Bankda işlədiyim və Qafqaz Universitetində bakalavr təhsili aldığım vaxtlardan etibarən CFA proqramı ilə yaxından maraqlanırdım. Eyni zamanda bakalavr dərəcəsini bitirdikdən sonra magistr dərəcəsini almağı da qarşıma məqsəd qoymuşdum. Bu iki istəyimi nəzərə alaraq internetdə qısa bir araşdırma apardım və CFA proqramı ilə əməkdaşlıq edən təhsil ocaqları və müvafiq proqramların adları olan siyahını əldə etdim. Bu siyahıda olan universitetlər arasında iki türk universitetinin olması sözün yaxşı mənasıdan təəccübümə səbəb oldu.

Koç Universiteti barədə öncədən də müsbət rəylər eşitmişdim və orada təhsil almaq 5 ilə yaxın idi ki arzum idi. Amma sonrakı araşdırmalarım, seçimimin  nədərəcədə düzgün olmasını təsdiq etdi. Belə ki, sözügedən universitetin əsasası nə az, nə çox təxminən 25 il öncə qoyulmasına baxmayaraq, “Times Higher Education World University Rankings”-in açıqladığı son siyahısında Türkiyə üzrə birinci yerdədir. (o cümlədən, Asiyada 21, dünya sıralamasında isə 251-300 aralığında qərarlaşıb). O cümlədən, Koç Universiteti Türkiyədə CFA proqramı üzrə ilk tərəfdaş təhsil ocağıdır. Ən önəmli faktlardan birisi isə, Financial Times kimi mötəbər dərginin dərc etdiyi “European Business School Rankings” siyahısında olan iki türk universitetində biri olmasıdır. Son reytinqdə Koç Universiteti 67-ci yerdə qərarlaşıb.

Koç universitetinə qəbul

Araşdıma işlərinə olduqca böyük marağım var. Məhz bu istəyim də universitet seçimimdə həlledici məqamlardan biri oldu. Başqa sözlə, Həsən Əliyev sayəsində sözügedən universitetdə araşdırma işinə çox böyük diqqət və eyni zamanda vəsait ayrıldığı barədə faktlar əldə etdim. Məsələn, hal-hazırda universitetdə 102 araşdırma labarotoriyası, 18 araşdırma mərkəzi və 3 araşdırma forumu var. 2004-2015-ci illər aralığında 500-dən çox xaricdən maliyyələşən layihə olmuşdur. Hal-hazırda isə təhsil ocağında 40 milyon ABŞ dolları dəyərində 500-dən çox layihə vardır. O cümlədən, Koç Universieti gənc araşdırmacılara verilən mükafatların sayına görə Türkiyədə birinci yerdədir.

 

Bütün bu faktları nəzərə alaraq “MSc in Finance” proqramına müraciət etdim. Proqram üzrə əsas şərtlər minimum iki il iş təcrübəsinin olması və akkreditə olunmuş universitetlərin birindən məzun olmaqdır. İngilis dili bilikləri də tələb olunur və zənnimcə bu məsələdə İELTS üzrə sertifikatın olması böyük üstünlükdür. (bir az sonra aydınlıq gətirəcəm). Onu qeyd edim ki, müraciət olduqca rahat və müasir üslubda təşkil olunub: universitetin proqram üçün nəzərdə tutulmuş keçidindən daxil olaraq hesab yaratmaq lazımdır. Hesab yaratdıqdan sonra isə lazım olan əsas məsələ 3 “essay”-in yazılmasıdır. Müraciət dövrünə sərf edilən zamanın təxminən 90%-ni təşkil edir.Eyni zamanda, bütün bu dövr ərzində keçmiş müdirim və hal-hazırda Paşa Həyat Sığorta ASC-nin Maliyyə müdiri Əfqan Əfqanlının məsləhətləri və göstərişləri də həlledici oldu.

 

Bütün sənədlər açılmış hesaba yüklənilib təsdiq edildikdən sonra təxminən 1 ay ərzində universitetdən intervyu ilə bağlı dəvət alınır. Zənnimcə, müraciət prosesinin ən önəmli hissəsi budur. Dəvəti almamışdan öncə də internet üzərindən araşdırma aparmışdım: “How to Answer Common Admission Interview Questions” başlığı altında olan məqalələri oxumaq olduqca faydalı olacaqdır. Çünki, intervyu üçün nəzərdə tutulmuş 30 dəqiqəlik sual-cavab hissəsinin təxminən yarısını bu cür sualların cavablandırılmasına ayrılır. Və cavabların ümumi sözlərdən çox faktlara və gözləntilərə (həm universitet, həm də proqram) dayanması çox önəmlidir.

İkinci addım isə MSc in Finance proqram üzrə məzun olmuş şəxslərlə əlaqə saxlamaq oldu. Belə ki, linkedIn saytı üzərindən 10-a yaxın tələbədən intervyu barədə olduqca faydalı məsləhət və göstərişlər aldım. Ölkəmizdən də sözügedən proqrama müraciət etmək istəyən şəxslər olarsa faydalı olmaq üçün əlimdən gələni əsirgəmərəm.

“Case Reading”-lər barədə Harvard Universietinin «Business Case»-lərini oxumaq çox faydalıdır. Onu qeyd edim ki, təqdim olunan materialın oxunması üçün 30 dəqiqə vaxt verilir. Səmimi desəm, mətni olduqca qəlizdir və ayrılan zaman bütün məqaləni oxumağa yetməyə bilər. Və məhz bu məsələdə İELTS kursu üzərində əldə edilən bacarıqlar həlledici rol oynayır. Belə ki, əsas məqsəd məqalədə olan önəmli məqamı anlamaq və məqalədə adları qeyd olunan şəxslərin rolunu düzgün müəyyən etməkdir. Məhz, intervyudakı sual-cavab üçün ayrılan zamanın digər yarısı isə sözügedən məqalə üzrə (Business Case) verilmiş suallar olacaq. Müraciət edən şəxslər narahar olmasınlar detallara varan suallar olmayacaqdır. Eyni zamanda məqalədə yer almayan məsələlər üzrə də suallar veriləcək. Məsələn, siz olsa idiniz X şirkətinin yerinə nə qərar verərdiniz və nə üçün? Bu suallarda da qısa müddət fikirləşib 3-4 cümlə fikrinizi bildirməniz yetərlidir. Sonda onu qeyd edə bilərəm ki, intervyu özü-özlüyündə çox böyük təcrübə olacaqdır.

Azər Bağırovun Koç Universitetindən qəbul məktubu

Yerli tələbələrimizə təhsilin bir il olması və dərs proqramının sərbəst şəkildə seçilməsi imkanı kimi faktları da nəzərə alaraq sözügedən proqramı seçməsini önərirəm!

Koç Universiteti programları haqqında məlumat

Koç Universitetinə rəsmi qəbul mərkəzi olaraq CELT Colleges şirkəti hər zaman sizə kömək etməyə hazırdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla