Türkiyədə təhsil

Koç Universitetini niyə seçməliyəm?

  • Koç Universiteti Türkiyənin ən reytinqli 5 universitetindən biridir. Dünya sıralamalarında universitet ilk 300 – lük siyahıya düşməyi bacarmışdır. Koç Universitetinin hədəfi olaraq yaxın 10 il ərzində dünyanın ən reytinqli 10 universitetindən biri olmağı hədəfləyir.
  • Koç Universiteti Türkiyənin mədəniyyət və ticarət mərkəsi olan İstanbul şəhərində şəhərdən kenarda dəniz və meşələrlə örtülü qapalı kampusa malikdir.
  • Koç Universitetinin kampusunda tələbə kənara çıxmadan yataqxana, kitabxana, yeməkxana, idman zalı, labolatoriyalar, ictimai-iyaşə obyeklərindən istifadə etməklə rahat bir şəkildə təhsil ala bilər.
  • Təhsil dilinin bütün ixtisaslar üzrə ingiliscə olması.

 

Koç Universitetində bakalavr pilləsi üzrə hansı ixtisaslar var?

  • Koç Universitetində bakalavr təhsili üçün iqtisadiyyat, siyasət, mühəndislik, tibb, tibb bacısı, hüquq kimi fakültələri mövcuddur.
  • Koç Universiteti Türkiyədə yeganə universitetdir ki, hüquq ixtisasında təhsil tamamən ingiliscədir.
  • Tibb təhsili almaq istəyənlər üçün Koç Universitetinin proqramına əsasən tələbə oxuduğu müddətdə dərsi bitdikdən sonra Koç Holdingə məxsus xəstəxanaların birinə gedərək orada həkim köməkçisi kimi staj keçir. Bu isə tələbənin məzun olduqdan sonra 6 illik staja da məlik olması deməkdir. Həmçinin Koç Universitetinin müqaviləsi olduğu Amerika və Avropa ölkələrində yerləşən xəstəxanalarda yay tətili zamanı istəyə uyğun olaraq staj keçməsinə köməklik olunur.
  • Koç Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələr bir illik təhsilini dünyada ilk yerlərdə olan Stanford Universitetində oxuyaraq yenidən universitetinə qayıdır. Bununlada Stanford Universitetinin beynəlxalq sertifikatına sahib olmuş olur.
  • Siyasət üzrə təhsil alan tələbələr üçün isə John Hopkins Universiteti ilə müqavilə əsasında təhsilini davam etdirə bilər.
  • Koç Universitetində hal-hazırda 17 nəfər Harvard Universitetinin məzunu müəllim kimi işləməkdədir.
  • İqtisadiyyat üzrə təhsil alan tələbələrə həray təşkil olunan CEO yəni şirkət rəhbərləri ilə görüşlərdə iştirak edə bilər. Bu isə gələcək iş karyarası üçün əla şansdır.

 

Koç Universitetində bakalavr təhsili almaq üçün nələr lazımdır?

  • Koç Universitetinə qəbul üçün SAT və Toefl imtahanlarını verməlisiniz.
  • Tibb və hüquq ixtisasları üçün SAT keçid balı 1410, digər ixtisaslar üçün 1200 baldır.
  • Toefl imtahanından 75 bal toplamaq lazımdır, əgər Toefl balınız azdırsa bu zaman universitetdə 1 il əlavə dil kursu üzrə hazırlıq görməlisiniz.
  • Universitetinə sənəd qəbulu hər il yanvar ayından açılır iyul ayına qədər davam edir.
  • Qəbul üçün 150 TL qeydiyyat pulu ödəməlisiniz.
  • Koç Universitetində bakalavr təhsili tibb ixtisası üzrə 24 min dollar, digər ixtisaslar üçün isə 17 min dollardır.
  • Kampusda yaşam üçün isə illik 4 min dollar yataqxana ödənişi etməlisiniz.

 

Koç Universitetinə bakalavr pilləsi üzrə hansı sənədlər lazımdır?

  • Pasport
  • Şəkil (4,5×6 ölçüdə 8 ədəd)
  • SAT balı
  • Toefl balı (əgər varsa)
  • 2 ədəd referans məktubu
  • Motivasiya məktubu
  • Transkript (9-10-11 ci sinif)
  • Məzun olmanız haqqında məktəbdən arayış

Qeyd: Bütün sənədlər ingilis dilinə tərcümə təsdiqli olmalı və Türkiyə dövlətinin denklik möhürü vurulmalıdır.

Koç Universiteti ilə CELT Colleges arasında olan rəsmi müqaviləyə əsasən Koç Universitetini Azərbaycanda CELT şirkəti təmsil edir. Azərbaycanda baş tutan bütün təhsil sərgilərində Koç Universitetini CELT şirkəti təmsil etmişdir Ətraflı LİNK

 

Koç Universitetinə qəbul üçün CELT Colleges İçərişəhər ofisinə yaxınlaşa bilərsiniz.

Ünvan: İstiqlaliyyət 59. İqtisad Universiteti ilə üzbəüz.

Əlaqə:
(012) 492 68 53
(050) 524 33 15
Mail: hasan@celt.az

Koç Universiteti ilə CELT kursu arasında rəsmi müqavilənin olmasını sübut edən videoya aşağıda baxa bilərsiniz.

 

 

8 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla