Macarıstana getsəniz burada qalın.

Baxmayaraq ki, xarici tələbələrin əksəriyyəti Budapeştdə yaşayır və oxuyur, lakin paytaxt olmayan şəhərlərin də tələbələrə təqdim edə biləcəyi əla təklifləri var. Aşağıda xüsusilə tələbələr üçün seçilmiş şəhərlər və onları məşhur edən əlamətləri sadalamışıq.

Budapeşt

Budapeşt Macarıstanın paytaxtıdır. Həmçinin ölkənin mədəni, siyasi, ticari, sənaye mərkəzi də bura sayılır. Budapeşt iki milyon sakini ilə həm ölkənin ən böyük və həm də ən sıx məskunlaşılan şəhəridir. Bu səbəblər ölkədəki universitetlərin yarıdan çoxunun burada yerləşməsinə, professorların əksəriyyətinin burada işləməsinə və şəhərin akademik səviyyəsinin ölkədəki digər şəhərlərdən daha yüksək olmasına gətirib çıxarır. Danub çayının sahili boyunca uzanan şəhərdə, demək olar ki, axtarıln bütün ixtisaslarda təhsil almaq üçün universitetlər var.

Debrecen

Budapeştdən sonra ölkənini ikinci ən böyük şəhəri Debrecendir. Şəhər zəngin mədəni irsinə görə mühafizə edilir. Hər il avqust ayının 20-də şəhərdə xalq rəqsləri, paradlar və konsertlərlə müşayiət edilən əyləncəli və maraqlı gül karnavalı keçirilir. Debrecen şəhəri eyni adlı universitetə ev sahibliyi edir. Universitetin əsas binası həqiqətən də təqdirəlayiq memarlıq quruluşuna sahibdir. Universitetin bir neçə ayrı şöbəsi və Avropada tanınan tədqiqat mərkəzi var. Universitet tibb və informasiya texnologiyaları istiqamətlərində qabaqcıl təhsil təklif edir.

Miskolc

Miskolc şəhəri Macarıstanın şimal-şərqində yerləşir və daha çox ağır sənayesi ilə tanınır. Təqribən 190.000 əhalisi ilə Miskolc Macarıstanın üçüncü ən böyük şəhəridir. Coğrafi mövqeyinə görə 19-cu əsrdən etibarən şəhər əhəmiyyətli ticarət və sənaye mərkəzinə çevrilməyə başlayıb. Bu gün Macarıstana gələn tələbələrin ən çox üstünlük verdiyi şəhərlərdən biri də Miskolcdur. Miskolc Benedictine Monastery Ruins və ya Cave vbath of Miskolctapolca kimi bir çox gizli xəzinə ilə zəngin şəhərdir burada həmçinin əsl təbiət möcüzəsi Bükk National Park da var. Buradaki Miskolc universiteti 1949-cu ildə təsis edilmiş yeni universitetdir. Amerika stilində inşa edilmiş universitet böyük park sahəsi ilə əhatə olunmuş ərazidə yerləşir.

Szeged

Macarıstanın cənub-şərqində yerləşən bu şəhərdə məskunlaşma qədim əsrlərdən başlayıb. Şəhərin ən cəzbedici yeri mərkəzdə yerləşən Cathedraldır. Hər yay bu kilsənin qarşısındaki meydanda qurulmuş möhtəşəm teatrda Szeged açıq hava festivalı keçirilir. Szeged ölkənin ən günəşli şəhəridir. Füsunkar, mülayim hava Keckemet, the Kiskunsag National Park kimi şəhərin görməli yerlərini gəzməyə fürsət verir.

Pecs

Şəhər cənub-qərb hissədə yerləşən Pecs mədəni irsi ilə yanaşı 11-ci əsrdə inşa edilmiş Basilica müqəddəs Peter kimi tarixi abidələri özündə birləşdirir. 2010-cu ildə şəhər Avropanın mədəni paytaxtlarından biri seçilib. Buradaki Pecs universiteti 1367-ci ildə inşa edilib və Macarıstanın ən qədim universitetlərindən biridir. Universitet daxilndə 10 fakultə var.

Gyor

Macarıstanın şimal-qərb hissəsində yerləşir. Budapeşt və Vyana arasında yerləşdiyinə görə buradan Avstriyanın paytaxtına 1 saata çatmaq mümkündür. Şəhər mərkəzində çoxsaylı borokko tərzində binalar var. Buradaki Szent İstvan universiteti elektrik və mexanika mühəndisliyi sahələrində ad qazanmış universitetdir.

Dunaujvaros

Budapeştin 67 kilometrliyində yerləşir. 50-ci illərdə dəmir və polad işçiliyinə görə sənaye şəhəri statusunu almışdı. Buradaki universitet 1962-ci ildə ağır sənaye işçilərini maarifləndirmək üçün təsis edilib. Mühəndislik, iqtisadiyyat, informatika və sosial elmlər sahəsində müxtəlif ixtisaslar arasından seçim etmək mümkündür.

Eger

Osmanlı istilasının qarşısını almaq üçün tikilmiş görkəmli qalalardan biri olan Eger qalası bu şəhərdə yerləşir. Qala hal-hazırda bütün macar tarixini özündə əks etdirən muzey kimi fəaliyyət göstərir. Eger şəhəri şərab istehsalı ilə məşhurdur. Egerdəki universitetin Eger, Gyongyos, Jasbereny və Sarospatak korpuslarında iqtisadiyyat və sosial elmlərdən pedaqogikaya kimi müxtəlif ixtisaslarda təhsil almaq olar.

Xanım Xəlilova

CELT Xətai

xanim@celt.az

012 496 45 76

050 588 15 18

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next