Şəkildə gördüyünüz bu cavan oğlan vaxtilə CELTin tələbəsi olmuş və daha sonra məhz elə CELT Nərimanov ofisinin Xaricdə Təhsil komandasının dəstəyi ilə Almaniyanın Goettingen şəhərində yerləşən eyni adlı universitetə qəbul olan Fuad Süleymanlıdır. Fuad bakalavr təhsilini Bakı Dövlət Universitetinin Mexanika və Riyaziyyat fakultəsində alıb. Bizim Fuadla tanışlığımız onun kursumuzda hazırlıqlara qoşulmasından başlayır. Hazırlıq müddətində özünü çalışqan tələbə kimi tanıdan Fuad, imtahan vaxtı da bizləri məyus etməyərək İELTS imtahanından 7.0 bal topladı. Gəldiyi ilk vaxtlarda o universitetə qəbul olub-olmayacağı ilə bağlı nigaran idi. Keçirdiyimiz konsultasiyalar nəticəsində onun əsas hədəfinin Almaniya olduğunu öyrəndik. Hədəfimiz çətin idi, qərarımız isə qəti! Bunun üçün dərhal işə qoyulub hədəflərimizə kökləndik. Və nəhayət, əldə etdiyimiz nəticədən məmnunuq. Fuad artıq Goettingen Universiteti, Riyaziyyat fakultəsi tələbəsidir. CELT Nərimanov ailəsi olaraq ona gələcək təhsilində və kariyerasında bol-bol uğurlar arzu edirik.

“Təxminən bir il əvvəl bu müəssisəyə baş vurdum. İlk növbədə bəzi tərəddüdlərim var idi, ta ki dərslər başlayana qədər. Ancaq zaman keçdikcə doğru ünvana gəldiyimi başa düşdüm. CELTin professional əməkdaşlarının mənim qısa müddəttə imkansız kimi görünən uğurlarıma çatmağımda böyük tövhələri oldu. Burada Sədəf və Çinarə müəllimlərin adlarını qeyd etmək istəyərdim. Bununla yanaşı magistratura təhsili üçün seçim etməmdə Baba müəllim və Xanım xanım mənə böyük dəstək oldular. Lazım olan bütün köməkliyi göstərdikləri üçün onlara çox təşəkkür edirəm. Mən Almaniyada Goettingen, Bielefeld kimi universitetlərə qəbul oldum. Seçimimi Goettingen universitetindən yana etdim. Son olaraq hazırlıq müddətindən başlayaraq, qəbul prosesi və həmçinin ondan sonraki mərhələdə də mənə dəstək olduqları üçün CELT Nərimanov ailəsinə təşəkkürlərimi bildirirəm.” – Fuad Süleymanlı


Əgər siz də Fuad kimi dünyanın nüfuzlu universitetlərindən birində təhsil almaq istəyirsinizsə, bizə müraciət edin.

Xanım Xəlilova

CELT Narimanov

(012) 566 48 23

narimanov@celt.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla