MƏN KİMƏM?

Hər bir insan həyatda kim olduğunu axtarır. Əsasən gənclər və yeniyetmələr həyatı anlamağa başladıqda və ümumilikdə azad həyata atıldıqda “mən kiməm?”  deyə özlərinə sual verirlər. Bəzən onlar cavabsız qalırlar, bəzənsə dolayı yolla cavab tapa bilirlər. Əslində isə bu suala heç vaxt tam cavab almaq olmur. Çünki insan hər zaman özünü axtarır! Bizim həyatımız özümüzü axtarmaqdır ki, bu axtarışa gedən yolda müxtəlif dostlarımız varkı onlar bizə bu yolun qaydalarını öyrədir.

Mən bu gün Sizləri təhsildən və ümilikdə ingilis dilindən və sairələrdən bir az uzaqlaşdırcağam o məqsədlə ki, Siz onlara qayıdanda özünüzü az da olsa tapmaqda irəliləyiş əldə edəsiniz.

Siz kimsiniz? Əslində Siz həm fərd və həmdə şəxs olaraq müəyyən məqsədlərə malik və Allahın yaradarkən digər yaratdıqlarından fərqli olaraq sözün əsl mənasında ümumi anlamda “mükəmməlik” verdiyi bir varlıqsınız.

Siz bunu axtarırsınız?…Mükəmməliyimi yoxsa məqsədimi?…

Əslində Siz bunları axtarmamlısınız çünki mükəmməlik və məqsəd Sizlərin özünüzdədir. Yalnız Siz onun harda olduğunu deyil, nə olduğunu bilməlisiniz. Hər bir gənc təhsil almaq istəyərkən bu təhsili hansı səbəbdən almaq istədiyini bilir. O bunun məqsədlii olmasa da, lakin bunu nə üçün etdiyini bilir. Gənclərin bir çoxu təhsil almağı pul qazanmağa, işə düzəlməyə açar hesab edir, bəziləri isə təhsil almağı özlərini formalaşdırmaq və cəmiyyətə, digər insanlara təhsil aldıqları sahə üzrə yararlı olmaq hesab edirlər. Bunu oxuyarkən, Sizlərin hər biriniz özünüzün bu iki tərəfin hansında olduğunu biləcəksiniz. Mənə maraqlıdır Sizlərin aranızda kimlər hansı tərəfdədirlər?… Əslində çoxluğun hansı tərəfdə olduğunu mən bilirəm, amma ümid edirəm ki, bundan sonra hansı tərəfdə olmağından asılı olmayaraq kimlərsə bu iki tərəfdən ən düzgün tərəfi seçəcəkdir. Seçim haqda sonuncu bloqumuzda danışmışdıq… Deməli seçim bizim həyatımızın bünövrəsidir. Düzgün bünövrə də, düzgün qurulan həyata zəmanətdir ki, hər bir müqavimətdən, zərbədən qorunmağınıza sığortadır.

Biz niyə yaranmışıq? … Yaşamaq üçün ya yaşatmaq üçün?…

Biz məqsədli şəkildə yaradılan canlı varlıqıq ki, bizim bu dünyada ilk vəzifə borcumuz dünyanı qorumaq və ümumi həyatı qorumaqdır. Deyə bilərsiniz ki, hər bir insan dünyanı qoruya bilər? Dünyada 6 mlrd insan var və onların hamısı dünyanı qorumaq üçün yaranıb?

Bəli hər bir insan dünyada yaşadığı müddətdə istəyərək ya istəməyərək ya dünyanı qoruyur, yaradır, yaxud da dünyanı məhv edir, dağıdır… Buna görə çox misal çəkə bilərəm. Amma bu misallardan birinin demək istəyirəm. Məsələn: Qatil olan bir insan, qatil olmaqla yanaşı həm özünü, həm də digər bir insanın həyatını məhv edir. O yaşayan bir varlıqla bərbər, yaşadan varlığı da məhv edir. O yalnız insan öldürməklə deyil, cəmiyyətimizdə olduğu üçün o gələcəkdə özü kimi qatillərin yaranmasına, formalaşmasına bir növ kömək olur. Kimlərsə məhz qatilliyi ondan öyrənir. O ətrafına zərər vuraraq əslində dünyaya mənəvi zərbə vurmuş olur.

Yaşamaq söz ümumi anlamda və məncə canlılar arasında inansanlara subyektiv yanaşma anlamıdır. Çünki insanlarla bərabər dünyada milyonlarla canlı yaşayır. Bəli onlar yaşayır, biz isə yaşadırıq. Bizlər onların yaşamasına və yaxud məhvinə səbəb ola biləcək yeganə varlıqlarıq. Bizlərdən bu dünyanın bu həyatın bu günü və gələcəyi aslıdır. Bundan başqa biz ətrafımızda olan insanları da yaşadırıq və onlarda bizi yaşadır. Sanki bizlər bir-birimizin yaşama anlamıyıq. Bu baxımdan çox araşdırmalardan sonra mən insanı yaşayan varlıq yox, yaşadan varlıq olduğunu subutunu tapdım. Hər bir kəs yaşadan olduğunu hesab etməlidir və sözün əsl mənasında həyatı, dünyanı, cəmiyyətimizi düzgün formada yaşatmalıdır. Çünki bu bizim borcumuzdur!

Bu qədər…

Ümid edirəm, kimliyini axtaranlara onu tapmaqda  və kimliyinizin harda ola biləcəyini göstərə bildim.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous