Məsuliyyətliliyi ilə bütün CELT kollektivinin rəğbətini qazanmış Nərgiz Məmmədli yazır:

Məsuliyyətliliyi ilə bütün CELT kollektivinin rəğbətini qazanmış Nərgiz Məmmədli yazır:

“CELT kurslarını seçməyimin əsas səbəbi prestijli xarici universitetlərdə təhsil alan tanışlarımın ingilis dilini məhz burada öyrənib TOEFL və IELTS kimi imtahanlardan yüksək nəticə göstərmələri idi. 10-cu sinifdə oxuyarkən kursda ingilis dilini öyrənməyə başladım və qısa bir müddət ərzində dil bacarıqlarım nəzərə çarpacaq dərəcədə inkişaf etdi. Elə həmin il SAT kursuna da daxil oldum və imtahanda qənaətbəxş nəticə göstərə bildim. CELT kurslarına dərin bir şəkildə güvəndiyimdən IELTS hazırlıqlarına da başladım, 4 ay içərisində imtahandan yüksək bal yığdım. Artıq bütün nəticələrim hazır olduğuna görə universitetlərə sənəd göndərməyə hazır idim. Hər nə qədər qəbul olacağımla əlaqəli şübhələrim olsa da CELTin köməyi ilə nəinki hal-hazırda təhsil aldığım Türkiyənin top universitetlərindən biri olan ODTÜ universiteti, həmçinin Yeditepe, TOBB Ekonomi ve Teknoloji Üniversitesi (50% bursla), Macarıstanda University of Debrecen kimi tanınmış universitetlərə də qəbul ola bildim. Buraya daxil olmaqda mənə kömək etdikləri üçün bütün müəllimlərimə və xaricdə təhsil heyətinə dərin təşəkkürlərimi bildirirəm.”

Adamın belə tələbəsi olar…Əziz tələbəmiz Nərgizdən bunları eşitmək çox xoşdur. Onu yenidən təbrik edir, əziyyətlərinin bəhrəsini gördüyünü, uğurlarına tam layiq olduğunu bir daha vurğulayırıq. Yaxşı ki onu tanıdıq və bu sayədə də əmin olduq ki, hədəflərinə fokuslanan insanı heç nə yolundan edə bilməz.

Nərgiz kimi olmaq üçün isə, etməli olduğunuz bir neçə şərt var. İlk növbədə, əgər məqsədiniz Türkiyədə təhsil almaqdırsa bunun üçün siz SAT imtahanı verməlisiniz. Məqsədiniz Avropanın digər ölkələridirsə bu halda İELTS imtahan nəticəsi köməyinizə çatacaq. Amma siz hələ də harada oxuyacağınıza dəqiq qərar verməmisinizsə, onda bizə yaxınlaşın, biz sizə seçimdə kömək edək.

Xanım Xəlilova

CELT Narimanov

(012) 566 48 23

(050) 210 91 54

narimanov@celt.az

2 thoughts on “Məsuliyyətliliyi ilə bütün CELT kollektivinin rəğbətini qazanmış Nərgiz Məmmədli yazır:”

  1. SALAM MƏNİM İŞİM SAAT 7-DEN SONRA BİTİR. BU RADƏLƏRDƏ SİZİN KURSA İŞDƏN ÇIXIB GƏLƏ BİLƏRƏM?Həftədə 3 dəfə dərs
    Hər dərs 3.5 saat (nəzəri, praktik və danışıq)
    Əlavə olaraq həftənin 7 günü danışıq dərsləri HƏQİQƏTƏN BU BELƏDİR? BİRDƏ ZƏHMƏT OLMASA QİYMETLƏR HAQQINDA ƏTRAFLI YAZARDIZ.

    1. Salam. bəli. ofisimizə axşam ziyarət edə bilərsiniz. Çox zaman axşam 10 a kimi açıqdır ofislərimiz.Qiymət üçün ofisimizə zəng etmək lazımdır.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut