Bu gün hesablama sahəsində həm kompüter elmləri həm də kompüter mühəndisliyi ixtisasları kifayət qədər ixtisaslaşıb. Bu baxımdan bu sahəyə istiqamətləndikdə hər ikisini araşdırıb gələcək kariyeranızda hansının sizin üçün daha əlverişli olacağına qərar vermək lazımdır. Lakin burada şöbənin adına baxaraq ixtisas seçmək elə də asan deyil. Tələbələrin də bu mövzuda kifayət qədər qərarsız olduqlarını nəzərə alaraq bu günki bloqumuz üçün məhz bu mövzunu seçmişik. Kompüter elmləri və kompüter mühəndisliyi arasındaki fərqlər nələrdir?

Kompüter elmləri nədir?

Kompüter elmləri, kompüter qurğularında məlumatların necə toplanması, saxlanması və emalını öyrənir. Qısaca, kompüter elmləri kompüterlər və hesablama sistemləri haqqında elmdir. Kompüter və elektrik mühəndisliyindən fərqli olaraq, bu sahə daha çox proqram təminatı və sistemlərindən bəhs edir ki, bura onların nəzəriyyəsi, dizaynı, inkişaf etdirilməsi və tətbiqi daxildir. Baxmayaraq ki proqlamlaşdırma bu sahədəki başlıca bölmədir, lakin bu onun sadəcə bir hissəsidir. Bundan əlavə buradaki digər əsas sahələr sırasına kompüter sistemləri, şəbəkələr, mühafizə, kriptoqrafiya, süni intellekt, verilənlər bazası, insanla kompüter arasındaki əlaqə, görüntü və əlaqə, ədədi analiz, proqlamlaşdırma dilləri, proqram təminatı mühəndisliyi, bioinformatika və hesablama nəzəriyyəsi daxildir. Kompüter elmləri, proqramları həll etmək və kompüterin proqram və aparat təminatının performansını ölçmək üçün alqoritmlər hazırlayır. Buna görə komputer elmləri mütəxəssisləri həm də informasiyanın emalı, saxlanılması və tətbiqini təmin edən riyaziyyatçılardır.

Araşdırmalar sübut edir ki, kompüter elmləri tələbələrinin məzun olduqdan sonraki ilk 6 ay ərzində iş tapmaq şansları böyükdür. Nəzərə alsaq ki hal-hazırda bütün şöbələrdə kompüterlərdən istifadə olunur, onda bu statistikaya inanmaq olar. Kompüter elmlərinin bütün bu şöbələrdəki rolu sənaye sahəsində baş vermiş problemi həll etmək üçün proqram təminatı hazırlamaqdır.

Çoxları kompüter elmləri sahəsindəki kariyeranın ancaq proqramlaşdırma ilə əlaqədar olduğu kimi yalnış bir fikir içərisindədirlər. Lakin, buradaki iş imkanları olduqca genişdir. Dizayn, testləşdirmə, planlaşdırma, menecment kimi ən müxtəlif sahələrdə iş tapmaq imkanı var. Bakalavr pilləsini bitirdikdən sonra proqram təminatı mühəndisliyi ilə məşğul olub daha sonra vəzifənizi artıra bilərsiniz. Bu sahədə alacağınız magistr təhsili isə sizi daha da professionallaşdıracaq. Bakalavr pilləsi proqram, hesablama mövzularını geniş əhatə edir. Magiatratura pilləsində isə daha çox spesifikləşmə gedir.

Kompüter mühəndisliyi

Kompüter mühəndisliyi isə kompüter elmləri ilə elektrik mühəndisliyinin kombinasiyasından ibarətdir. Bu, bütün növ hesablamaları araşdırmaq üzərində cəmləşir və mikroprosessorlardan başlayaraq noutbuklar və superkompüterlərə hesablama qurğularının yerləşdirilməsinə qədər davam edir. Burada mikroprosessorların funksiyaları, dizaynı, optimallaşdırılması, məlumatların elektron qurğular arasındaki dövriyyəsi, proqram təminatının yazılması, tərtibi kimi mövzular öyrənilir. Buna görə də kompüter mühəndisləri proqram və aparat təminatı və bunların hər ikisinin sistem-dizaynı ilə məşğul olan elektrik mühəndisləridir.

Hər iki sahə mütəxəssisləri hesablama texnologiyası və hesablamada meydana çıxan problemləri tədqiq edir. Əgər ümumiləşdirsək, kompüter mühəndisləri mikro və makroskopik spektrlarda fəaliyyət göstərirsə, kompüter elmləri bunların hər ikisinin arasında fəaliyyət göstərir.

Nümunə üçün bir telefon fikirləşin. Telefonun ərsəyə gəlməsində həm kompüter mühəndisləri, həm də kompüter elmləri birgə fəaliyyət göstərir. Bu zaman mühəndislər telefonun ekranı, idarəetməsi, yaddaşı, mikroprosessoru kimi əhəmiyyətli hissələrini hazırlayaraq onların birgə işləmə prinsipinə nəzarət edirlər. Kompüter elmləri isə yaddaşın tətbiqlər ilə uyğunluğunu, mobil tətbiqlərin əməliyyat sistemindəki mövqeyini və gözlə görünməyən daha bir çox şeyi tənzimləyən əməliyyat sistemini yazırlar. Daha dəqiq desək, Kompüter mühəndisliyi məhsulu başlayır, Kompüter elmləri məhsulu sonlandırır.

Bir biri ilə hər nə qədər sıx bağlı olsalar da, bütün xırdalıqlarını nəzərdən keçirdikdən sonra Kompüter mühəndisliyi və Kompüter elmlərinin kifayət qədər fərqli iş prinsipləri olduğunu demək olar. Buna görə də, yaxşı olardı ki, bu ixtisaslara istiqamətlənərkən həm öz maraq dairənizi və həm də gələcək iş perspektivlərinizi hesaba qatasınız.

Xanım Xəlilova

CELT Narimanov

(012) 566 48 23

narimanov@celt.az

34 Comments

  1. Salam mən html, java, C++, unix bilirəm (həvəskar kimi özüm öyrənmisəm) kompyuter elimləri fakultəsinə imtahansız qəbul olmagıma köməyi ola bilər bunların ?

    • 1-3 ilə. baxır hansı səviyyədə və sizin bacarığınıza. Bir də programın növünə. HTML və ya css 3 aya belə olar.

  2. Salam. Kompüter elmləri oxumaq üçün ADNSU yoxsa BDU daha yaxşıdır ?? Və xaricdə hansı universitetdə təhsil almaq olar?

  3. salam, kompüter mühəndisliyi barədə ağlımda çeşidli tərəddütlər var. Çevrəm bu sahəni israrla tövsiyyə etsə də işin mürəkkəbliyi və kodlaşdırmanın rütinliyi mənə sıxıcı həyat tərzini çağırışdırır. Bu barədə fikriniz?

    • Kodlaşdırma ağırdır və çox zaman qadınların sevdiyi sahə deyildir. Error Trial həyatı yaşamaq istəyirsinizsə bu sahəyə gedin. yerinə Grafik Dizayn seçə bilərsiniz. Kadınlar bu sahədə daha bacarıqlıdır.

  4. Burada əsasən hamının fikirləşdiyi kompüter elmləri yoxsa kompüter mühəndisliyi.Bu sualın cavabı,bir qədər asand həmdə bir qədər çətindir.Iş barəsində fikirləşirsinizsə eyni işdə hər iki ixtisasdan birini bitimiş olanı eyni işə götürürlər.Burada əsas məqam təhsil barəsindədir,siz əgər kompüter hissələri,ana plata,cpu və.ş kimi işlər etmək istiyirsinizsə,təhsil_təhsil barəsində və keçirilən dərslər və praktikalara görə kompüter mühəndisliyi seçin.Əgər informasiya təhlükəsizliyi ,web dizayner, oyun gelişdirici və programlaşdırma sahəsini istiyirsinizsə,kompüter elmləri.Amma kompüter elmləri kompüter mühəndisliyindən çətindir,əsas ali riyaziyyat,ali cəbr və kirbernetika kimi fənlərin burada keçirilməsi,əsas təməli riyaziyyata diyanır və eyni zamanda algoritmlər və programlaşdırmanının ilkin anlayışları kimi sahələrdə ilk semestrlarda keçirilir.Yəni vurada oxumaq,biraz çətindir.Mənə güvənə bilərsiniz,bu sahadə böyük işlərə imza atmışam,tək başıma 6 oyun çıxartmışam (4 mobiı oyun 2D görüntü dəstəyiylə 2 oyun,1 ilan oyunu və kiçik çaplı Bluetooth vasitəsiylə əlaqə qurulan battle royale oyunu .2 Kampüter oyunu asasins cread tərzi hekayəli The Portal oyunu,Demosunu çıxartdığım Fpreot adlı çox böyük çaplı gözəl hekayəsi olan,aksiyon gerilim oyunu )Havrsal adlı şirkətin təməllərini atmışam,Mən 7-ci sinifdən proqramlaşdırma və siber təhlükəsizlik sahələrinə maraq göstərmişəm,indiysə 10-cu sinifdəyəm böyük irəlləmə qət etmişəm,əlimdən gəldiyi qədər alqoritm yazırdım daha sonra 7 P.Dili öyrəndim(Html-nə qədər proqramlaşdırma dili sayılmasa,CSS ,Phyton,C#,C++,C,JS) və informatika üzrə Şəhər turunun birinci,Respublika turuna nədənsə çağrılmadım və Pirallahı Robot Yarışmasına insan beynini analizetməyi bacara,duyğuları hardasaöyrənə bilən yapay zəkaynan girmişdim 1-cioldum.Siz sual verə bilərsinizki belə bir robot necə ola bilər əsas hissəsi kodladığım bir kodla insan səsini ADC formada çevirip,hər hansı bir web brauzerdən istifadə edərək,səsi axtarır axtarır və 1 neçə milyon məlumat arasında ortalama dərəcəni çıxardıb cavab,verir və bu sualın insan duyğusuyla əlaqəli olduğunu aşkar edərək ,insan duyğusunu araşdırıb ortalama dərəcə çıxartdır və cavab verir, bir az uzun prosesə oxşuyur ama müasir texnologiyalarla,helədə çətin deyil sadəcə internet sürətinə görə cavab vaxtı dəyişir,ilk versiyada 20-30 dəqiqə arasında bir vaxtda cavab vermişdi,sonrakı versiyada 8-10 dəqiqəyə kimi endirmişdim.Sizdə hər şeyə nail ola bilərainiz sadəcə planlı olmaq və səbr etmək lazımdır.

    • Salam Vüsal bəy. Ətraflı dəstəkli məlumatınız üçün çox sağ olun. Bəli, əsas məsələ nə öyrənəcəksiniz ama kodlaşdırmayı öyrənən insan üçün mühəndislik uzaqdır. Kodlamaya tam girişi olmayacaq bu da ona həyatda sonrakı işərində əngəl olacaq əgər Bakıda Comp Mühəndisi ilə Comp elmlərini ayıran bir universitet varsa. Önəmli olan kodlamayı öyrənən tamamən kodlama dərsləri almalıdır ki sonradan ixtisaslaşması asan olsun. İşə girmək daha çox bacarıqdan asılıdır bu sahədə diplomdan deyil təbii ki. Ama motivasyon və ilk təcrübə sonrakı həyatınızı bəlli edir o səbəbdən bu sahədə düzgün qərar vermək lazımdır. Universitetlər bu ayrımı anlatmadığı üçün biz blog yazdıq ki ən azından hər kəs seçim edəndə doğru qərar versin. Çox adam mühəndislik adi xoş gəlir deyə içində nə olduğunu anlamadan qərar verib sonra peşman olub oxumayıb.

    • Onların heç birini oxumayanda da kod yaza bilər. PHP, Phyton, Java, javascript kimi dilləri yaxşı bilənə başqa heçnə lazım deyil. Kimi oxuyaraq öyrənir kimi deneyerek

  5. Salam,men amerikada kompyuter elmleri oxumaq isteyirem.Bunun ucun universtete bas vuranda computer science kimi
    bas vurmaliyam?

    • Salam. Hər ikisi yetərlidir. Sadəcə fərqlərini öyrənin ki yalnış yerə getməyəsiniz.

  6. Salam bu il məktəbi bitirdim və yığdığım balla neft sahəsində rahatlıqla iş tapa biləcəyim universitetə qəbul olmuşam.(evdəkilər iş barədə həssasdır)Amma mən öz istəyimlə kompüter sahəsinə yönəlmək istəyirəm.İş imkanları nə dərəcədədir?…(təşəkkürlər)

    • baxır hansı növ programist olacaqsınız. Data scientist olmaq üçün phyton. Website üçün PHP və Javascript.

    • Hər ikisində iş yetərli qədərdir. Maaş baxır işə yerə və ölkəyə. Konkret maaşı kim deyə bilər ki

  7. Salam.Oglum da kompyuter elmleri ixtisasini isteyir.Men ixtisas secimi edende kompyuter elmi ixtisasina oxsayan ayri ne yaza bilerem. Meselen; informasiya tehlukesizliyi,koyuter muhendisliyi,sistem muhendisliyi,elektronika,telekommunikadiya,radiotexnika muhendisliyini yaza bilerem?Yeni bu ixtisaslar da kompyuter elmi ixtisasina yoneldir? Cavablandirsaz cox memnun olardim

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla