya veya ispaniya ucun? son muraciet tarixleri ne vaxtdir? mezun olana qeder gozlemiliyem yoxsa muraciet ede bilerem indiden veya mart aprelde ? sadece dovlet universitetlerinde ve dovlet programinda olan universitetlerinde oxumaq isteyirem( diplomu avtomatik taninir teqaude gore yox) tehsil haqlari ne qederdir ve yasam xerci ne qederdir? hansi universitetlerde ingilisce sadaladigim ixtisaslarda oxuya bilerem? 1ci kurs qiymetleri yaxsi olmalidir yoxsa ferqi yoxdur?

Salam. İspaniyada və İtaliyada Siyasət üzrə proqramlar həmin ölkələrin öz dillərindədir. Biznes və iqtisadiyyat kimi proqramlar ingiliscədir. Siyasət üzrə oxumaq istəyirsinizsə, Böyük Britaniya və Hollandiyanı məsləhət görürəm. Bu ölkələrdə bu ixtisas ingiliscə var. Bu ölkələrə indidən müraciət etmək mümkündür. Dövlət proqramında olan universitetləri təklif edə bilərik. Böyük Britaniyada təhsil haqqı 11-12 min funtdan başlayır. Hollandiyada isə 1-ci ildə 14 min avro, ikinci ildən sonra isə 8 min avro civarında olacaq.

Salam.men 1ci kurs telebesiyem.2ci ve ya 3 kursu xaricde(meselen ispaniyada oxuya bilerem?))Ispaniyada tehsil almaq obirilerinden ne qeder ustundur?ve birde. orada tehsil haqqi ne qederdi

Salam. 2 və ya 3-cü kursu İspaniyada oxuya bilmərsiniz. Azərbaycanda birinci kursu bitirdikdən sonra İspaniyada hökmən 1-ci kursu yenidən başlamalısınız. Azərbaycandan xarici universitetlərə transfer mümkün deyil. Təhsil keyfiyyəti yaxşı olsa da, İngiliscə proqramlar çox azdır və daha çox biznes yönümlüdür. Təhsil haqqı dövlət universitetlərində 1-2 min avrodur. Özəl universitetlərdə 12 min avrodur.


İspaniyada Təhsil ilə bağlı Sual və Cavablar


Salam. Men ispaniyada magistr tehsili ile maraqlaniram. Psixologiya uzre ingilis dilinde tehsil ucun ielts neche bal teleb olunur ve illik qiymeti ne qederdi bilmek isteyirem. Hemchinin Almaniyada minimal dil kursu (almanca) 1 aylix qiymetini de yaza bilersizmi?

Salam. İspaniyada İngiliscə Psixologiya üzrə magistr proqramı yoxdur. İspanca var.Psxiologiya üzrə Böyük Britaniyada təhsil ala bilərsiniz. İELTS 6.5 tələb olunur. Almaniyada almanca 1 aylıq dil kursu (Berlində)- 2350 manatdır. Bura daxildir: həftədə 15 saat dil kursu, gündə iki dəfə qidalanma və ailədə qalma.

Salam İspanyaya birbaşa bakalvra qebul var ? İspanca tehsil almaq isterdim 1 il hazırlıq götürüb? hazırlıq qiymeti ne qederdir?

Barcelonada İngilis dilli proqramına qəbul ola bilərsiniz. İllik təhsil haqqı 12 min avrodur. İspan dövlət universitetləri bizim tələbələri bir başa attestatla qəbul etmir. İspanca hazırlıq var amma bu sizə bir başa bakalv proqramına girməyə imkan vermir. Gərək birinci kursu burda oxuyasınız ondan sonra orda bir il ispanca hazırlıq və sonra bakalavr.

ispaniyada ingilis dilinde bakalvr tehsil mümkündürmü yeni 11 ci sinifi bitirib şertleri nedir hansı unıversıtlerde mumkundur

EU Binesə attestatla qəbul etdirə bilirik.

salam ispaniyada tehsil haqqi ne qederdir ve ayliq yasam xerci ne qederdir?

Özəllərdə 12-20 min avro arasında dəyişir. Yaşayış 700-1200 avro araslnda dəyişir. Baxır şəhərə


İspaniyada Təhsil ilə bağlı Sual və Cavablar
İspaniyada Təhsil ilə bağlı Sual və Cavablar

50 thoughts on “İspaniyada Təhsil ilə bağlı Sual və Cavablar”

  1. Salam ispaniyada iqtisadiyyat üzrə ingiliscə təhsil almaq mümkündürmü zəhmət olmasa deyərdiz pulludur yoxsa pulsuz?

  2. salam.men Aztu ni qutarmisam ispaniada ve ya italiada illiyi ucuz olan coxda baha olmuyan her hansi bir universitete girib oxuyub sora ise magistra vermek isteyirem bunun ucun neler olmalidir ? ingilis dilini bilmeyim bes edir ? yoxsa ispanca da oyrenmeliyem ? ve ya her hansi bir sertifikat falan lazimdir ?

  3. Salam İspaniyada ingilis dilində pulsuz magistr təhsili almaq mümkündürmü?Zəhmət olmasa deyərdiz hansı universitetlərdə ala bilərəm

  4. salam, ixtisasim elektronika telekommunikasiya ve radiotexnika muhendisliyidir. Ispaniyada ixtisasim uzre magistr tehsili almaq isteyirem. bunun ucun ortalama bal ne qeder olmalidir? hansi sertifikat teleb olunur? illik odenis ne qeder olur?

  5. Salam.Men ispaniyada tibb tehsili almaq isteyirem.İllik ödeniş ne qederdir?Teqaüd almaq mümkündürmü?Bir de qebul şertleri nelerdir?

    1. Karimov Elgun