Lodz Universiteti

Lodz Universiteti

Lodz universiteti-Polşanın öndəgedən, nüfuzlu universitetləri siyahısındadır. 1945-ci ildə qurulan universitet 170 fərqli istiqamətlər üzrə təhsil verməkdədir. Universitetdə 12 fakültədə, 45-dən çox bölmədə, Polşa və İngilis dilində təhsil verilməkdədir. Universitet bir çox fərqli istiqamətlərdə doktorontura və magistr proqramları ilə birlikdə proqramlar daxilində 100-dən çox dərs seçimi təqdim edir və proqramlar ESF tərəfindən maliyyələşdirilir. Hər il 10.000 dən çox tələbə Lodz Üniversitetindən məzun olur. Erasmus tələbələri daxil olmaqla cəmi 70 ölkədən tələbələr universitetdə təhsil alır. Bu beynəlxalq atmosfer, mədəniyyət fərqlilikləri həm universitetdə həmdə şəhərdə yaşamanıza imkan yaradır.

Universitetdə 45.000 tələbə, 2370 müəllim və professor heyəti var. Üniversitet yalnız yüksək təhsil keyfiyyəti ilə deyil eyni zamanda İngilis, Fransız və Polyak proqramlarında təqdim etdiyi müasir və zamana uyğun, qlobal bazarın ehtiyaclarıyla üst-üstə düşən təhsil sistemi ilədə seçilməkdədir. Unveristet il boyunca bir çox təşkilata ev sahibliyi etməkdədir, sahəsində mütəxəssis siyasətçilər, iş adamları və mədəniyyət nümayəndələri bu dəvətlərdə iştirak edir. Universitet hüquq, idarəetmə və iqtisadiyyat kimi sahələrində prioritetli olmaq üzrə Polşanın ən yaxşı bir neçə universitetindən biridir.
Lodz unveristeti Polşanın tam mərkəzində yerləşir və paytaxt Varşovaya yalnız 125 km məsafədədir. Şəhərin özünə xas arxitekturası və tarixi, turistlərin marağını çəkir. Lodzun arxitekturasının keçmişi 19-cu əsrdə tekstil sənayesinin inkişaf prosesinə söykənməkdədir. Lodz eyni zamanda dünya kinosuna Roman Polanski və Krysztof Kielowski kimi şəxsləri yetişdirmişdir.

İngilis dilli , bakalavr üzrə ixtisaslar:

  • kompüter Elmləri
  • Kompüter elmləri və Ekonometrika
  • İqtisadiyyat
  • İqtisadiyyat və İdarə etmə
  • Mədəniyyətlər arası dialoq
  • Beynəlxalq Əlaqələr
  • İngilis dili və ədəbiyyatı
  • Magistr:
  • kompüter Elmləri
  • Kompüter elmləri və Ekonometrika
  • İqtisadiyyat
  • İdarəçilik və İdarə
  • Eko-hidroloji
  • Beynəlxalq Əlaqələr
  • Beynəlxalq Gender (Cinsi Bərabərlik) Proqramı
  • Beynəlxalq Marketinq
  • Siyasi Elmlər
  • Gemma – Erasmus Mundus Qadın və Gender (Cinsi Bərabərlik) Proqramı
  • ECOHYD – Erasmus Mundus Eko – hidroloji Elmi

Aspirantura Üzəri Programlar:

Tətbiqi idarə etmə MBA Proqramı
Beynəlxalq Marketinqin idarə edilməsi

Lodz Universiteti, bir çox xarici universitetlər ilə ikitərəfli müqavilələr imzalamışdır. Bunun nəticəsində tələbələrə ikili diplom alma imkanı təqdim etməkdədir. Universitetin partnerlik razılaşmasına çatdığı bəzi universitetlər bunlardır:

  • Université Jean Moulin Lyon 3,
  • Université François – Rabelais (Tours),
  • Westfälische Wilhelms – Universität Münster,
  • University of Texas at Austin,
  • University of Michigan,
  • University of Baltimore
  • R. H. Smith School of Business,
  • University of Maryland
  • TOWSON University

Bununla yanaşı Lodz Universitetinin dünya daxilində 230 universitet ilə partnerlik razılaşması var. Ayrıca 390 Avropa universiteti ilə Erasmus tələbə mübadiləsi proqramı çərçivəsində razılaşması var.
Universitetdən, 1952-ci ildən bəri 15 mindən çox xarici tələbə məzun olmuşdur. Unveristet kampusu, şəhər mərkəzindən 15 dəqiqəlik məsafədədir, yaşıllıq bir sahənin içərisində yerləşir. Kampus içərisində idman və gimnastika salonları, üzgüçülük hovuzu, restoran və kafelər, banklar, mağazalar və tələbə yataqxanaları yerləşir.

 

Kampusda Yaşamaq:

Universitet 11 yataqxanada təxminən 4500 otaqlıq (tək və ya iki nəfərlik) yer təqdim edir. Yerləşdirmə zamanı ERASMUS tələbələri ilə dövlət hesabına təhsil alan tələbələrə üstünlük verilir. Qalan tələbələr otaqlara, müraciət sırasına görə yerləşdirilməkdədir.
Xarici tələbələr üçün tək nəfərlik standart otaq 115 € təşkil edir, iki nəfərlik paylaşılan otaqlar isə 90 € ‘dur. Otaq ödənişi hər ayın 25-də poçt və ya bank vastəsilə ödənilməsi lazımdır.
Yataqxanalarda, tələbələrin müxtəlif şəhər və ölkələrdən gələn ziyarətçiləri üçün qonaq otaqlarıda var.
Universitet kampusu içərisində kitabxana, üzmə hovuzu, tələbə klubları, əczaxana, poçt, restoran və bank var.
Yemekxanada 4 növ yemək verilir və qiymətlər olduqca uyğundur. 3 dəfə yeməyin aylıq xərci təxminən 75 € ‘dur.
Tələbələr yataqxana qeydiyatında sürətli davranmalıdırlar. Çünki ən yaxşı və ən ucuz otaqlar Sentyabrın sonuna qalmadan dolur.

Təhsil haqqı

Lodz Universitetində, fakültə və ixtisaslara görə təhsil haqqı fərqlidir. İllik təhsil haqqı 2000 və 3000 Avro arasında dəyişir.
Akademik Təqvim
Polşa Universitetlərində akademik il, 15 həftəlik dövrlər halında iki semestrə tamamlanır.
Qış dövrü Oktyabr ayının ilk həftəsində başlayır və Yanvar ayının ortasında qurtarır. Dövr içərisində iki həftəlik Milad tətili verilməkdədir. Dövr sonunda bir neçə həftəlik semestr tətili verilməkdədir.
Yaz dövrü isə Fevral ayının ortalarında başlayır, dərslər İyun ayı içərisində qurtarır, semestr isə sentyabr ayına qədər davam etməkdədir.

Universitet Kitabxanası

Lodz Universitetində bir mərkəzi kitabxana və hər fakültə binasında da ayrı-ayrı fakültə kitabxanaları var.
Lodz Universitetinin hər bir tələbəsi, tələbə kartları və ya kitabxana kartları ilə ana kitabxananı və ya fakültə kitabxanalarını istifadə etmək hüququna malikdir.

Məşhur məzunları:

  • Andrzej Sapkowski, yazıçı.
  • Marek Belka, İqtisadiyyat üzrə professoru, keçmiş baş nazir və Polşa Milli Bankın cari rəhbəri.
  • Krzysztof Kwiatkowski, siyasətçi, Polşa ədliyyə naziri.
  • Paweł Rogaliński, jurnalist, naşir və blogger.
  • Jerzy Kropiwnicki, sağçı siyasətçi.
  • Cezary Grabarczyk, siyasətçi, keçmiş nazir.
  • Jacek Saryusz-Wolski, diplomat, siyasətçi və ƏİBK: Avropa Parlamentinin üzvü.
  • Tatiana Okupnik, müğənni, bəstəkar və söz yazarı.
  • Joanna Skrzydlewska, siyasətçi və Avropa Parlamentinin üzvü.
  • Jolanta Chełmińska, siyasətçi.
  • Janusz Wojciechowski, siyasətçi və Avropa Parlamentinin üzvü.
  • Jacek Zacharewicz, siyasətçi.

9 thoughts on “Lodz Universiteti”

    1. Polşada ən qədim və keyfiyyətli unilərdən biridir və təbii qiymətlər başqa ölkərə baxanda çox ucuzdur.Eyni zamanda başqa unilər də var ama ixtisas seçiminizə görə də dəyişə bilər.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next