Bu gün sizə “Mən Harada Oxumalıyam?” bloqlar silsiləsində (Research blog category)  İspaniya universitetləri haqda danışacağıq. Bildiyiniz kimi İspaniya Avropanın ən gözəl və inkişaf etmiş ölkələrindən biridir.  İspaniya dünya ölkələrindən qonaq qəbul edən gözəl dəniz kurortları ölkəsidir. Lakin İspaniya kurortları yalnız dəniz istirahəti yox, eyni zamanda dağ xizəkləri, balneoloji mərkəzlər, ixtisaslaşdırılmış idman mərkəzləri və bir çox başqa şeylərdən ibarətdir. 46 milyon əhalisi olan İspaniya turizm və digər sahələr olduğu kimi öz təhil sahəsinin inkişafında da geridə qalmır.

İspaniyada universitetləri Centro adlandırırlar. İspaniya qanununa görə ancaq bu məktəblər ali təhsil verə bilər. Bu mənada İspaniya mühafizəkar ölkə kimi qeyd olunur. Universitetləri 3 kateqoriyaya bölünür: dövlət, özəl, və bütün dünya üçün bir dənə nadir ali məktəb növü və ya kilsə himayəsində olan  dini ali məktəb.

İspan ali məktəbləri ənənəvi tarix və coğrafiya, latın dili, fəlsəfə, fizika tədrisində əsas sayılırlar. Yeni tanınmış istiqamətlərdən biomexanika, informasiya texnologiyaları, ekologiya istifadə edilir. İspan təhsilinin əsas cəhətlərindən biri – mədəniyyətin öyrənilməsidir.

Universitetlərdə adi coğrafiya, fizika və digər fakultələrdən başqa xüsusilə nüfuzu olan fakültələr də var ki, bu da ali mühəndis məktəbləridir. Bu məktəblər memar, mühəndis və texnoloq hazırlayır. Burada proqram daha məzmunludur və bu məktəblərə qəbul olanlar ən ciddi seçimdən keçirlər. Statistikaya görə mühəndislik məktəbində təhsil alan birinci kursların 1/3 hissəsi ikinci ilə qalır və yalnız bütün daxil olanların 1/4 hissəsi diplom alır.

Dünyanın 500 ƏN YAXŞI UNİVERSİTET siyahısında ispaniya universitetləri də yer alır. Bildiyiniz kimi Avropa universitetlərindən 200 universitet bu 500-lüyə düşə bilmişdir. Bu 200 universitetdən 10 universitet İspaniyanın payına düşür. Ölkə üzrə ilk beşliyi bu universitetlər: Autonomous University of Barcelona, Autonomous University of Madrid, Complutense University of Madrid, University of Barcelona.

Gördüyünüz kimi bu beş universitet sırasında bir çox insanın azarkeş olduğu ən məşhur futbol klubunun adını daşıyan Barcelona şəhərindədir.(Bu universitetlər haqqında məlumat əldə etmək üçün universitetlərin üzərinə vurun)

Dünya üzrə sıralamada isə bu 10 ispaniya universitetləri 201-dən  500-ə qədər olan müxtəlif yerlərdə qərar tutublar. Universitetlərin ölkə və dünya üzrə sıralamasını bu şəkildə görə bilərsiniz.

Qeyd edək ki, əgər siz memarlıq, mühəndis və texnoloq ixtisasları üzrə təhsil almaq istəyirsinizsə, İspaniya ideal ölkələrdən biridir. Yaxudda əgər Barcelona klubunun  azerkeşisinizsə bu səbəbdəndə Barcelonada yerləşən iki nüfuzlu universitetdə təhsil ala bilərsiniz. Qəbul qaydaları və qəbul şərtlərini universitetləri və sairə məlumat əldə etmək üçün bizə Celt Colleges şirkətinin xaricdə təhsil üzrə mütəxəsisinə müraciət edə bilərsiniz.

Hələlik)

6 Comments

  1. Salam.Mən hal hazırda 3 cü kursa keçirəm ortalamam 91+du.Universiteti bitirdikdən sonra İspaniyada İqtisadiyyat və ya Beynəlxalq münasibətlər üzrə Magistratura təhsili almaq istiyirəm.Orada Dövlət unilərinin magistr üçün illik ödənişi nə qədərdir və ingilis dili üzrə ixtisaslar mövcuddurmu.Birdə zəhmət olmasa təqaüdlərlə bağlı qısa məlumat verərdiz.

  2. salam men psixologgiya fakultesi oxuyub 2ci kursdan bakalavri xarici hansi dovlet universitetinde oxumaliyam?yeni hansi tehsil haqqi yoxdur ya da cox azdir?hansi amerika universitetininn tehsil haqqi azdir?

  3. Salam,men sentyabrda Azerbaycan Diller Universitetinde ispan dili üzre tercümede 1.kursa başlayacağam.Öyrenmek isteyirdim ki,Barcelonada bu fakülte üzre hansi dövlet universitetleri var?dövlet universitetlerinde illik odeniş ne qederdir ve ora qebul olmaq üçün hansı imtahanlari vermek lazimdir?ielts imtahanida vermek lazimdir?imtahanlar ne zamandan başlayir ve harada vermek lazimdir;Azerbaycanda yoxsa İspaniyada?İndiden teşekkürler

    • Salam,

      İspan dilində oxuyacaqsınızsa, biz ispan dilli proqramlara qəbul aparmırıq təəssüf ki. Amma ingilis dilli proqramlar olacaqsa, IELTS gərəkir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla