İsveçin Uppsala Universiteti 2014-cü il sentyabr ayı üçün təqaüd proqramı elan edir. Təqaüdə ancaq magistr təhsili almaq istəyən tələbələr müraciət edə bilərlər.

Uppsala Universiteti İsveçin 4-cü böyük eyni adlı şəhərində yerləşir. Şəhərin əhalisi 110.000-ə yaxındır. Əsası 1477-ci ildə qoyulmuş ən qədim İsveç Universitetidir.  Hal-hazırda Universitetdə 23.000-dən çox yerli və xarici tələbə təhsil alır. 2013-cü ildə Time Higher Rankingsin hesablamalarına görə isə Universitet Dünyanın ən yaxşı Universitetləri siyahısında 106-cı, Avropada isə 38-ci yeri tutmuşdur. Şimali Avropa Universitetləri arasında beynəlxalq reytinqə görə 1ci yerdədir.

Universitet bir çox fərqli ixtisasda təqaüd proqramını təqdim edir. Təqaüdə Azərbaycanlı tələbələrdə daxil olmaqla Avropa vətəndaşlığı olmayan tələbələr müraciət edə bilərlər. Uppsala Universitetinin təqdim etdiyi proqrama sadəcə illik təhsil haqqından azad olma daxildir, yaşayış xərcləri isə tələbə tərəfindən qarşılanmalıdır. Təqaüd proqramına son müraciət tarixi 15 Yanvar 2014-cü ildir.

Müraciət etmək üçün ilk öncə tələbə Application form ( ərizə forması ) doldurmalıdır. Gərəkli olan recommendation letter və başqa tələb olunan sənədləri ərizə formasıyla birlikdə göndərməlisiz. Təqaüdü qazanmaq üçün tez göndərmək vacib deyil, əsas odurki sənədlər, doldurulmuş ərizə forması düzgün və səhvsiz olsun.

Tələbəb olunanlar:

  • Bakalavr qiymətlərinin yüksək olması
  • bakalavr ixtisasının magistrə uyğun olması,
  • IELTS və ya TOEFL nəticə

P.S: İxtisaslara tələb olunan digər sənədləri aşağıdakı saytlardan tapa bilərsiz

 

Təqaüdün rəsmi səhifəsi:

Upssala University Master Scholarship

Magistr ixtisaslarının siyahısı:

Master Degrees in Uppsala University

Müraciət etmək üçün məlumat:

Uppsala University How to Apply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla