Bildiyimiz kimi İtaliyanın tarixi dünyanın ən zəngin və çeşidli tarixlərindən biridir. Cənubi Avropanın ürəyi sayılan bu ölkə, bir çox digər Avropa şəhərlərinə yaxınlığı yaxınlığı, iqlimi və mükəmməl aralıq dənizi sahilləri ilə diqqətləri öz üzərinə çəkir. Dünyanın ən qədim təhsil ocaqlarına ev sahibliyi etdiyindən son dövrlərdə təhsil sahəsində popyularlaşmağı da heç də təəccüblü hal deyil.

İtaliyada ali təhsil almaq istəyən tələbələr həm italiyan həm də ingilis dilində bu şansı əldə edə bilərlər. Tibb və memarlıq kimi fakültələr üçün İtaliya Təhsil Nazirliyi tərəfindən keçirilən müəyyən bir imtahandan keçmək şərti olmasına rəğmən, mühəndislik, dizayn və biznes sahələrində olan qəbul şərtləri universitetdən asılı olaraq dəyişməkdədir.

İtaliyada təhsil almaq arzulayanlar üçün 2018 QS Dünya Universitetlərinin reytinq cədvəlinə görə, İtaliyanın 7 universitetini sizlər üçün təqdim edirik.

  1. Politecnico Di Milano   

1863-cu ildə qurulan Milano Politekniko Universiteti İtaliyanın ən böyük, Milanın isə ən qədim universitetidir. Xüsusi ilə də dizayn və memarlıq üzrə şöhrət qazanmış bu universitetin Şimali İtaliyada yayılmış 7 kampusu vardır. Universitetin illik təhsil haqqı 900-4000 Avro arasında dəyişməkdədir. Beynəlxalq tələbələrə verilən Platinium, Gold və Silver olmaq üzərə 3 fərqli təqaüd proqramı mövcuddur. Qeyd edim ki, universitetdə bakalavr dərəcəsi daha çox italiyan magistr dərəcəsi isə demək olar hər bir ixtisas üçün həm ingilis həm italiyan dilində keçirilir.

2. Universita Di Bologna

İtaliyanın ən tanınmış universitetlərindən biri olan Bologna Universiteti 1088-ci ildə hüquq təhsili vermək üçün qurulmuş və dünyanın ən qədim universiteti hesab edilməkdədir. 14-cü əsrdən etibarən məntiq, astronomiya, tibb, fəlsəfə və filologiya kimi sahələrdə də təhsil verməyə davam edərək günümüzə qədər gəlib çıxan ən qədim universitetdir.

Ümumilikdə 5 kampusu olan bu universitetin 85 min tələbəsi vardir. İllik təhsil haqqı fakultədən asılı olaraq 1500 və 5000 avro arasında dəyişir. 3 illik bakalavr, 2 illik magistr dərəcəsi təklif edən bu universitetdə əsasən magistr fakulərəində ingilis dilində təhsil almaq mümkündür.

3. Scuola Normale Superiore Di Pisa 

QS reytinqində 192-ci yerdə olan və 1810 cu ildə qurulan bu dövlət universiteti təxminən 500 tələbəyə ev sahibliyi etməklə İtaliyanın ən kiçik universitetlərindən biridir. Xüsusi ilə fizika və astronomiya sahələrində ölkənin ən reytinqli universiteti hesab edilir. Təhsil sahələri 2 qrupa bölünən bu universitetdə Bəşəri Elmlər, Riyaziyyat və Təbiət Elmləri fakultələri Pizada , Sosial Elmlər inistutu isı Florensiyada yerləşir. Elmi araştırma etmək bu universitetin başlıca tələblərindən biri hesab edilir və digər İtaliyan universitetlərinin əksinə Scuola Normale nin öz təhsis etdiyi bir sistem vardır. Bu universitetə qəbul olmaq digər universitetlərlə müqaisədə daha çətindir və fərqli imtahanlardan uğurlu nəticə əldə etmək tələb edilir.

4. Sapienza- Universita Di Roma   

Dünya üzərində 223-cü sırada öz yerini tutan bu universitet 1303-cu ildə qurulmaqla dünyanın ən qədim universitetlərindəndir. 6 mini xarici olmaqla təxminən 110 min tələbəyə təhsil verən bu universitet 250 fərqli təhsil proqramı təşkil edir. Avropanın ən böyük təhsil mərkəzlərindən biridir. Arxeologiya, Fizika, Nano Texnologiya, Gen mühəndisliyi kimi sahələrin əsas götürüldüyü bu universitetdə 1 fakultə, 63 ixtisas və bir çox araşdırma sahəsi vardır. Universitetdə xidmət göstərən işçilərin ümumilikdə 6 Nobel mükafatı mövcuddur. Təhsil haqqı digər universitetlərə nisbətdə daha müvafiq hesab edilir (1200 avro ətrafında).

5. Politecnico Di Torino

1859-cu ildə qurulmuş bu universitet İtaliyanın ən yaxşı 2 texniki universitetindən biri hesab edilir. Memarlıq və mühəndislik sahələrində fərqlənən bu ali təhsil müəssisəsi 16% i xarici olmaqla 33 min tələbəyə ev sahibliyi edir. Yuxarıda qeyd edilən nəticə İtaliyada ən yüksək xarici tələbə göstəricisidir.

6. Universita Degli Studi Dİ Milano

QS reytinqində 325-ci yerdə qərarlaşan bu universitet 8 fakultə və 2 məktəbi ilə birlikdə məşhur bir araşdırma universiteti hesab edilir. Elmi araşdırmalara görə Avropanın öndə gedən təhsil ocaqlarındandır.

Milano universitetinin yerləşdiyi Milan şəhəri ölkə iqtisadiyyatının paytaxtı hesab edilir və innovativ investisiyaların ən çox edildiyi şəhərdir.

7. Universita Di Pisa

1343-cü ildə qurulan Pisa universiteti 58 bakalavr, 34 magistr, 31 doktorantura proqramı ilə İtaliyanın ən önəmli universitetlərindən biri hesab edilir. 56 min tələbəsi olan bu qurum fizika, astrofizika, mühəndislik, riyaziyyat və təbiət elmlərində öndə gedən universitetlərdəndir.

Piza Universitetinin ev sahibliyi etdiyi bir çox Nobel mükafatı qazanan alim vardır. Bunlardan ən önəmlisi burada təhsil alaraq professor olan tanınmış riyaziyyatçı Qalileo Qalileydir.  

 

 

Ünvan:  Nərimanov rayonu, Təbriz küç. 100A

Tel:   (012) 566 48 23

         (050) 787 57 66

email:   baba.karimli@celt.az

57 Comments

  1. Salam,men 1-ci sınıfı bitirin,9-cu sınıf shehadetnamesi ile kollec təhsili almisham 4 il,atestatim ise ozumdedir,men İtaliyada təhsil ala bilerem?

  2. Salam. Mən BDU da 4 cü kurs tələbəsiyəm. Ortalamam 70 dən yuxarıdır. İtaliyada magistr oxuya bilərəm? Oxuya bilərəmsə nə etməliyəm? Və illik ödəniş orda nə qədər olur?

  3. Salam Mən Adnsu tələbəsiyəm IT üzrə. sadəcə ortalamam çox zəifdir. 60-65. bu ortalama ilə IELTSLƏ Italyaya magistra gedə bilərəmmi.? yəni ortalama tələb etməyən Universitetlər vardır? vardırsa hansılarıdı?

  4. Salam. Mən ikinci magistr təhsilimi İtaliyada almaq istəyirəm. Bilmək istəyirəm ki, magistr gpa ilə müraciət edə bilərəm, yoxsa sadəcə bakalavr gpa-si tələb olunur?

  5. Salam…men bu il Ingilis dili tercume ixtisasini bitirirem…bilmey isteyirem ki,italyada yalniz IELTS la 5-6.5le qebul edirmi magistr?tesekkurler

  6. Salam mən Azərbaycan Texniki Universitetinin 2 kurs tələbəsiyəm ortalam gpa 78 baldır, ixtisasım komputer mühəndisliyidir bu ortalam ilə İtaliyada təqaüdlə magistir təhsili ala bilərəmmi və şansım nə qədərdir ielts 6.5 zəhmət olmasa cavablandırardınız təşəkkürlər.

  7. Salam. Mən nəqliyyat fakültəsi, 3cü kursdayam. İtaliyada bu fakültənin magistr təhsilini hansı universitetdə ala bilərəm? Ödənişsiz təhsil almaq mümkündürmü?

  8. Salam. Men Politecnico di Milano deadline oyrenmek isteyirem ve zehmet olmasa qebul ucun hansi senedler lazimdi, qeydiyyatdan nece kecmek lazimdir melumat vererdiniz
    Men teqaudle oxumaq isteyirem, onu qebul olduqdan sonra aply etmek lazimdir duzdu?

  9. Salam mən Naxçıvan Dovlət universitetini bitirmişəm birnci təhcilim Fiziki tərbiyə gəncəlrin cagirisa qədər hazirligi ixtisasi olib ikinci təhsilim iqtisadiyat olub ancaq balonya sistemi ilə təhsil almamisam magistr oxumaq sansim varmı şərtlər necədi nə tələb olunur ingilis dili hansi səviyyədə olmaldidir və ailəliyəm ailəli getsəm nə etməliyəm nədən imtahan verməliyəm imtahan bakidami olur 33 yaşim var tesekkurler

  10. salam.Əgər mən İtaliyaya qəbul olsam sizin şirkət mənə ora gedib yerləşməyə,İtaliyada aparıb sənəd verməyə universitetə köməklik edəcəkmi?sizin şirkətdə hazırlaşacam mütləq.

  11. salam.İtaluyada inglis dilində bakalavr təhsili varmı? birdə orda bakalavr təhsili almaq üçün SAT imtahanı vermək lazımdır yoxsa İELTS imtahanı? inglis dilində bakalavr təhsili almaq üçün İtaliyanın hansı tanınmış, yüksək səviyyəli universitetləri var?çox sağolun.

    • Salam, bəli var. SAT gərəkli deyil. IELTS lazımdır və burda 1 il hansısa universitetdə oxumalısız. Onlarda 12 illik olduğu üçün məktəbi bitirdikdən sonra birbaşa gedə bilməzsiz İtaliya universitetlərinə

  12. Mən Azərbaycan Dövlət Pedoqoji Universitetin təsviri incənət müəllimliyi fakültəsində təhsil alıram.Mən isdiyirəm ki bu universiteti bitirdikdən sonra bakalavrı italiyada rəssamlıq üzrə oxuyum.bununla bağlı nə qədər təhsil haqqı ödənilməlidir?bununla bağlı ətraflı yazardınız

  13. salam . men 10cu sinfemm . ve 1ci qrup uzre hazirlasiram. AZMIU nu istedyirem eger men ora qebul olub 1ci kursu bitirib italyaya transfer ve ya burda uni.-ni dondurub orda davam etdire bileremmi? ve eger men bele etsem men orda tehsilimi pulsuz ala bileremmj? ve dovletden spendiya ala bilerem?

  14. Salam idman akademiyasin bitirmisem ielts 6.5 di ortalama 76 bizde ixtisas handbol magistr idman jurnalistikadi idman menecmenti idman relabitasyasi var men Sapienzada magistr ne uzre oxya bilerem

    • Salam. Pulsuzun İELTS ilə əlaqəsi yoxdur. Məsələn Norveçdə təhsil haqqı yoxdur və 6 ilə qəbul edir. Almaniya isə daha çox 6.5 istəyir.

  15. Salam.İnşaat mühəndisliyinin fakültəsinin yaxşı tədris edildiyi univer hansıdır?zəhmət olmazsa cavablayardınız..

  16. salam. Men bu il ATU- nun Elektroenergetika fakultesini bitirirem.Bilmek isteyirem Italiyada teqaudlu bakalavr tehsili almaq ucun hansi tarixe ve hansi senedlerle muraciet ede bilerem.Teshekkurler

    • Salam. Dəqiq tarixlər üçün Baba müəllimlə ilə əlaqə saxlayın. Yazının sonunda məlumatları var.

    • Salam bəli mümükündür ama daha ətraflı məlumat üçün Baba müəllim ilə əlaqə saxlayın. Bakalavr üçün burda bir il universitet təhsiliniz olmalıdır. Sadəcə attestatla mümkün deyil bir başa.

    • Nicat bəy salam,
      Əgər 12 illik təhsili tamamlamısınızsa və IELTS sertifikatınız varsa bu təhsili ala bilərsiniz. Ətraflı maraqlanırsınızsa 0507875766 nömrəsinə zəng edə bilərsiniz.

    • Salam. Beli mümkündür. Ama bunu İtaliyaya seyahet etdiyiniz zaman Sentyabr ve Oktyabr aylarında bilirsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla