Bu gün sizə İtaliya universitetlərindən, daha doğrusu İtaliyanın “ƏN YAXŞI” universitetlərindən danışacağam. O universitetlər ki, dünyanın 500 ƏN YAXŞI universitet siyahısındadır. Nəzərnizə çatdırım ki, dünyanın 500 ƏN YAXŞI universitetindən 200 universitet Avropanın payına düşür. Yəni yaxşı 500 universitet sıralamasına görə ümumdünya universitetləri sayı üzrə Avropa irəlidədi.

62 mln əhalisi olan İtaliya Avropanın ən gözəl və ən qədim tarixə malik ölkəsidir. Məncə bu ölkədə təhsil alanalar ilk öncə ona görə xoşbəxtirlər ki, belə gözəlliklərlə zəngin və qədim tarixlə zəngin ölkədə həm yaşamaq və həm də təhsil almaq imkanını qazanıblar.  İtaliya təhsili Almaniya və digər təhsilinin inkişafına və keyfiyyətinə görə seçilən bəzi ölkələrdən geridə qalsa da lakin bu ölkənin ƏN YAXŞI UNİVERSİTETLƏR sırasına heçdə az universitet düşməyib. İtaliyada 96 universitet fəlaiyyət göstərir. Ümumilikdə İtaliyanın 19 universiteti 500 ƏN YAXŞI UNİVERSİTETLƏR sırasına düşmüşdür. Nəzərə alsaq ki, ümumi Avropanın payına bu 500-lükdən 200 universitet düşüb və bu 200 universitetdən 19-u İtaliyadadır. Bu o deməkdir ki, İtaliya təhsilə görə heç də geridə deyil. Hətda bir çox Avropa ölkələrindən irəlidədir.

İtaliya universitetlərində ilk yeri University of PisaUniversity of Roma – La Sapienza paylaşırlar.

Qeyd edim ki, University of Pisa qədim tarixə malik universitetlərdən biridir və 1343-cü ildə təsis edilmişdir. Digər universitet University of Roma – La Sapienza 1303-cü ildə təsis edilmişdir. 3-cü yeri University of MilanUniversity of Padua bölüşürlər.

Padua Universiteti Boloniya Universitetindən sonra İtaliyanın ikinci ən qədim universitetidir. 1222-ci ildə təsis edilmişdir.

İtaliya universitetlərində təhsil almaq üçün Azərbaycan tələbələri üçün tam təqaüd proqramları da mövcuddur. Hətda İtaliyada bəzi universitetləri Azərbaycan tələbələrinə digər xarici vətəndaşlara təklif olunan təhsil haqqından aşağı təhsil haqqı təklif edirlər.

İtaliyanın 19 ƏN YAXŞI universitetinin ölkə və dünya üzrə sıralamasını aşağıda görə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yayınla