Türkiyədə təhsil almaq istəyən gənclərin ən çox tərəddüdə salan məsələlərdən biri də şəhər seçimidir. Bu bloq yazımızda sizlərə Türkiyənin İzmir şəhəri haqqında məlumat vermək istəyirəm. İzmiri digər Türkiyə şəhərlərindən fərqləndirən cəhətləri saymaqla bitməz amma tələbələrin diqqətini cəlb edəcək əsas məsələləri qeyd etmək istəyirəm. İzmir ilk öncə dəniz kənarı şəhər olduğu üçün digər şəhərlərə nisbətən hava mülayim və ilboyu istidir. İzmirdə qışın hava temperaturu 25 dərəcə ortalama olur. Soyuq olmayan bu şəhərdə qışda havanın temperaturu Bakının yaz və payız aylarında olduğu kimidir. İzmirin əhalisi yay aylarında turistlərin şəhərə gəlməsi nəticəsində artır lakin turistik olmayan dönəmlərdə şəhərin sakinləri və tələbələr olur ancaq. İzmirdə onu da qeyd edimki birçox alman ailələri əsasənda yaşlı sakinlər pensiyaya çıxdıqdan sonra burada ev alaraq ömürlərinin qalan hissəsini İzmirdə keçirirlər buda sizin yaşadığınız mühitin həm aristokrat həmdə beynəlxalq bir şəhər olmasını sübut edir.

İzmirdə yaşam şərtlərinin ucuz olması, sakit bir şəhər olması ən əsası tıxacların olmaması bu İzmiri digər Türkiyə şəhərlərinin fərqləndirir. İzmirdə yataqxana və kirayə evlərin ucuz olması həmçinin nəqliyyat xərclərinin digər şəhərlərə nisbətən ucuz olması tələbələr üçün fürsətdir. Çünki İstanbulda yaşayan bir tələbə orta hesabla ayda 100 dollar nəqliyyata xərci çıxır. Yataqxana və kirayə evlərə isə tələbələrin orta hesabla aylıq xərcləri 100-200 dollar arası olacaq.

İzmir şəhərində Türkiyənin ən çox kitab bazası olan 3 kitabxanası fəaliyyət göstərir: İzmir milli, Celsus, Urla kimi məhşur kitabxanalarından tələbələrin istifadə etməsi məsləhətdir.

İzmirdə iş imkanları: tələbələri ən çox maraqlandıran məsələlərdən biridə iş imkanlarının olmasıdır. İzmir turistik bir şəhər olduğu üçün tələbələrə otellərdə və restoranlarda işləmək üçün olduqca geniş imkanlar var. Azərbaycanlı tələbələrin rus dilini bilməsi isə iş imkanlarını daha çox artırır çünki İzmirə gələn turistlərin böyük əksəriyyəti ruslar və ukraynalılardır.

İzmirdə yerləşən dövlət universitetləri

  • Ege Universiteti
  • Dokuz Eylül Universiteti
  • İzmir Yüksek Teknoloji İnstitutu
  • İzmir Katip Çelebi Universiteti
  • Bakırçay Universiteti
  • İzmir Demokrasi Universiteti

İzmirdə yerləşən dövlət universitetlərində ixtisasların birçoxu türk dilindədir. Tibb ixtisasından başqa digər bütün ixtisaslarda illik təhsil haqqı 500-1500 dollar arası dəyişir. Universitetlərə qəbul üçün SAT və ya YÖS imtahanlarından birini vermək tələb olunur.

İzmirdə yerləşən özəl universitetlər:

  • Yaşar Universiteti
  • İzmir Ekonomi Universiteti
  • Türk Hava Kurumları Universiteti

Özəl universitetlərdə təhsil ingiliscədir və dövlət universitetləri ilə müqayisədə olduqca güclü müəllim və tələbə heyətinə malikdirlər. Özəl Universitetlərdə illik təhsil haqqı 8 min dollar civarındadır. Tək xarici tələbələrin deyil həmdə Türk tələbələridə dövlət universitetlərində deyil özəl reytinqli universitetlərdə təhsil almağı üstün tuturlar. Özəl universitet tələbələri üçün həm geniş karyera imkanları mövcuddur həmçinində təhsilini xaricdə davam etdimək şansı böyükdür. Məsələn Yaşar Universiteti Yaşar Holdinqin tərkibində olduğu üçün daha böyük karyera imkanına sahibdir. Yaşar Holdinq nəinki Türkiyədə hətta avropada belə böyük qıda şirkətlərinə sahibdir. Azərbaycanda da qida sektorunda yüksək yerlərdən birini tutan Pınar şirkətini misal göstərə bilərik.

Türkiyə Universitetlərinə qəbul üçün bizə müraciət edə bilərsiniz.

mail: turkiye@celt.az

Mobil: (050) 503 59 39 (012) 492 68 53

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla