Məqsədin nədir? Təhsil almaq yoxsa diplom almaq…

Bir çox gənc ali məktəblərə qəbul imtahanının nəticələri açıqlanmamışdan öncə Azərbaycanda hər hansı universitetə qəbul olmadığı təqdirdə xaricdə oxumağa getmək barədə düşünür. Düzü buna gəncin özü deyil onun valideynləri qərar versə də gəncin özündən də fikir öyrənirlər. Əgər gənc qarşısına qoyulan seçimi istəmədikdə ona alternativlər təklif edilir.

Aparılan statistikaya əsasən Azərbaycandan hər il xaricdə oxumağa üz tutan gənclərin çox hissəsi  Rusiya Ukrayna və Türkiyəyə üstünlük verirlər.

Bu seçim məqsədlərə görə dəyişir. Gənclərin bir hissəsi iş tapmaq üçün diplomun olmasını əsas götürərək diplom dalınca, bir hissəsi isə təhsilin yüksək səviyyədə olmasını nəzərə alaraq təhsil dalınca xaricə üz tutur…

Bu gün Sizlərə iki məqsədli gənclər barədə danışacağam və onların hansının yalnış və düzgün düşündüyünü göstərməyə çalışacağam.

“Beşikdən qəbirədək ELM ÖYRƏN!” … Bu sözləri Peyğəmbərimiz Məhəmməd Peyğəmbər (s.ə.s) demişdir. O bütün müsəlmanlara elmli, savadlı olmağı və elm öyrənməyi öz hədis və kəlamları ilə məsləhət görmüşdür. Çünki elm insanı sözün əsl mənasında İnsan edir.

O zaman belə sual yaranır ki, cəmiyyətimizdə diplom üçün xaricə oxumağa gedənlər bu kəlamı bilmirlərmi? Bilmirəm… Düşünürəm ki, çox hissəsi bilər. Bu zaman belə bir sual ortaya çıxır ki, bəs nədən onlar oxumaq üçün deyil diplom üçün təhsil alırlar? Bəlkə işə düzəlməyə görəmi və ya ali savadlı insanlar kateqoriyasına aid insan olmaq üçün bunu edirlər? Belə suallardan çox vermək olar. Amma əmin olun ki, çox suala cavab tapmayacaqsınız. Çünki səhv seççimlərin qarşısında hər zaman bir insanın məqsədsizliyi dayanır. Təhsil almaq hər bir insanın haqqıdır. Təhsilli və savadlı olmaq isə cəmiyyətdə insan adlanıb gəzən hər bir insanın borcudur. Bu borc cəmiyyət və gələcək qarşısında duran ən müqəddəs borclardan biridir.

Diplom almaq üçün oxuyan insan diplomunu alır, işə düzəlir və sonra nə baş verir? O düşünürmü ki, mən üzərimə düşən vəzifəni hansı formada yerinə yetirəcəm? Ümumiyyətlə gördüyüm iş mənə zövq verəcəkmi? Əlbətdəki yox!

Xaricdə ali məktəbə qəbul olmaq istəyənlər belə bir sualım var. Düşünün qarışınızda iki seçim var. Siz hansını seçərdiniz? 1-mi? yoxsa 2-mi?

  1. Türkiyəyə Celt Colleges vasitəsilə yüksək imicli universitetə daxil olub orani bitirib geniş biliyə, elmə və yaxşı işə sahib olmaq
  2. Hər hansı universitetə diplom almaq üçün qəbul olub 4-5 ilini orada vaxtını boşa itirmək.

Siz əgər 1-ci seçimi etsəniz əmin olun ki, heç vaxt peşman olmayacaqsınız. Çünki tələbə olaraq əsl tələbəlik yaşayıb, öyrənmək istədiyiniz sahəni mükəmməl şəkildə mənimsəyəcəksiniz. Elmli, savadlı olacaqsınız. Bəlkə də Türkiyədən qarşınıza şanslar çıxacaqki Siz Türkiyədən birbaşa Avropaya yaxud Amerikaya yollanacaqsınız və indiyənə kimi xəyal belə edəməyəcəyiniz karyera və imkanlara sahib olacaqsınız.

Yox əgər Siz ikinci seçimi seçsəniz əmin olun ki, əvvəl Sizə hər şey rahat və çox asan görünsə də əsl çətinliyi boşuna keçirdiyinizi, 4-5 ili necə itirdiyinizi sonradan hiss edəcəksiniz. Savadınız artmayacaq. Xərclədiyiniz pullar, itirəcəyiniz illər Sizə sadəcə bir kağız parçası olaraq veriləcəkdir.Hansıki sonradan onun dəyərinin olmadığını görəcəksiniz.

Bu reallıqdır. O reallıqdır ki, bir çox insan ondan qaçmağa çalışır. Amma hara qaçsanızda atdığınız yalnış addıma görə hesab verəcəksiniz.

Celt Colleges Sizləri savadlı, elmli olmağa dəvət edərək Türkiyənin prestijli universitetlərində oxumağa imkan yaradır. Odur ki, indi bizimlə əlaqə saxlayın və Sizi qaranlığa yox, İşıqlı gələcəyə aparacaq təhsilə sahib olun.

 

4 thoughts on “Məqsədin nədir? Təhsil almaq yoxsa diplom almaq…”

  1. Ali məktəbi bitirdikdən sonra heç bir yerdə ixtisasıma uyğun işləməmişəm,Üç il keçib.Diplomum qüvvədə qalırmı?İş tapsam əgər,diplom karıma gələrmi?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir